Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1795/2021 21.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh, İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı zərərin əvəzinin ödənilməsi, otağın boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi “Dalğa” düşərgəsində yerləşən ona məxsus otağın boşaldılmasına, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 3350 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı İddiaçı Mülki Prosessual Məcəllənin 53cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi “Dalğa” düşərgəsində yerləşən ona məxsus otağın boşaldılmasına, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 3350 manat pulun alınıb ona verilməsi, həmçinin əşyalarının qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, 1994-cü ildən məlum Qarabağ hadisələri ilə əlaqədar yaşadığı Fizuli rayonunu tərk edərək, Bakı şəhəri Xəzər rayonunda “Dalğa” düşərgəsində ailəsi ilə birlikdə yaşayır. 86 yaşı var, 2010-cu ilin dekabr ayının sonlarında həyat yoldaşı xəstələndiyinə görə “Savalan” qəsəbəsində kirayə yaşayan oğlanlarının yanına müalicə üçün aparmışdır. 1994-cü ilin aprel ayından Buzovna qəsəbəsi ”Dalğa”düşərgəsində ona məxsus olan otağa Cavabdeh və qardaşı Ərşad tərəfindən dəhlizin və otağın qıfıllarını sındıraraq evinə girmiş və aşağıda siyahıda göstərilən əşyaları oğurlayaraq hara aparmasını xəstəliklə başı qarışdığı üçün bilməmişdir. Bu ilin fevral ayının 12-də yoldaşının səhhəti bərpa olunduğuna görə bu tarixdə “Dalğa” düşərgəsinə gəlib görmüşdür ki, evin içərisində təmir gedir, qıfıllar isə sındırılmışdır. Eminin həyat yoldaşı otaqda idi. Sözügedən “Dalğa” düşərgəsində ona məxsus əşyalar var. Düşərgədə ona məxsus otaqdan iş üzrə 1-ci Cavabdeh və qardaşı icazəsiz otağın qapısının açarlarını sındırmaqla ora daxil olmuş, otaqda olan əşyalarını köhnə otağa küçürmüşdür. 2021-ci ilin fevral ayının 14-də Ərşad Əsədov köhnə açarlarını ona verib bildirmişdir ki, Eminin köhnə evində yaşayacaq. O isə buna etiraz etmişdir. Əlavə olaraq, Cavabdeh belə qanunsuz icazəni iş üzrə 3-cü şəxs Xəzər rayon Məcburi Köçkün işlər üzrə Dövlət Komitəsinin müdiri Şəhla Xələfova vermişdir. Nəticədə ona məxsus əmlakın bir hissəsi zay olub sıradan çıxmış, digər qismi isə təyinatı üzrə xarakterik xüsusiyyətlərini itirmişdir. Cavabdeh tərəfindən iradənin ziddinə götürülərək köhnə otağa yığılmış əşyalar bunlardır: 2 ədəd işlək Orsk soyuducu, 1 ədəd 200 manat dəyərində Samsunq televizor, 1 ədəd krosna antena, 1.20x20 döşək, 2 ədəd 2 kq x 1.8 x 2 yorğan, 1 ədəd 1.8x30 palaz, 2 ədəd 1.2x1.20 yastıq, 2 ədəd 1.80x2.0 örtük, 2 ədəd 1.80x2.0 prostina, 2 ədəd 1.80x2.0 çarpayı örtüyü, 3 ədəd çarpayı setqası, 3 ədəd tumboçka, 3 ədəd böyük stol, 3 ədəd ayağı dəmir yemək stolu, 6 ədəd oturacaq stol, 2 ədəd içində müxtəlif sənədlər olan çemodan, 1 ədəd nərdtaxta, 1 ədəd domino, 1 dəst kostyum, 3 ədəd pencək, 1 təzə 1 köhnə 3 ədəd şalvar, 3 ədəd qısaqol köynək, 3 ədəd geyinilmiş, 1 ədəd təzə kurtka, 2 ədəd üz dəsmalı, 1 ədəd can dəsmalı, 1 cüt ayaqqabı, 1 cüt tərlik, 1 ədəd dabankeş, 1 qazan, 1 qalavoş, lopatka, 1 təzə 3 ədəd süpürgə, 1 ədəd dəmir lan, 1 şotka, 2 ədəd şvabra, 2 ədəd böyük qazan, 1 ədəd balaca, 1 ədəd tavaçok, 2 ədəd çaynik, 4 ədəd kiçik, 2 ədəd böyük boşqab, 1 ədəd termos, 4 çəngəl 4 qaşıq 3 balaca qaşıq, 1 ədəd dəmir vanna, 1 ədəd kapron vanna, 1 ədəd elektrik sobası, 1 ədəd 300 manat dəyərində elektrik qaynaq aparatı 200V, 1 ədəd 500 manat dəyərində plotinik stanoku, 1 ədəd 50 manat dəyərində dülgər dəzgahı, 2 ədəd perforator direl, 3 ədəd direl, 2 ədəd böyük laqonda, 1 ədəd əl mişarı, 2 ədəd məngənə, 1 ədəd əl baltası, 3 ədəd mirmar çəkən, 1 ədəd çəkic 3 dəmir kəsən mişar, 2 ədəd qaz açarı, 2 ədəd 4 təkərli araba 1 ədəd təzə araba. Qeyd olunanlara əsasən, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi “Dalğa” düşərgəsində yerləşən ona məxsus otağın boşaldılmasına, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 3350 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, onun evi qəza vəziyyətində olduğundan, qaçqınların işləri üzrə komitəyə müraciət etmiş, həmin komitə ona mübahisəli otaqdan qalmağa icazə vermişdir. O, həmin otaqda qanuni şəkildə yerləşib. Otağı qonşuların iştirakı ilə çəkiliş edərək açıb. Həmin videogörüntünü məhkəməyə təqdim edəcək. İddiaçı 8 il əvvəl o otaqda yaşayıb, sonra özünə ev tikdirib çıxıb gedib. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd eidlməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin nümayəndəsi X7 məhkəməyə bildirmişdir ki, Nicat İsakov uzun müddətdir ki, həmin ünvanda yaşamır, cavabdeh isə orada daimi yaşayır. Emin Komitəyə otağının təmir edilməsi üçün məktubla müraciət etmiş, lakin vəsait olmadığına görə imtina edilmişdir. Lakin bildirilmişdir ki, yaşanmayan 3-4 otaq var, gedib ora köçə bilər. Komitə tərəfindən Eminin məhz İddiaçı qaldığı otağa köçürülməsinə razılıq verilməmişdir, ümumi olaraq hansı otaq boşdur ora köçməsi bildirilmişdir. Hansı qaçqının hansı otağa yerləşdirilməsi onların səlahiyyətində deyil. Onlara komendant tərəfindən siyahı verilir ki, hansı otaqda yaşayış var, hansında yoxdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 ifadəsində bildirmişdir ki, o, Dalğa düşərgəsinin komendantıdır, 1992-ci ildən oradadır. İddiaçı 1994-cü ildən düşərgəyə gəlib. Cavabdeh Emin isə əvvəllər təmirsiz evdə yaşayırdı. Digər şahid X10 ifadəsində bildirmişdir ki, o, Dalğa düşərgəsində tərəflərlə qonşu olub. Emin isə düşərgədə digər otaqda yaşayırdı. Eminin yaşadığı otaqda su sızması olduğu üçün pis vəziyyətdə olmuşdur. Sonradan Emin həmin otağa köçüb. Digər şahid X8 ifadəsində bildirmişdir ki, o, 11 ildir ki, Dalğa düşərgəsində yaşayır. Mübahisəli evdə Emin yaşayır. Nicat orada yaşamayıb. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqəsinin surətindən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Xəzər rayonu üzrə Sektor tərəfindən verilmiş 15.02.2021-ci il tarixli arayışdan görünür ki, İsakov X6 rayonundan məcburi köçkün düşməklə Xəzər rayonu, Buzovna qəsəbəsi Dalğa düşərgəsində məskunlaşmış, orada müvəqqəti qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 07 mart 2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı 25.02.2021-ci il tarixli şikayət ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmişdir. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər, İddiaçı və Cavabdeh məcburi köçkün olmaqla Bakı şəhəri Xəzər rayonu ünvanında yerləşən Dalğa düşərgəsində məskunlaşmışlar. İddiaçı Dalğa düşərgəsinə müvəqqəti qeydiyyata alınıb. Cavabdeh İddiaçı yaşadığı otağa videoçəkiliş edərək daxil olmuş və orada məskunlaşmışdır. İddiaçı məhkəməyə müraciət edərək, Dalğa düşərgəsində yaşadığını, həyat yoldaşının səhhəti ilə əlaqədar müvəqqəti olaraq evdə olmadığı müddətdə cavabdeh tərəfindən məskunlaşdığı otağın qapısı sındırılaraq, evinin zəbt edildiyini bildirmiş, cavabdehin ona məxsus evdən çıxarılması və dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəf iddia tələbinə etiraz edərək, iddiaçının illərdir mübahisəli ünvanda yaşamadığını əsas gətirmiş, ona görə də həmin ünvana köçdüyünü bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli otağa daxil olarkən qeydə aldığı videogörüntüdə olan bəzi nüanslar, soyuducuda ərzaqların olması və s. iddiaçının qeyd olunduğu kimi 10 ildir həmin ünvanda yaşamadığı faktını təkzib edir. Həmçinin, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Xəzər rayonu üzrə Sektor tərəfindən verilmiş 15.02.2021-ci il tarixli arayışdan da görünür ki, İddiaçı Dalğa düşərgəsində müvəqqəti qeydiyyata alınmaqla orada məskunlaşmışdır. İddiaçının həmin evdən daimi köçməsi və ya çıxarılmasına dair səlahiyyətli orqan tərəfindən hər hansı akt tərtib olunmamışdır. Məhkəmə iclasına təqdim olunan və qonşular tərəfindən tərtib olunan aktın isə nə vaxt tərtib edildiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə, qeyd olunanlara əsasən, iddiaçının yaşayış yerini müvəqqəti tərk etdiyinə dair dəlilini ağlabatan hesab edir. Həmçinin, cavabdehin maraq və mənafeyinə uyğun verilmiş, işin halları ilə uyğunlaşmayan şahid ifadələri inandırıcı hesab edilmir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X3 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. İşin hallarından görünür ki, Cavabdeh Dalğa düşərgəsində yerləşən otaqda məskunlaşdırılması, həmin düşərgədə müvəqqəti qeydiyyata düşmüş və həmin otaqda daimi yaşamaqla istifadə hüququnu həyata keçirən, oranı müvəqqəti tərk etmiş digər məcburi köçkün olan İddiaçı hüquqlarını pozmuşdur. İddiaçı müvəqqəti qeydiyyata düşdüyü və məskunlaşdığı Dalğa düşərgəsində olan otağa dair mülkiyyət hüququ (sərəncam vermək hüququ) olmasa da, həmin otağa dair istifadə və sahiblik hüququ mövcuddur. Belə ki, işdən görünür ki, İddiaçı müvəqqəti qeydiyyata düşməklə mübahisəli otağa məskunlaşaraq orada yaşamış, onun həmin otağı tərk edib getməyi ilə bağlı səlahiyyətli orqan tərəfindən kifayət qədər araşdırma aparılmamış, ona ayrılmış otağa başqa şəxsin köçürülməyi barədə heç bir məlumat verilməmişdir. İddiaçı əşyaları otaqdan çıxarılmış, otağın açarı isə dəyişdirilmişdir. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının xəbəri olmadan otağına başqa şəxsin daxil olması onun sahiblik və istifadə hüququnu pozmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvana dair cavabdehin hüququ yoxdur, onun həmin evdən istifadəsi iddiaçının maraqlarına toxunub, hüquqlarını pozduğundan, cavabdeh həmin evdən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8. maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2. maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmçinin iddiaçı ona məxsus əşyaların qaytarılması, əşyalarına dəymiş 2000 manat zərərin və kostyumunun cibində olan 1350 manat pulun geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmurları, hal şahidləri, tələbkar və borclunun iştirakı ilə mübahisəli ünvana baxış keçirilərək tərtib olunmuş 16 aprel 2021-ci il tarixli aktın surətindən görünür ki, icra vərəqəsində göstərilən əşyalar, yəni 2 ədəd işlək Orsk soyuducu, 1 ədəd 200 manat dəyərində Samsunq televizor, 1 ədəd krosna antena, 1.20x20 döşək, 2 ədəd 2 kq x 1.8 x 2 yorğan, 1 ədəd 1.8x30 palaz, 2 ədəd 1.2x1.20 yastıq, 2 ədəd 1.80x2.0 örtük, 2 ədəd 1.80x2.0 prostina, 2 ədəd 1.80x2.0 çarpayı örtüyü, 3 ədəd çarpayı setqası, 3 ədəd tumboçka, 3 ədəd böyük stol, 3 ədəd ayağı dəmir yemək stolu, 6 ədəd oturacaq stol, 2 ədəd içində müxtəlif sənədlər olan çemodan, 1 ədəd nərdtaxta, 1 ədəd domino, 1 dəst kostyum, 3 ədəd pencək, 1 təzə 1 köhnə 3 ədəd şalvar, 3 ədəd qısaqol köynək, 3 ədəd geyinilmiş, 1 ədəd təzə kurtka, 2 ədəd üz dəsmalı, 1 ədəd can dəsmalı, 1 cüt ayaqqabı, 1 cüt tərlik, 1 ədəd dabankeş, 1 qazan, 1 qalavoş, lopatka, 1 təzə 3 ədəd süpürgə, 1 ədəd dəmir lan, 1 şotka, 2 ədəd şvabra, 2 ədəd böyük qazan, 1 ədəd balaca, 1 ədəd tavaçok, 2 ədəd çaynik, 4 ədəd kiçik, 2 ədəd böyük boşqab, 1 ədəd termos, 4 çəngəl 4 qaşıq 3 balaca qaşıq, 1 ədəd dəmir vanna, 1 ədəd kapron vanna, 1 ədəd elektrik sobası, 1 ədəd 300 manat dəyərində elektrik qaynaq aparatı 200V, 1 ədəd 500 manat dəyərində plotinik stanoku, 1 ədəd 50 manat dəyərində dülgər dəzgahı, 2 ədəd perforator direl, 3 ədəd direl, 2 ədəd böyük laqonda, 1 ədəd əl mişarı, 2 ədəd məngənə, 1 ədəd əl baltası, 3 ədəd mirmar çəkən, 1 ədəd çəkic 3 dəmir kəsən mişar, 2 ədəd qaz açarı, 2 ədəd 4 təkərli araba 1 ədəd təzə araba aşkar olunaraq siyahıya alınmış, saxlanc üçün borcluya təhvil verilmişdir. Məhkəmə, iddiaçının ona məxsus olduğunu iddia etdiyi əşyaların icra məmurları tərəfindən siyahıya alınaraq saxlanc üçün verilmiş əşyalardan ibarət olduğu qənaətinə gəlir və hesab edir ki, həmin əşyalar cavabdehin qanunsuz sahibliyindən alınaraq, iddiaçıya təhvil verilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçı əşyalarına dəymiş ziyana görə 2000 manat, həmçinin pencəyinin cibində qalan 1350 manatı tələb etsə də, öz iddia tələbini həmin hissədə əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Dalğa düşərgəsində yerləşən, İddiaçı məskunlaşdığı otaqdan çıxarılaraq, həmin yaşayış sahəsi İddiaçı təhvil verilməli, 2 ədəd işlək Orsk soyuducu, 1 ədəd 200 manat dəyərində Samsunq televizor, 1 ədəd krosna antena, 1.20x20 döşək, 2 ədəd 2 kq x 1.8 x 2 yorğan, 1 ədəd 1.8x30 palaz, 2 ədəd 1.2x1.20 yastıq, 2 ədəd 1.80x2.0 örtük, 2 ədəd 1.80x2.0 prostina, 2 ədəd 1.80x2.0 çarpayı örtüyü, 3 ədəd çarpayı setqası, 3 ədəd tumboçka, 3 ədəd böyük stol, 3 ədəd ayağı dəmir yemək stolu, 6 ədəd oturacaq stol, 2 ədəd içində müxtəlif sənədlər olan çemodan, 1 ədəd nərdtaxta, 1 ədəd domino, 1 dəst kostyum, 3 ədəd pencək, 1 təzə 1 köhnə 3 ədəd şalvar, 3 ədəd qısaqol köynək, 3 ədəd geyinilmiş, 1 ədəd təzə kurtka, 2 ədəd üz dəsmalı, 1 ədəd can dəsmalı, 1 cüt ayaqqabı, 1 cüt tərlik, 1 ədəd dabankeş, 1 qazan, 1 qalavoş, lopatka, 1 təzə 3 ədəd süpürgə, 1 ədəd dəmir lan, 1 şotka, 2 ədəd şvabra, 2 ədəd böyük qazan, 1 ədəd balaca, 1 ədəd tavaçok, 2 ədəd çaynik, 4 ədəd kiçik, 2 ədəd böyük boşqab, 1 ədəd termos, 4 çəngəl 4 qaşıq 3 balaca qaşıq, 1 ədəd dəmir vanna, 1 ədəd kapron vanna, 1 ədəd elektrik sobası, 1 ədəd 300 manat dəyərində elektrik qaynaq aparatı 200V, 1 ədəd 500 manat dəyərində plotinik stanoku, 1 ədəd 50 manat dəyərində dülgər dəzgahı, 2 ədəd perforator direl, 3 ədəd direl, 2 ədəd böyük laqonda, 1 ədəd əl mişarı, 2 ədəd məngənə, 1 ədəd əl baltası, 3 ədəd mirmar çəkən, 1 ədəd çəkic 3 dəmir kəsən mişar, 2 ədəd qaz açarı, 2 ədəd 4 təkərli araba 1 ədəd təzə arabadan ibarət əşyalar, onlar olmadıqda dəyərləri Cavabdeh alınaraq İddiaçı qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Dalğa düşərgəsi ünvanında yerləşən, İddiaçı məskunlaşdığı otaqdan çıxarılaraq, həmin yaşayış sahəsi İddiaçı təhvil verilsin. Bakı şəhəri, Xəzər rayonu, Dalğa düşərgəsi ünvanında yerləşən 2 ədəd işlək Orsk soyuducu, 1 ədəd 200 manat dəyərində Samsunq televizor, 1 ədəd krosna antena, 1.20x20 döşək, 2 ədəd 2 kq x 1.8 x 2 yorğan, 1 ədəd 1.8x30 palaz, 2 ədəd 1.2x1.20 yastıq, 2 ədəd 1.80x2.0 örtük, 2 ədəd 1.80x2.0 prostina, 2 ədəd 1.80x2.0 çarpayı örtüyü, 3 ədəd çarpayı setqası, 3 ədəd tumboçka, 3 ədəd böyük stol, 3 ədəd ayağı dəmir yemək stolu, 6 ədəd oturacaq stol, 2 ədəd içində müxtəlif sənədlər olan çemodan, 1 ədəd nərdtaxta, 1 ədəd domino, 1 dəst kostyum, 3 ədəd pencək, 1 təzə 1 köhnə 3 ədəd şalvar, 3 ədəd qısaqol köynək, 3 ədəd geyinilmiş, 1 ədəd təzə kurtka, 2 ədəd üz dəsmalı, 1 ədəd can dəsmalı, 1 cüt ayaqqabı, 1 cüt tərlik, 1 ədəd dabankeş, 1 qazan, 1 qalavoş, lopatka, 1 təzə 3 ədəd süpürgə, 1 ədəd dəmir lan, 1 şotka, 2 ədəd şvabra, 2 ədəd böyük qazan, 1 ədəd balaca, 1 ədəd tavaçok, 2 ədəd çaynik, 4 ədəd kiçik, 2 ədəd böyük boşqab, 1 ədəd termos, 4 çəngəl 4 qaşıq 3 balaca qaşıq, 1 ədəd dəmir vanna, 1 ədəd kapron vanna, 1 ədəd elektrik sobası, 1 ədəd 300 manat dəyərində elektrik qaynaq aparatı 200V, 1 ədəd 500 manat dəyərində plotinik stanoku, 1 ədəd 50 manat dəyərində dülgər dəzgahı, 2 ədəd perforator direl, 3 ədəd direl, 2 ədəd böyük laqonda, 1 ədəd əl mişarı, 2 ədəd məngənə, 1 ədəd əl baltası, 3 ədəd mirmar çəkən, 1 ədəd çəkic 3 dəmir kəsən mişar, 2 ədəd qaz açarı, 2 ədəd 4 təkərli araba 1 ədəd təzə arabadan ibarət əşyalar, onlar olmadıqda dəyərləri Cavabdeh alınaraq İddiaçı qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1795/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1795/2021
21.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver