Məhkəmə qərarları › İş №2(003)-1795/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1795/2023

26.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1795/2023 26.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13536,70 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı nümayəndəsi X13 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, o, iddiaçının qızıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək cavabdehlər İddiaçı, X13, X18, X14, X10 və X15, azyaşlılar X8 və X1 iddiaçı Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.A.Əliyev küçəsi 97 saylı evdən çıxarılması, Cavabdeh həmin evə köçürülməsi qət edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.A.Əliyev küçəsi 97 saylı evdə 2017- ci ildən məhkəmə qətnaməsinin icra olunduğu 2023-cü ilədək hazırkı iddiaçı və onun ailə üzvləri yaşamışdır. Həmin sahə boş torpaq sahəsi və qamışlıq ərazisi olmuş, işıq və qaz xətti olmamışdır. Cavabdeh həmin sahəyə çıxarış alana qədər iddiaçı və ailə üzvləri 2016- 2017-ci ildə orada yoldaşının şəhid olmasından sonra verilən 11000 manat sığorta pulunun hesabına ev tikmiş, onu təmir etmiş və yaşayışa yararlı vəziyyətə gətirmişdir. Bundan başqa, “Yaşat Fondu”-ndan alınan 1500 manat pul də həmin evin təmirinə xərclənmişdir. "xxxx" MMC-nin 17 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.A.Əliyev küçəsi 97 saylı evin tikinti-təmir xərclərinə 13536,70 manat məbləğində pul xərclənmişdir. Həmin ev isə 2018-ci ilin fevral ayının beşindən cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Hal-hazırda iddiaçı həmin evə çəkdiyi xərci tələb edir. Özü 2016-cı il tarixdə X10 ilə evlənmişdir. Bir müddət kirayə yaşamışlar. Atası şəhid olub və dövlət tərəfindən onlara 11000 manat pul verilmişdir. Həmin pulnan torpaq sahəsində tam hazır olmayan ev olmuşdur və onlar həmin pulnan evi təmir edərək 2017-ci ildə həmin evə köçmüşlər. Sonradan həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestri xidmətində Nurlanın adına qeydiyyatdan keçirilməsindən xəbərləri olmuşdur. Nurlan heç vaxt ora gəlməmiş, orada yaşamamışdır. Məhkəmə iclasında şahid X15 ifadəsində göstərdi ki, o, iddiaçının qudasıdır. Mübahisəli torpaq sahəsi və ev 1988-ci ildən ona məxsusdur. Belə ki, həmin torpaq sahəsini qaynı Faiqin adına o, almışdır. Cavabdehin atası Vaqifi tanımış və dost münasibətləri olmuşdur. Təxminən 2014-2015-ci ildə Vaqifə pul lazım idi, adı çəkilən torpağı və evi banka girov qoymuşdur. Sonradan Vaqif xəstələnərək ölmüşdür. Mübahisəli olan torpaq sahəsindəki ev pis vəziyyətdə , yəni tam təmirsiz olmuşdur. Bir müddət böyük oğlu orada yaşayıb. Sonra balaca oğlu Cavid 2017-ci ildə evlənmiş və yaşayacaq evi olmadığına görə oğluna bildirmişdir ki, ora köçsünlər. Gəlini Ayselin atası şəhid olmuşdur və onlar şəhid ailəsidir. Dövlət tərəfindən şəhid ailələrinə pul verilmiş və o pulnan həmin torpaq sahəsində yerləşən evi təmir etmişlər. Sonradan torpaq sahəsinə Vaqifin oğlu Nurlan tərəfindən çıxarış alınmasını bilmişlər. Daha sonra bizim evdən çıxarılmağımız barədə qətnamə qəbul olunduğunu bilmişdir. Nurlan heç vaxt onlara evi tərk etmələri barədə bir söz deməmişdir. Evin təmirinə təqribən 15.000 manata yaxın pul xərclənmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində qeyd etdi ki, Buzovna ərazisində bağ evində yaşamışdır. Mütəmadi olaraq iddiaçının yaşadığı evə gədib-gəlmişdir. 1988-ci ildən həmin bağ sahəsi var idi. 2016-2017-ci illərdə isə iddiaçının yoldaşına görə verilən kompensasiya hesabına evi təmir etmişlər. Siyavuş və həyat yoldaşı Elmira ilə təxminən 1988-ci il tarixdən ailəvi dost olmuşlar. Həmin torpaq sahəsi Siyavuşa məxsus olmuşdur. Nurlanı tanımır və heç vaxt orada görməmişdir. Siyavuşun kiçik oğlu 2016-cı ildə evlənmiş və onlar həmin torpaq evi təmir edərək ora köçmüşlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil yazılı qaydada müraciət edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Mülahizəsini belə əsaslandırmışdır ki, Bakı şəhər Xəzər rayon Məhkəməsinin e-2(003)-2285/2022 xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər İddiaçı, X13, X18, X14, X10 və X15, azyaşlılar X8 və X4 iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.A.Əliyev küçəsi, 97 saylı evdən çıxarılması, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.A.Əliyev küçəsi, 97 saylı evə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilərək icra edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçı və onun ailə üzvlərinin mübahisə predmeti olan mənzildən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yəni həmin mənzilə hazırki iş üzrə iddiaçının nə qanuni, nə də ki hüquqi əsası olmamışdır. Göründüyü kimi iddiaçının vicdanlı sahib olduğu müəyyən edilməmişdir. İdidaçı İddiaçı mənzilə hər hansı qanuni əsas olmadan, ailə üzvləri ilə qanunsuz daxil olaraq yaşamağa başlamışlar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı və onun ailə üzvlərinin həmin mənzilə hər hansı hüquqi əsasının olması müəyyən edilməmişdir. Onlar mənzilə qanunsuz yəni, həmin mənzilin onlara məxsus olmadığını, mənzilin Cavabdeh aid olduğunu bilərək daxil olmuşlar. Qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı mənzilə heç bir qanuni əsas olmadan daxil olmuş və Cavabdeh dəfələrlə etdiyi xəbərdarlığa baxmayaraq tərk etməmişlər. 2.İddiaçı iddia ərizəsində ərazinin boş qamışlıq sahəsi olduğunu, həmin evi 11 000 manata tikdiyini və oranı təmir edərək yaşayışa yararlı vəziyyətə gətirdiyini qeyd etmişdir. Bu faktla bağlı deyə bilərik ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.A.Əliyev küçəsi 97 saylı ev DƏDRXin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №-li çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olmuşdur. Göründüyü kimi qeyd edilən yaşayış evi hazır vəziyyətdə Cavabdeh adına qeydiyyatdan keçmiş və buna dair DƏDRX-dən Çıxarış verilmişdir. İddiaçının qeyd etdiyi kimi həmin mənzili 11 000 manata tikməsi ağlabatan deyildir, çünki həmin fərdi yaşayış evi artıq mövcud olmuşdur. Bundan əlavə iddiaçı həmin evin təmirinə 1 500 manat və mütəxəssis rəyində qeyd edilmiş 13 536.7 manat xərc çəkdiyini iddia edir. Bununla bağlı qeyd edirik ki, fərdi yaşayış evi 94.5 kv.m ümumi sahəsi olmaqla DƏDRX-dən Cavabdeh adına xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmiş və buna dair Çıxarış verilmişdir. Əgər iddiaçı yaşayış sahəsinə hər hansı xərc çəkdiyini iddia edirsə məhz hansı məbləğin və həmin məbləğin yaşayış evinə çəkilməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməlidir. Həmçinin Bakı şəhər Xəzər rayon Məhkəməsinin e-2(003)-2285/2022 xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında İcra vərəqi İcra edilərkən 09 mart 2023-cü il tarixdə C.S.Ağayev, A.Ə.Məmmədova, S,M.Ağayev, Y.E.Hüseynova, Cavabdeh, A.E.Süelymanova, Y.C.Qafarov və E.C.Fərzəliyevin iştirakı ilə Akt tərtib edilmişdir. Həmin Akta əsasən yalnız adları Aktda qeyd edilən şəxslər həmin ünvanda yaşamışlar, İcra vərəqinin icrasına maneə törətmədən həmin ünvandan könüllü olaraq çıxmışlar. Onlara aid olan bütün əşyaları özləri ilə apardılar, heç bir əşya, qızıl-zinət əşyası və pul əskinası evdə yoxdur. İcra zamanı heç bir ərizə və şikayət daxil olmadı. Aktdan da göründüyü kimi İddiaçı həmin evdə yaşadığı müəyyən edilməmiş, Akta əsasən yalnız adları Aktda qeyd edilən şəxslər həmin ünvanda yaşamışlar və onlar icra vərəqinin icrasına maneçilik törətmədən tam icra etmişlər. Onlara məxsus heç bir əşya qalmamış və eyni zamanda qeyd edilən yaşayış sahəsinə xərc çəkilməsi barədə Akta hər hansı əlavə edilməmiş və buna dair hər hansı ərizə təqdim edilməmişdir. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Qeyd edilənlərin nəzərə alaraq iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2018-ci il tarixdə verilmiş, reyestrdə V-37/2017 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.A.Əliyev küçəsi 97 saylı evdən ibarətdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, M.A.Əliyev küçəsi 97 saylı 94.5 kv.m olan yaşayış sahəsi xüsusi mülkiyyət əsasında ********** saylı qeydiyyat nömrəsi ilə (**********34-10301 reyestr nömrəsi) Cavabdeh adına qeydiyyatdan keçirilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-2285/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilməklə cavabdehlər İddiaçı, X13, X18, X14, X10 və X15, azyaşlılar X8 və X1 iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.A.Əliyev küçəsi, 97 saylı evdən çıxarılması və Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.A.Əliyev küçəsi, 97 saylı evə köçürülməsi qət edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya verilmiş cavabdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.A.Əliyev küçəsi, 97 saylı fərdi yaşayış evi ilkin olaraq xx.xx.1978-ci il tarixdə Zərbəli Almas oğlunun adına qeydiyyata alınmışdır. Bakı şəhəri 1 saylı DNK-nın 1kn-199 reyestr nömrəli xx.xx.1978-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil X3 mülkiyyətinə verilmişdir. Bəhs edilən mənzil Bakı şəhəri 1 saylı DNK-nın 1kn-73 reyestr nömrəli xx.xx.1983- cü il tarixii bağışlama müqaviləsinə əsasən X6 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 7 saylı DNK-nın KN-1-51 reyestr nömrəli xx.xx.1988-ci il tarixli alqısatqı müqaviləsinə əsasən həmin mənzil X11 mülkiyyətinə keçmişdir. Bakı şəhəri 25 saylı DNK-nın 3MA/2-160 reyestr nömrəli xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil X9 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 29 saylı NK-nın 2V- 5 reyestr nömrəli xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında qeyd olunan mənzil Cavabdeh oğlunun adına qeydiyyata alınmışdır. - “Əmlak ekspert mərkəzi “MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli hesabatda qeyd olunur ki, İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.A.Əliyev 97 ünvanında yerləşən fərdi yaşayış evində 2016-cı ildən xx.xx.2023-cü il tarixinədək görülmüş tikinti-təmir işlərinin həcmi və dəyəri 13536,70 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. -157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında mübahisə iddiaçının cavabdehə məxsus yaşayış sahəsinin tikintisi və təmiri üçün xərclədiyi pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlıdır. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı Cavabdeh sonuncuya məxsus yaşayış sahəsinin tikintisi üçün pul xərclədiyini əsas gətirməklə iddia tələbində qeyd edilən məbləğdə pul tələb etsə də, işin bu halını təsdiq edəcək hər hansı bir sübut təqdim etməmişdir. İşin araşdırılmış və iş materialları ilə təsdiqini tapan halları ilə müəyyən edilir ki, sözügedən daşınmaz əmlak 1998-ci ildə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh atasının mülkiyyətinə keçmiş, sonra qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında xüsusi mülkiyyət hüququ ilə sonuncunun adına dövlət reyestrindən qeydiyyatdan keçmişdir. İddiaçı 2016-2017-ci ildə həmin evi tikərək təmir elətdirdiyini qeyd etsə də, iş materialları və şahid ifadələri ilə fərdi yaşayış evinin uzun müddət əvvəl tikilmiş olduğu müəyyən olunmuşdur. İddiaçının sübut kimi təqdim etdiyi "xxxx" MMC-nin evin təmirinin qiymətləndirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin hesabat ziddiyətli olmaqla, məhkəmə prosesində həmin ziddiyətlərin aradan qaldırılması mümkün olmamışdır. Belə ki, hesabatda çəkilən xərclərə təmirlə yanaşı tikinti işləri də daxil edilmişdir. Lakin iş materialları və digər sübutlarla müəyyən olunmuşdur ki, həmin ev 2016-2017-ci illərdən uzun müddət əvvəl tikilmişdir. Bundan başqa qiymətləndirməyə dair hesabatda göstərilən məsrəflərin həqiqətən də iddiaçı tərəfindən çəkilməsinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar