Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-180/2023 16.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı BOKT İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Bank olmayab kredit təşkilatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra QSC) Cavabdeh qarşı "əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT İddiaçı QSC-nin Cavabdeh qarşı "əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə, 01064 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19% tətbiq edilməklə, 36 ay müddətinə 13300 (on üç min üç yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. 28 iyun 2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-VO-*** dövlət qeydiyyat nişanlı, “SEAT İBİZA minik” markalı (buraxılış ili 2011, ban- VSSZZZ6JZCR057473, rəngi - qara) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X2 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-ci il tarixli, AA seriyalı, 091071 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələri ə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə olduğu təqdirdə İddiaçı QSC borc tələbinin cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət etmişdir. xx.xx.2020ci il tarixli, 2(003)-51/2020 saylı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan İddiaçı QSC Apellyasiya şikayəti vermiş və xx.xx.2021-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-3527/2021 saylı Qətnaməsi ilə İddiaçı QSC-nin Apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019- cu il tarixli 21648 saylı rəyinə əsaslanaraq cavabdehdən İddiaçı QSC BOKT-un xeyrinə kredit müqaviləsi başa çatanadək əsas məbləğ 12.387 (on iki min üç yüz səksən yeddi) ABŞ dolları, faiz borcu üzrə 5.396,78 (beş min üç yüz doxsan altı ABŞ dolları, 78 sent) ABŞ dolları olmaqla, cəmi 17.783,78 (on yeddi min yeddi yüz səksən üç ABŞ dolları, 78 sent) ABŞ dolları məbləğində pul tutulması qət edilmişdir. Bildirilir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əsas məbləğ 12.387 (on iki min üç yüz səksən yeddi) ABŞ dollarına 4.558,93 (dörd min beş yüz əlli səkkiz ABŞ dolları, 93 sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda və zərər hesablanmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əsas məbləğ 12.387 (on iki min üç yüz səksən yeddi) ABŞ dollarına 4.558,93 (dörd min beş yüz əlli səkkiz ABŞ dolları, 93 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın həmçinin ödənilmiş 97,50 (doxsan yeddi manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh 12387 ABŞ dolları məbləğində əsas borca kredit müqaviləsinin bitdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 3774,59 ABŞ dolları məbləğində gecikdirilmiş borcun, həmçinin ödənilmiş 97,50 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı BOKT İddiaçı QSC-nin nümayəndəsi X3 iddia ərizəsinin dəqiqləşdirilməsi ərizəsini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədi və etirazını onunla əsaslandırdı ki, bu işlə bağlı məhkəmə qərarları mövcuddur. Həmin qərarlar qanuni qüvvəyə minmiş və icraata yönəlmişdir. İşin icrası ilə əlaqədar o və Xəzər rayon İcra şöbəsi dəfələrlə Daxili İşlər Nazirliyinə, X5 müraciət etmiş, lakin müraciətləri cavabsız qalmış, ya da formal cavab vermişlər. Halbuki borca yönəlmiş nəqliyyat vasitəsi rəsmi olaraq axtarışa verilmiş, lakin neçə ildir ki, məlumat verilmir. Buna görə hesab edir ki, hazırkı iddia qeyri-qanunidir. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş üzrə müəyyən olunur ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013cü il tarixli 01064 saylı kredit müqaviləsinə əsasən, bank cavabdehə 36 ay müddətinə, illik 19% hesablanmaqla 13300,0 ABŞ dolları məbləğində kredit vermişdir. xx.xx.2013-cü il tarixli 01064 saylı kredit müqaviləsinə əsasən kredit müqaviləsinin təminatıl olaraq Cavabdeh mülkiyyətində olan **-VO-*** dövlət qeydiyyat nişanlı, “SEAT İBİZA minik” markalı (buraxılış ili 2011, ban- VSSZZZ6JZCR057473, rəngi - qara) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X2 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-ci il tarixli, AA seriyalı, 091071 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. İş materiallarında olan, BOKT İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh əsas borcunun qalığı 12387,0 ABŞ dolları, faiz borcunun qalığı 6682,19 ABŞ dolları olmaqla, cəmi borcu 19069,19 ABŞ dolları, cəmi gecikdirilmiş faiz borcu isə 3774,59 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli 3159 saylı bildirişdən görünür ki, bank cavabdehi əldən çıxmış fayda və dəymiş zərər barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-51/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi qismən təmin edilmiş, İddiaçı QSC BOKT-nın xeyrinə, Cavabdeh 13287,0 ABŞ dolları məbləğində əsas borc, 5396,78 ABŞ dolları məbləğində faiz borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 17.783,78 (on yeddi min yeddi yüz səksən üç dollar yetmiş səkkiz sent) ABŞ dolları məbləğində borc və hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30(otuz) manat məbləğində dövlət rüsumunun tutulmuşdur. Tutma Cavabdeh mülkiyyət hüququ əsasında məxsus və ipoteka predmeti olan “SEAT İBİZA” minik markalı, buraxılış ili 2011-ci il, ban VSSZZZ6JZCR057473, qara rəngli, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmiş, həmin avtomobil açıq hərracdan satılaraq iddiaçıya qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 17.783,78 (on yeddi min yeddi yüz səksən üç dollar yetmiş səkkiz sent) ABŞ dolları məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilsin, avtomobilin satışından əldə olunan əsaitin qətnamənin icrasından artıq qalan hissəsi Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarından göründüyü kimi "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01064 saylı kredit müqaviləsinə əsasən bank müqavilə ilə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə Cavabdeh kredit vermiş, cavabdeh isə ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun həmin müqavilə üzrə 13287,0 ABŞ dolları məbləğində əsas borc, 5396,78 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Bundan sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-51/2020 saylı qətnaməsinə əsasən borcun tutulması və tələbin borcluya məxsus avtomobilə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmiş bu hallar işin mübahisələndirilməyən hallarına aid olmaqla hazırkı işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət daşıyır. İşin mübahisələndirilməyən hallarına həmçinin xx.xx.2015-ci il tarixli “"xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC BOKT-a güzəşt edilməsinə dair” müqaviləyə və problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin S-AVK-1905 saylı xx.xx.2018-ci il tarixli təhvil-təsliminə dair akta əsasən borclu Cavabdeh tərəf olduğu kredit müqaviləsinə dair sənədlərin İddiaçı QSC BOKT-a təhvil verildiyi də aiddir. İşdə olan sənədlərə əsasən borclu Cavabdeh xx.xx.2013-cü il tarixli 01064 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC tərəfindən İddiaçı QSC BOKT-a əsas borcun ötürüldüyü, hal-hazırda cavabdehin həmin müqaviləyə əsasən mövcud borcunun əsas borcunun qalığı 12387,0 ABŞ dolları, faiz borcunun qalığı 5396,78 ABŞ dolları olmaqla, cəmi borcu 17.783,78 ABŞ dolları olduğu müəyyən edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən xx.xx.2013-cü il tarixli 01064 nömrəli kredit müqaviləsi üzrə tələbin İddiaçı QSC BOKT-a ötürüldüyü gündən (xx.xx.2018-ci il) xx.xx.2022-ci il tarixə 12387,0 ABŞ dolları məbləğində olan əsas borca 3774,59 ABŞ dolları məbləğində pulun əldən çıxmış fayda və zərər olaraq tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Beləliklə iddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 443.1, 443.2-ci 445.7-ci maddələrinə istinad edərək kredit müqaviləsi üzrə tələb hüququ güzəşt edilən tarixdən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək kredit borcunun qaytarılmamasına görə dəymiş zərəri borcludan tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 443.1-ci və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Bu Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1 -ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında müəyyən edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Mülki Məcəllənin 449.1 -ci maddəsinə müvafiq olaraq (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında bankın hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququ təsbit edilmiş və bu zərərin tərkibinə həm MMnin 445.7-ci maddəsində müəyyən edilmiş illik beş faiz dərəcəsi, həm də 449.1 -ci maddəsinə müvafiq olaraq pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər, həm MM-in 21.2-ci maddəsinə əsasən Bankın, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququn daxil olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd edilən əsaslarla müqavilə tərəfi olan bankın məhkəmə vasitəsilə qalıq borca hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə hazırki mülki mübahisənin qanuni həlli üçün həmçinin sözügedən maddələrə istinadən iddianı qaldırmış hüquqi şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Mülki Məcəllənin 193.1-ci maddəsinə əsasən, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Həmin Məcəllənin 196-cı maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Beləliklə yuxarıda qeyd edilən maddələrə əsasən, tələb sahibinin özünə mənsub olan tələb hüququnun üçüncü şəxsə güzəşt edilməsinin mümkün olması anlaşılır. İlkin kreditorun güzəşt etdiyi tələb yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Lakin qanunverici Mülki Məcəllədə və ya müqavilədə bu məsələnin Məcəllədə nəzərdə tutulan qaydadan fərqli formada tənzimlənməsinin mümkün olduğunu qeyd edir. Araşdırılmış iş materiallarından göründüyü kimi xx.xx.2015-ci il tarixli “"xxxx" ASCnin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC BOKT-a güzəşt edilməsinə dair” müqaviləyə əsasən hüquq sahibi ("xxxx" ASC) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına uyğun olaraq həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, yeni şəxsə (İddiaçı QSC BOKT-a) güzəşt etmişdir. Cavabdeh (ona aid sənədlərin təhvil verildiyi tarixə) tərəf olduğu müqavilə üzrə kreditin verilmə müddəti bitmiş, əsas borcu və müqavilə müddəti üçün hesablanmış faiz borcu mövcud olmuşdur. Borcalan-cavabdeh kredit müqavilələrində nəzərdə tutulmuş müddət bitdikdən sonra hesablanmış borc məbləğinin ödəməsini gecikdirdiyindən, eyni zamanda üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçıraraq girov avtomobili təqdim etmədiyindən bankın, digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş və "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən müəyyən edilmiş kreditin gecikdirildiyi vaxt üçün dəymiş zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə "xxxx" ASC-nin Cavabdeh tərəf olduğu kredit müqaviləsi üzrə tələb hüququ İddiaçı QSC BOKT-a keçdiyindən iddiaçı təhvil-təslim aktı tərtib edildiyi gündən yuxarıda qeyd edilən əsaslarla yaranmış borca görə müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Həmçinin qeyd edilməlidir ki, tələb hüququ güzəşt edilən QSC-nin bu hüquqdan istifadə etməsini qadağan edən hər-hansı qeyd-şərtin və ya bu məsələni fərqli qaydada tənzimlənmək imkanının olması işdə olan sənədlərə əsasən müəyyən etmək mümkün olmamışdır. Lakin işdən görünür ki, iddiaçı təhvil-təslim aktı tərtib edildiyi gündən (xx.xx.2018 tarixdən) hesablanmış gecikdirilmiş vaxt üçün faiz borcunu tələb etsə də, öz tələbinə dair sübut kimi təqdim etdiyi maliyyə arayışında müvafiq borc xx.xx.2016-cı il tarixdən hesablanmışdır. Göründüyü kimi, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 4 il, 5 ay 15 gün təşkil edir. 12387,0 ABŞ dollarına illik 5 faiz dərəcəsi ilə hesablandıqda həmin məbləğə illik hesablanmalı olan faiz 619,35 (12387,0 x 5% = 619,35) ABŞ dolları, aylıq 51,61 (12387,0 x 5% /12 = 51,61 ) ABŞ dolları, günlük 1,72 (12387,0 x 5% /360 = 1,72) ABŞ dolları təşkil edər. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçının da öz tələbində göstərdiyi vaxt dövrü olan xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 12387,0 ABŞ dolları əsas borca illik 5 faizlə hesablanmaqla 2761,26 ((4 il x 619,35) + (5 ay x 51,61) + (15 gün x 1,72)) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu vaxt Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla Cavabdeh tutularaq İddiaçı QSC BOKT- un xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 97,50 manat məbləğində pul ödəmişdir. İddiaçının tələbinin 60,57 faizi təmin edildiyindən təmin edildiyindən çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Odur ki, ödənilmiş dövlət rüsumunun 59,0 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 38,5 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2761,26 ABŞ dolları məbləğində əldən çıxmış faydanın pul icra vaxtı manata olan məzənnə ilə manatla tutularaq BOKT İddiaçı QSC-yə ödənilsin. Cavabdehlər Cavabdeh ödənilmiş dövlət rüsumu üzrə 59,0 manat tutularaq BOKT İddiaçı QSC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 38,5 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.
Məhkəmə qərarları › İş №2(003)-180/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-180/2023
16.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver