Məhkəmə qərarları › İş №2(003)-1816/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1816/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1816/2020 15.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsiX1nun iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2409.09 manat əsas kredit borcu, 126.77 manat kreditdən istifadəyə görə faiz borcu, 286.49 manat penya və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2848.35 manat borcun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 009CASA191300006saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfındən Cavabdeh1 9 ay müddətinə illik 22% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 4000 manat məbləğində nağd pul şəklində kredit verilmişdir. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 009FİZAM7215601 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 etirazla məhkəməyə müraciət edərəkbildirmişdir ki, İddiaçı ASC-dən kredit götürən Cavabdeh1 Nazim oğlu ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 009CASA191300006 saylı kredit xətti müqaviləsi üzrə o, zamindir. İddiaçı ASC-i ilə onun arasında bu barədə xx.xx.2020-ci il tarixli, 009F1ZAM72156501 saylı zaminlik müqaviləsi bağlanmışdır. Ödəyici, kredit götürən Cavabdeh1 şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq onun tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımı qaydada icra edilməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir. İşin halları ilə diqqətinizə çatdırıram ki, o, Kürdəmir şəhərində anadan olub, burada təhsil almışdır, burada hərbi xidmətə getmişdir. Bundan sonra rayonda müxtəlif yerlərdə günəmuzd işləmiş və artıq 2 ilə yaxın bir müddətdir ki, Bakı şəhərində kirayədə yaşayır və daimi iş yeri axtarır. Kirayədə qaldığı ev Əhmədli qəsəbəsində yerləşir. Daimi iş tapana kimi burada da gündəlik muzda işləyir. Əhmədli qəsəbəsində keçən müddətlə bir neçə həmyaşdı ilə həmsöhbət olmuşdur. Onlardan biri də Yaşar adlı şəxs olmuşdur. Demək olar ki, o, olunla tez-tez həmsöhbət olur və bir yerdə çay içirlər. 2019-cu ilin may ayının əvvəllərində Yaşar ona demişdir ki, onun yaxın bir Nicat adında dostu var kredit götürmək istəyir ona zamin durmaq lazımdır. Həmçinin Yaşar ona demişdir ki, ödəmədə heç bir problem olmayacaq və o, şəxsiyyət vəsiqəsi ilə Banka gedib qol çəkəcək. Yaşar daha sonra ona bildirmişdir ki, özünün bankla problemi olduğu üçün onun yaxın dostu Nicata zamin dura bilmir. Əvvəlcə o, razılıq verməmişdir. Sonradan Yaşar onu inandırmışdır ki, burada heç bir problem olmayacaq o, da razılıq vermişdir. xx xxx 2019-cu il tarixdə səhər Yaşar ona zəng vurub və demişdir ki, şəxsiyyət vəsiqəsini götürüb gəlsin İddiaçı ASC-nin Əhmədli filialına. O, Bank filialına gəlmiş və ilk dəfə burada Nicat və onun anası ilə tanış olmuşdur. Onlar da onu inandırmağa çalışmışlar ki, bu sahədə heç bir problem olmayacaq. Bundan sonra onlar Bank filialının müdiri Nicat Atakişiyevin yanında olmuşlar və o, zaminlik müqaviləsinə oxumadan qol çəkmişdir. Bundan sonra, yəni bu ilin may ayında onu Kürdəmir rayon Polis Şöbəsinə dəvət etmişlər və İddiaçı ASC-dən Nicat tərəfindən götürülən kreditə görə ondan izahat almışlar. İzahat ona verilmiş suallar əsasında tərtib olunmuş və sualların məzmunu ondan ibarət olmuşdur ki, güya kredit götürən zaman o, hansısa hərbi hissədə işləməsi barədə Banka arayış vermişdir. İzahatında birmənalı olaraq bildirmişdir ki, o, faktiki heç bir yerdə işləmir və tərəfindən hərbi hissədə işləməsi barədə arayış təqdim etməmişdir. Bundan sonra o, məhkəməyə dəvət bildirişi almışdır. Göstərilənlərə əsasən məhkəmədən xahiş edir ki, İddiaçı ASC-nin ona qarşı iddiası təmin edilməsin və aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, 009F1ZAM72156501 saylı zaminlik müqaviləsi etibarsız hesab edilməklə ona xitam verilsin. Məhkəməiddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İşdə olan notarial qaydada təsdiq olunmuş 009CASA191300006 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC-nin Ahmadli filialı ilə Cavabdeh1 arasında 9 ay müddətinə illik 22% ödəmək şərti ilə 4000 manat məbləğində nağd pul şəklində kredit verilməsi haqqında bağlanmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 4000 manat məbləğində pulu Cavabdeh1 ödəmişdir. İşdə olan notarial qaydada təsdiq olunmuş xx.xx.2019-cu il tarixli 009FİZAM7215601 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 009CASA191300006 saylı xx.xx.2019-cu il tarixli saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşıması barədə kreditor qarşısında öhdəlik götürmüşdür. İşdə olan kredit müqaviləsinə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 9 ay müddətinə banka hər ay 488.92 manat sonuncu ay 488.88 manat ödəməli idi. İşdəolanarayışdan görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixə olan borcu 2409.09 manat əsas, 126.77 manat kreditdən istifadəyə görə faiz borcu, 286.49 manat cərimə təşkil edir. İş materiallarından və İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış bildirişlərin surətlərindən görünür ki, bank cavabdehləri borc barədə xəbərdar etmiş və 3 bank iş günü müddətində öhdəliklərini icra etmədiyi təqdirdə müqavilənin şərtlərinə uyğun olaraq kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan qəbzdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə digər cavabdehlərin (zamin) mülki məsuliyyəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi əsasında 4000 manat məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında penya ödəmək barədə öhdəlik götürmüşdür. Digər Cavabdeh2 isə zaminlik müqaviləsi əsasında Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi üzrə onun bank qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqaviləninşərtlərini pozmuşlar. Qeyd olunan maddələrə əsaslanmaqla məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan əsas və faiz məbləğin cavabdehlərədən müştərək qaydada tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 2405.09 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 286.49 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 50 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesabedirki, iddiatələbi qismən təminedilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2409.09 manat əsas kredit borcu, 286.49 manat kreditdən istifadəyə görə faiz borcu, 50 manat cərimə tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinəödənilməlidir. Məhkəmə xərcləriilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçıtərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat cavabdehlərdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Beləki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2409.09 manat əsas kredit borcu, 286.49 manat kreditdən istifadəyə görə faiz borcu, 50 manat cərimə və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 2775.58 (iki min yeddi yüz yetmiş beş manat əlli səkkiz qəpik) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinəödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar