Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1816/2024 01.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinə girərək ona məxsus ağacları kəsib maddi ziyan vurması nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 6600 (altı min altı yüz) manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun əvəzi 86 ( səksən altı) manat olmaqla cəmi 6686 (altı min altı yüz səksən altı) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. O və ailə üzvləri həmin ünvanda qeydiyyatda olmaqla orada yaşayır. Maddi vəziyyətini yaxşılaşdırmaq üçün həmin fərdi yaşayış evinin yerləşdiyi ümumi sahəsi 0,0515 ha olan torpaq sahəsinin 0,03148 ha torpaq sahəsindən 241 kv.m torpaq sahəsini cavabdehə satmışdır. Aralarında alqı-satqı müqaviləsi 27 oktyabr 2022-ci il tarixində bağlanmışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan bir neçə gün sonra Cavabdeh yaşadığı ünvana daxil olmuş ona məxsus olmayan torpaq sahəsində yerləşən 22 ədəd çoxillik meyvə ağaclarını kəsmiş, doğramış və bəzilərini kökündən çıxarıb atmışlar. Bundan əlavə həyətində onlara məxsus olan tikinti materiallarını onların icazəsi olmadan öz evinin tikilməsində istifadə etmişlər. Ona məxsus torpaq sahəsinə girib əkdiyi ağacları kəsdikdən sonra onlar Xəzər rayonunun 3-cü Polis Bölnəsinə şikayətini bildirdi. 3-cü Polis Bölməsinin polis mayoru, təhqiqatçı Namiq Binnətov hadisə yerinə gələrək, fotoşəkilləri çəkib getmişdir. Bütün qonşuları, ailə üzvləri də cavabdehin qanunsuz olaraq onun torpaq sahəsinə girərək, ona məxsus 22 ağacı kəsib ona maddi ziyan vurduğunu görmüşlər. Belə ki, həmin ağaclar meyvə ağacları və dekorativ ağaclar olmuşdur. Həmin ağacların əkilməsinə, böyüdülməsinə neçə illərinin əziyyəti vardır. O, ağacların bir ədədinin dəyəri ən azı 300 manat qiymət təşkil edir. 22 ağacın isə dəyəri 6600 manat təşkil edir. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinə girərək ona məxsus ağacları kəsib maddi ziyan vurması nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 6600 ( altı min altı yüz) manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun əvəzi 86 (səksən alt) manat olmaqla cəmi 6686 (alt min alh yüz səksən altı) manat tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək göstərmişdir ki, o, 2020ci ildə həmin yeri iddiaçıdan almış və aldığı zaman orada ağac olmamışdır. İddiaçının iddia ərizəsinin əsassız və qanunsuz olması əsası ilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək və işə əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0274 ha torpaq sahəsində 0,0074 ha torpaq sahəsi və 2 otaqdan bir hissəsi pay olaraq İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı, X3, X7 və X5 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,0515 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus olan 0.03148 ha torpaq sahəsindən 241 kv.m torpaq sahəsini Cavabdeh mülkiyyətinə vermişlər. Qalan 74 kv.m torpaq sahəsi isə satıcıların paylı mülkiyyətində qalmışdır. İş materiallarında olan torpağın satış qiyməti dair sənəddən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən torpaq sahəsinin satış qiyməti 1 kv.metr üçün 8800 manat təşkil edir. İş materiallarında olan Binə Bələdiyyəsinin 14 saylı xx.xx.2004-cü il tarixli qərarından görünür ki, 1. Bakı şəhəri Əzizbəyov rayonu, Binə qəsəbə yaşayış məntəqəsinin hüdudları daxilində alqısatqı predmeti olan torpaq sahəsini alqı — satqı qaydasında Binə sakini İddiaçı həyətyanı torpaq sahəsinə bitişik zəbt etdiyi 200 kv.metr torpaq sahəsinin ona satılması barədə ərizəsi nəzərə alınmışdır. 2. Binə sakini İddiaçı Binə qəsəbə yaşayış məntəqəsi hüdudları daxilində alqısatqı predmeti olan 200 kv.m. torpaq sahəsini zəbt etdiyinə görə həmin torpaq sahəsinin dəyənni bələdiyyə büdcəsinə ödəməklə ona satılmışdır. 3.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998 - ci il tarixli 158 nömrəli qərarına müvaliq olaraq 200 kv.m. torpaq sahəsinin normativ qiyməti 10-cu zonada 1 kv.m. torpaq sahosının qiymeti 6900 manat olmaqla ümumi *** **** manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********81 nömrəli məktubunun surətindən görünür ki, torpaq sahəsi sənəd üzrə 241,0 kv.m olsada faktiki olaraq hasar daxili 311,0 kv.m təşkil edir (sahənin üzərində yarımçıq tiki mövcuddur). ünvan 3 ünvanda yerləşən torpaq sahəsi mübahisəli olduğundan hüquq sahibi (mülkiyyətçi) Cavabdeh sahədən istifadə edə bilmir. İş materiallarında olan çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0515 ha torpaq sahəsində 0,03148 ha torpaq sahəsi və 2 otaqdan bir hissəsi pay olaraq İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli 12 saylı protokoldan çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Torpaq məcəlləsinə, “Torpaq islahatı haqqında” və “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 saylı qərarına uyğun olaraq Binə qəsəbə sakini İddiaçı verdiyi ərizə nəzərə alınmış, ona Binə qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində həyətyanı sahəsinə bitişik zəbt olunmuş 200 kv.m. torpaq sahəsi satılmışdır. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X2 xx.xx.1996-cı il tarixdə nikah bağlamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinə girərək ona məxsus ağacları kəsib maddi ziyan vurması nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 6600 (altı min altı yüz) manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun əvəzi 86 ( səksən altı) manat olmaqla cəmi 6686 (altı min altı yüz səksən altı) manat pulun tutulmasını qeyd etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini, cavabdeh isə iddianı etiraf etməyərək rədd edilməsini xahiş etmişlər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçı Cavabdeh tərəfindən ona 6600 manat məbləğində ziyan dəydiyini qeyd etsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iş materiallarında olan xx.xx.2020-ci il tarixdə çəkilmiş foto şəkildən görünür ki, mübahisəli torpaq sahəsi iddiaçı tərəfindən cavabdehə satılan zaman həmin torpaq sahəsində iddiaçı tərəfindən iddia edilən ağacların mövcudluğu öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfindən İddiaçı 6600 manat məbləğində ziyanın dəyməsi öz təsdiqini tapmadığından məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 86 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 86 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ondan Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1816/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1816/2024
01.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver