Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-182/2022 24.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc üzrə 20.305.98 (iyirmi min üç yüz beş ABŞ Dolları, 98 sent) ABŞ Dolları, faiz borcu üzrə 5154.03 (beş min bir yüz əlli dörd ABŞ Dolları, 03 sent) ABŞ Dolları olmaqla, cəmi 25460.01 (iyirmi beş min dörd yüz altmış ABŞ Dolları, 01 sent) ABŞ Dolları məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub “Aqrarkredit’’ QSC-nin xeyrinə ödənilməsi; Tutmanın Cavabdeh mülkiyyətində olan **-VU-*** dövlət qeydiyyat nişanlı, “X6” minik markalı (buraxılış ili 2013, ban- KMHSU81CDDU147750, rəngi qara) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı1 QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qızma qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı1 QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı1 QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı1 QSC-yə keçmişdir. İddiaçı1 QSC -nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı1 QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh qızma dair sənədlər S-AVK- 1769 saylı, 22.12.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı1 QSC-yə verilmişdir. "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında 05.06.2013-cü il tarixdə, № 01015 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 48 ay müddətinə 28.535 (iyirmi səkkiz min beş yüz otuz beş) ABŞ Dolları məbləğində kredit verilmişdir. 06.06.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-VU-*** dövlət qeydiyyat nişanlı, “X6 minik” markalı (buraxılış ili 2013, ban- KMHSU81CDDU147750, rəngi -qara) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X4 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 05.06.2013cü il tarixli, AA seriyalı, 088234 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.1-ci bəndinə əsasən Bank avtomobil alınması üçün 28.535 (iyirmi səkkiz min beş yüz otuz beş) ABŞ Dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.2. bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.2-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixdən sonrakı gün başlanır. (5.3. bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 48 aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayma görə kredit verənə illik 18 % faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borc üzrə 20.305.98 (iyirmi min üç yüz beş ABŞ Dolları, 98 sent) ABŞ Dolları, faiz borcu üzrə 5154.03 (beş min bir yüz əlli dörd ABŞ Dolları, 03 sent) ABŞ Dolları olmaqla, cəmi 25.460.01 (iyirmi beş min dörd yüz altmış ABŞ Dolları, 01 sent) ABŞ Dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Qeyd olunanlara əsasən, Cavabdeh əsas borc üzrə 20.305.98 (iyirmi min üç yüz beş ABŞ Dolları, 98 sent) ABŞ Dolları, faiz borcu üzrə 5154.03 (beş min bir yüz əlli dörd ABŞ Dolları, 03 sent) ABŞ Dolları olmaqla, cəmi 25460.01 (iyirmi beş min dörd yüz altmış ABŞ Dolları, 01 sent) ABŞ Dolları məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub “Aqrarkredit’’ QSC-nin xeyrinə ödənilməsi; Tutmanın Cavabdeh mülkiyyətində olan **-VU-*** dövlət qeydiyyat nişanlı, “X6 minik” markalı (buraxılış ili 2013, ban- KMHSU81CDDU147750, rəngi -qara) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı1 QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qızma qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı1 QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə etmişdir ki, müqavilənin müddətinin bitmə tarixi 05.06.2017-ci ildir. "xxxx" QSC-nin adından çıxış edən "X5 Edilməsi Agentliyi" MMC tərəfindən 08 noyabr 2018-ci il tarixdə Cavabdeh qarşı qeyd olunan müqavilə üzrə əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəmədə iddia qaldırılmışdır. Həmin iddia üzrə 22.10.2019-cu il tarixdə qətnamə qəbul edilmiş, daha sonra həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilərək 04.02.2020-ci il tarixdə iddia baxılmamış saxlanılmışdır. 06 sentyabr 2021-ci il tarixdə isə hazırkı iddia ərizəsini rabitə orqanına verməklə məhkəməyə müraciət etmişlər. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, "xxxx" ASC-nin Sənaye filialı ilə arasında 05 iyun 2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən mənə illik 18% ödəmək şərtilə, 05 oktyabr 2016-cı il tarixədək (icra müddəti, son ödəniş tarixi) 28535 ABŞ dolları məbləğində kredit verilmiş, həmçinin kredit müqaviləsinin təminatı olaraq mülkiyyətindəki **-VU-*** dövlət qeydiyyat nişanlı, "X6" minik markalı (buraxılış ili 2013, ban- KMHSU81CDDU147750, rəngi qara) həmin tarixdə ipoteka ilə yüklü edilmişdir. Kredit veriləndən sonra o, bankın təqdim etdiyi ödəniş qrafikinə uyğun olaraq götürdüyü kreditə görə borcunu vaxtlı-vaxtında banka ödəməklə, kreditə görə ümumilikdə 18000 ABŞ dollarından çox pul qaytarmış və ödəniş barədə qəbzləri də vardır. Lakin, dünyada baş verən qlobal maliyyə böhranı Azərbaycan manatının da qiymətdən, dəyərdən düşməsinə səbəb olmuş və bu böhranın nəticəsində kreditə görə borcu ödəməyə çətinlik çəkmişdir. Bununla əlaqədar, aidiyyəti üzrə banka müraciət edərək, kreditə görə borcu kredit verilən vaxtda ABŞ dollarının məzənnəsi ilə ödəməyə ona şərait yaratmalarını, ya da faizləri aşağı salmalarını təklif etsə də, bank özünün üstün mənafeyindən çıxış edərək baş vermiş hala, təkliflərinə məhəl qoymamış, kreditin qaytarılması üçün ona heç bir köməklik göstərməmiş, lazımi tədbirlər görməmiş, kreditə görə faizləri və cərimələrin hesablanmasını dayandırmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən, tərəflər öhdəlik üzrə sırf öz üzərlərinə düşən vəzifələrin icrası ilə kifayətlənməməli, bütövlükdə müqavilənin yerinə yetirilməsinə zəmin yaratmalıdırlar, tərəflər müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasım təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Eyni zamanda, "Banklarda kredit risklərinin idarə edilməsi" Qaydalarının 6.1-ci bəndinə əsasən bank kredit tələbinin yaranması, treydinq və investisiya fəaliyyəti, habelə yeni bank məhsullarının təqdim edilməsi zamanı kredit risklərini qiymətləndirir. Həmin Qaydaların 6.2.4-cü yarımbəndinə əsasən xarici valyutada verilmiş kredit tələbləri üzrə bu Qaydaların 6.2.1-ci və 6.2.2-ci yarımbəndlərinin tələbləri ilə yanaşı, borcalanın məzənnə riskinə qarşı həssalığı qiymətləndirilir. Bu zaman borcalanın xarici valyutada olan pul axınlarına; borcalanın istifadə etdiyi valyuta məzənnəsinin hedcinq alətləri, habelə onların etibarlılıq müddəti; xarici valyutanın milli valyuta qarşısında dəyər qazanması halında borcalanın artmış kredit öhdəliyini ödəmə qabiliyyəti; borcalanın valyuta mövqeyi (borcalanın xarici valyutada olan tələb və öhdəlikləri arasındakı fərq) nəzərə alınır. Bu Qaydaların 13.1-ci bəndinin 1 cümləsinə əsasən bank borcalanın maliyyə çətinliyinin yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədilə krediti restrukturizasiya edə bilər. Yəni, borcalan kimi onun yeni şərtlər daxilində ödəmə qabiliyyətinin qiymətləndirilməsi zəruri olduğu halda, bu hala lazımi qaydada diqqət göstərilməmiş, habelə "xxxx" QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan "X5 Edilməsi Agentliyi" MMC tərəfindən 19 noyabr 2018-ci il tarixdə ona qarşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsində əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia qaldırılmışdır. Halbuki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC- nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. Beləliklə, göründüyü kimi buna hüququ olmayan "X5 Edilməsi Agentliyi" MMC tərəfindən 14 avqust 2015-ci il tarixdə etdiyi son kredit ödənişindən 3 il 3 ay 5 gün, müqavilənin müəyyən edilmiş icra müddəti (05 oktyabr 2016-cı il) başa çatdıqdan 2 il 1 ay 14 gün keçirilməklə, ona qarşı ilk dəfə 19 noyabr 2018-ci il tarixdə iddia qaldırılmışdır. İşə baxan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi mülki qanunvericiliyin tələblərini pozmaqla, ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirmədən, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan iddia qaldırmaq hüququna malik olmayan şəxs tərəfindən qaldırılmış iddia əsasında 22 oktyabr 2019-cu il tarixdə qəbul etdiyi 2(003)-388/2019 saylı qətnaməsi ilə ondan 19922,50 ABŞ dolları əsas, 5023,46 ABŞ dolları faiz olmaqla, cəmi 24945,96 ABŞ dolları ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə borcun və dövlət rüsumuna görə ödənilmiş 30 manatın alınaraq tələb üzrə iddiaçı olmayan, həmçinin bu statusda tanınmamaqla, əsl olmayan iddiaçı ilə əvəz edilməmiş "xxxx" QSC-yə ödənilməsini, tələbin ona məxsus olan və 05 iyun 2013-cü il tarixli, 1015 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ** VU *** dövlət qeydiyyat nişanlı, "X6" minik markalı (buraxılış ili 2013, ban- KMHSU81CDDU147750, rəngi qara) yönəldilməsini və həmin avtomobilin açıq hərracdan satılmaqla, realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına kredit müqaviləsi üzrə borcunun "xxxx" QSC-yə ödənilməsini, satışdan əldə olunan vəsaitin borc məbləği ödənildikdən sonra artıq qalan hissəsinin mənə qaytarılmasını qət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılan ilk mübahisə üzrə çıxarılmış məhkəmə qətnaməsində iddiaçının "X5 Edilməsi Agentliyi" MMC göstərildiyi halda, sonda borc məbləğinin "xxxx" QSC-nin xeyrinə tutulması həmin qətnamənin hansı səviyyədə ədalətli olmasının əyani sübutu olmuşdur. Bundan sonra, iştirakı və məlumatı olmadan keçirilmiş məhkəmə iclasının nəticəsi olaraq çıxarılmış sözügedən qətnamədən narazı qaldığından onu apellyasiya qaydasında mübahisələndirmiş, habelə Bakı Apellyasiya Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(103)-1663/2020 saylı qərardadı ilə tələb buna hüququ olmayan şəxs tərəfindən irəli sürüldüyündən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə, "X5 Edilməsi Agentliyi" MMC-nin iddia ərizəsi baxılmamış saxlanılmış, bu qərardadın qəbul edilməsindən 1 il 7 ay 9 gün keçdikdən sonra, yəni 13 sentyabr 2021-ci il tarixdə bu dəfə tələb etmək hüququ olan "xxxx" QSC BOKT tərəfindən iddia verilmişdir. Göründüyü kimi, ilk dəfə ona qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddianın 19 noyabr 2018-ci il tarixdə irəli sürüldüyü düşünülsə belə, buna hüququ olan şəxs deyil, hüququ olmayan şəxs tərəfindən edilmiş, habelə tərəfimdən 14 avqust 2015-ci il tarixdən sonra borcun etiraf edilməsini göstərən hər hansı hərəkətlər edilməmişdir. Bundan əlavə, ilk mübahisə üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qərardadı ilə tələbin buna hüququ olmayan şəxs tərəfindən irəli sürülməsi əsası ilə ləğv edilməklə, "X5 Edilməsi Agentliyi" MMC-nin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bu isə iddia müddətinin axımının kəsilməməsinə, o cümlədən müddətin axımında fasilələrin yaranmamasına, əksinə iddia müddətinin axımının ümumi qaydada davam etməsinə dəlalət edir. Deməli, bu dəfə iddia vermək hüququ olan "xxxx" QSC BOKT ona qarşı hazırda qaldırılmış iddianı iddia müddətini ötürdükdən, yəni 3 il 8 ay 23 gün keçdikdən sonra vermişdir. Çünki kredit müqaviləsinin icra müddəti üçün sonuncu gün kimi 05 oktyabr 2016-cı il tarix müəyyənləşdirilmiş, bu müddət başa çatdıqdan sonra kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməməyi səbəbindən "xxxx" ASCnin qanunla qorunan maraq və mənafeləri pozulmuş və həmin gündən müqavilə tələbi üzrə üç illik iddia müddətinin axımı başlanmışdır. Nəticə etibarilə, qeyd etdikləri əsasında iddia müddətinin keçməsi ilə əlaqədar məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas yaranmışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddiaçının ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan, İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2013-cü il tarixli 01015 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 28535 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit vəsaitindən istifadə müddəti 05.06.2017-ci il tarixdə bitir. İş materiallarına əlavə edilmiş 05 iyun 2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh məxsus "X6" minik markalı avtomobil borcun təminatı olaraq İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı qarşısında girov qoyulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bununla belə, cavabdeh tərəf iddia tələbinə etiraz edərək, iş üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbinin qeyd edilən hissəsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İşin məhkəmə iclasında araşdırılan, iş materiallarından və iddiaçının nümayəndəsinin məhkəmə iclasında vermiş olduğu izahatından görünür ki, tərəflər arasında müqavilə 05 iyun 2013-cü il tarixdə bağlanmış, müqavilənin müddətinin bitmə tarixi 05.06.2017-ci il müəyyən edilmişdir. "xxxx" QSC-nin adından çıxış edən "X5 Edilməsi Agentliyi" MMC tərəfindən 08 noyabr 2018-ci il tarixdə, yəni müqavilə üzrə müddətin bitdiyi tarixdən 17 ay 3 gün sonra Cavabdeh qarşı qeyd olunan müqavilə üzrə əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəmədə iddia qaldırılmışdır. Həmin iddia üzrə 22.10.2019-cu il tarixdə qətnamə qəbul edilmiş, daha sonra həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilərək 04.02.2020-ci il tarixdə iddia baxılmamış saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. İddianın baxılmamış saxlanmasından 19 ay 2 gün sonra, yəni 06 sentyabr 2021-ci il tarixdə iddiaçı hazırkı iddia üzrə ərizəsini rabitə orqanına verməklə məhkəməyə müraciət etmişdir. Beləliklə, bank tərəfindən borcluya qarşı iddia irəli sürülməsi üçün müəyyən edilmiş müddət 3 il olmasına baxmayaraq, o, 36 ay 5 gün sonra, yəni iddia müddətini ötürməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, işin hallarına və qeyd edilən maddələrin tələbinə əsasən, məhkəmə, borcun tutulması ilə bağlı iddia müddətini keçmiş hesab edir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-182/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-182/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver