Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1831/2020 19.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlışəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi 212 saylı Hərbi Hissə və Bakışəhəri Maraqlı şəxs2) “şəxsin itkin düşmüş elan olunması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (maraqlışəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi 212 saylı Hərbi Hissə və Bakışəhəri Maraqlı şəxs2) “şəxsin itkin düşmüş elan olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizə ilə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytararaq iddia ərizəsini baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iş materiallarını və ərizəni araşdırıb, hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “İddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır (maddə 259.0.11). İddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər” (maddə 260.1, 260.6). Məhkəmə hesab edir ki, ərizəçi tərəf ərizənin baxılmamış saxlanılması barəsində ərizə verdiyindən və digər tərəf işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi, işin baxılmasını tələb etdiyi barədə məhkəməyə məlumat vermədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi (maraqlışəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi 212 saylı Hərbi Hissə və Bakışəhəri Maraqlı şəxs2) “şəxsin itkin düşmüş elan olunması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakışəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1831/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1831/2020
19.08.2020 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver