Məhkəmə qərarları › İş №2(003)-1845/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1845/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1845/2025 06.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 344,5 manat əsas borcu, 33,15 manat faiz borcu, 12,11 manat cərimə borcu, 0 manat komisyon haqqı borcu olmaqla cəmi 389,76 manat borcun və ərizəyə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün üçün 24 ay müddətinə illik 18% ödəmək şərti ilə 554 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.1-ci maddəsinə görə müqaviləyə əsasən borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq kredit öhdəliyini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixinə "xxxx" KB ASC-yə 344,5 manat əsas borcu, 33,15 manat faiz borcu, 12,11 manat cərimə borcu, 0 manat komisyon haqqı borcu olmaqla cəmi 389,76 manat borcu yaranmışdır.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da fayda verməmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 1381nkNFT/23 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 18% ödəmək şərti ilə 554 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 1381nkNFT/23 saylı kredit müqaviləsinə olan əlavədən görünür ki, kredit müqaviləsinə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 28 manat (sonuncu ay 22 manat) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildiriş məktubundan görünür ki, cavabdeh borc məbləği barədə xəbərdar edilmiş və cavabdehdən borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında xx.xx.2023cü il tarixli, 1381nkNFT/23 saylı kredit müqaviləsi bağlanmışdır. Cavabdehə istehlak məqsədləri üçün üçün 24 ay müddətinə illik 18% ödəmək şərti ilə 554 manat məbləğində kredit verilmişdir. Lakin borclu müqavilədə nəzərdə tutulmuş borcu və faizlər ilə bağlı öhdəliklərini lazımi qaydada icra etməmişdir. Məhkəmə hesab edir ki, iddia 344,5 manat əsas borc, 33,15 manat faiz borcunun Cavabdeh tutulması hissəsində təmin olunmalıdır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmədə müəyyən olundu ki, müqavilənin 3.1-ci maddəsinə əsasən borcalan kredit öhdəliklərini vaxtında yerinə yetirmədiyi halda, Bank 1% miqdarında cərimə tətbiq edə bilər. Cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə 12,11 manat məbləğində cərimə borcu yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia 12,11 manat məbləğində cərimənin Cavabdeh tutulması hissəsində təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən rüsum iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində hesablanır. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə tutulması hissəsində təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı "xxxx" KB ASC-nin xeyrinə Cavabdeh 344,5 manat əsas borcu, 33,15 manat faiz borcu, 12,11 manat cərimə borcu, 0 manat komisyon haqqı borcu olmaqla cəmi 389,76 (üç yüz səksən doqquz manat yetmiş altı qəpik) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar