Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1866/2024 13.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı Zeynalova (Hüseynova) Aygün Ehtibar qızının, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı Zeynalova (Hüseynova) Aygün Ehtibar qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən vurulmuş zərərə görə Cavabdeh2 15000 manat, Cavabdeh1 10000 manat və Cavabdeh3 5000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin mart ayında səhhətində ciddi problemlər yaranmışdı. Həyat yoldaşı Orxan Hüseynov onu X14 müayinəyə aparmışdır. Həmin tibb mərkəzinin həkim-ginekolqu Cavabdeh1 onları müayinə üçün "xxxx" MMC-yə göndərmişdir. Daha sonra həmin müayinə kağızlarını Cavabdeh1 təqdim etmişlər. Cavabdeh1 müayinə kağızlarına baxaraq sağ yumurtalığında kista olduğunu bildirmiş, bu səbəbdən təcili tibbi cərrahi əməliyyatın lazım olduğunu demişdir. xx.xx.2022-ci il tarixində səhər saatlarında ginekoloji xarakterli cərrahi əməliyyat icra olunmuşdur. Əməliyyat lokal keyitmə əsasında keçirilmişdir. Əməliyyatın sadəcə 30 dəqiqə ərzində yekunlaşacağı bildirilsə də, təxminən 2 saat davam etmişdir. Cərrahi əməliyyatı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əməliyyat etmişdir. Cərrahi əməliyyatdan sonra təxmini 10-12 gün müddətində X14 müayinəyə ümumi palata şəklində müalicə almışdır. Həmin əməliyyat üçün şəxsən Cavabdeh1 700 manat pul ödəmiş, eyni zamanda müalicə dövründə çoxlu əlavə xərcləri olmuşdur. X12 xx.xx.2022-ci tarixdə təqdim etdiyi epikrizdən görünür ki, loparaktamiya, sağ tərəfli salpinqoovarioektamiya əməliyyatının aparıldığı görünmüşdür. Xəstəxandan ambulator şəraitdə müalicə üçün evə buraxılmış, əməliyyatdan sonra səhhətində heç bir irəliləyiş olmamış, tam əksinə vəziyyəti daha da pisləşmiş və kəskin ağrıları olmuşdur. xx.xx.2022-ci ildə təkrar müayinə üçün Cavabdeh1 yaxınlaşmış və onun məsləhəti ilə “KM” və "xxxx" MMC-də xx.xx.2022-ci il tarixdə isə “X17”-da müvafiq UZİ müayinələrindən keçmiş, həmin müayinələrin cavabında bildirilmişdir ki, sağ yumurtalıqlar öz ölçüsünü tapsa da sol yumurtalıqlar öz əksini tapmır. Həyat yoldaşı Orxan hər iki müayinənin kağızlarını X12 həkim ginekoloqu Cavabdeh1 təqdim etmişdir. Cavabdeh1 isə hələ də yumurtalıqlarda kistaların olduğunu bildirərək sol yumurtalıqların cərrahi əməliyyat zamanı götürüldüyünü bildirməmişdir. Cavabdeh1 verdiyi izahatda bildirmişdir ki, cərrahi əməliyyatın əsas qismini Cavabdeh2 görmüşdür. Cavabdeh3 və o sadəcə tikişləri icra etmişdir. İzahata bunu da bildirmişdir ki, sağ yumurtalıqlarında törəmə olduğu üçün və törəmə səbəbi ilə yumurtalıqlar yeyildiyi üçün əməliyyat zamanı sağ yumurtalıq götürülmüşdür. Lakin müayinə zamanı ona və yoldaşına sol yumurtalıqlarda problem olduğunu və təcili əməliyyat olunmasını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X15 Komisyon Ekspertizalar şöbəsinin 18 yanvar 2023-cü il tarixdə 809 nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə “X18” PHŞ-də “sağ yumurtalıq kistası” və “laporatomiya sağtərəfli salpinqoovarioektomiya” cərrahi əməliyyatı icra olunmuşdur. Lakin ultrasəs müayinələrində “sağ və sol yumurta kistaları” diaqnozu qoyulmuşdur. Rəydən görünür ki, əməliyyatdan əvvəl müayinələr qismən doğru icra edilmişdir. Lakin, cərrahi əməliyyat texniki və taktiki baxımdan düzgün icra edilməmişdir. “Kistekomiya” əməliyyatı ilə (orqansaxlayıcı) rezeksiya edilməli olduğu halda, operator cərrah tərəfindən “salpinqoovarioektomiya”, yəni kista ilə birlikdə yumurtalıq və uşaqlıq borusu kəsilərək xaric edilmişdir. Eyni zamanda rəydə bildirilmişdir ki, bu problemin müalicəsi mümkündür. Aparılmış cərrahi əməliyyatdan sonra bir daha USM, Rentgen və digər müayinələrdən yenidən keçmişdir. xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixdə USM və Rentgendən göründüyü kimi sağ tərəf yumurtalıqların yerində olduğu, amma sol tərəf yumurtalıqların yerində olmadığı bilinmişdir. Daha sonra o, “Respublika Perninatal Mərkəzi” PHŞ-də təkrar cərrahiyyə əməliyyatı olunaraq sağ tərəf yumurtalıqda mövcud olan kista rezeksiya edilərək götürülmüşdür. “X18” PHŞ-də isə sol tərəf yumurtalıqları götürülmüşdür. Göründüyü kimi, cavabdehlər ona qarşı texniki və taktiki cəhətdən səhv olan cərrahi əməliyyat etmişlər, yalnız kistanı götürmək əvəzinə, yumurtalığı uşaqlıq borusu ilə birgə kəsmişlər, bu azmış kimi cavabdehlər onlara sağ yumurtalığın əməliyyat olunacağını deyib, sol yumurtalığı kəsmişlər. Hadisə nəticəsində o, zərərçəkmiş, bu əməllər əslində cinayət əməlidir, həkimlərin əməlində səhlənkarlıq və sağlamlığa ağır xəsarət yetirmə cinayətlərinin tərkibi var. Baş vermiş hadisənin onda yaratdığı sarsıntıları, qorxunu, stressi unutmaq olmayacaq, bunları heç bir maddi tələb əvəz etməyəcək. Ancaq, cavabdehlər də cəzasız qalmamalıdırlar. Ona görə də onlar əməllərinin ağır nəticələrini kompensasiya etməlidirlər. Onlar onun orqanlarını heç bir tibbi zərurət olmadan yanlış olaraq kəsib götürmüş, onu həmin orqanlardan məhrum etmişlər. Məhkəmə iclasında iddiaçı A.E.Zeynalova (Hüseynova) iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, “X18” PHŞ-yə müalicə üçün getmişdir. Cavabdeh1 onun kistasının olduğunu bildirmişdir. Həmçinin əməliyyatı özünün edəcəyini də demişdir. Kistanın götürülməsi adı ilə onu əməliyyat etmişlər. Əməliyyat beldən aşasğı hissənin keyildilməsi ilə olunmuşdur. Cavabdeh1 əlbəəl 700 manat məbləğində pul vermişdir. Daha əvvəl üç dəfə bağırsaq əməliyyatı olmuşdur. İddia ərizəsində cavabdehlərdən tələb etdiyi məbləğləri təqribən o cür qeyd etmişdir. Ona vurulmuş zərəri mənəvi zərər olaraq qiymətləndirir. Əməliyyatdan sonra tikişləri Özləm və Nailənin etdiyini görmüşdür. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə mülahizə təqdim edərək orada bildirmişdir ki, İddiaçı Etibar qızı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsi” barədə məhkəməyə müraciət edərək cavabdehlərdən Cavabdeh2 15 000 manat, Cavabdeh1 10 000 manat və Cavabdeh3 5000 manat kompensasiyanın tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini qəbul etmirlər. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı mənəvi zərər tələblərini irəli sürür, lakin xahiş edilən hissədə zərərin mənəvi və ya maddi olmasını dəqiqləşdirməmişdir. Cavabdeh1 izahatında bildirmişdir ki, İddiaçı Etibar qızı ona heç bir ödəniş etməmiş, əməliyyat xərclərini sığorta qarşılamışdır. Bununla bağlı Aygün xanıma ödəniş qəbzi verilmiş, həmin ödəniş qəbzi Xəzər rayon Prokurorluğunda araşdırılmış, iş materiallarına əlavə edilmişdir. Həmçinin cavabdeh bildirmişdir ki, iddiaçıda ağrılar kəskinləşdiyindən və kəskin qarın simptomları yarandığından əməliyyatın vacib olduğunu bildirmiş, iddiaçı ginekoloji xarakterli cərrahi əməliyyatın keçirilməsinə etiraz olmadığını bildirmişdir. Həmçinin o, iddiaçının ilk növbədə müaicəsini həyata keçrimiş, əməliyyatdan 1-2 ay öncə yumurtalıqlarında yaranan problemlə bağlı müalicə etmişdir. Müalicənin nəticəsində yumurtalıqlarında olan bəzi kistalar ərimiş, qalan kistaların müalicə yolu ilə aradan qaldırılması mümkün olmadığından ginekoloji xarakterli cərrahi əməliyyat vasitəsilə sağ yumurtalıq götürülmüşdür. Həmçinin əməliyyata başlamaq istənilərkən qarın boşluğuna girmək mümkün olmadığından Cavabdeh2 müraciət etməli olmuşdur. İddiaçının qarın boşluğunda kistalar bağırsaqlara yapışmış vəziyyətdə olmuş, Cavabdeh2 müdaxiləsindən sonra kistaların götürülməsi mümkün olmuşdur. Cavabdehdən həmçinin əməliyyat prosedurunun gələcək fəsadları baradə iltizamnamə alınmış, iltizamnamə iddiaçının özü tərəfindən şəxsən imzalanmışdır. Həmçinin iddiaçı xx.xx.2022-ci il tarixli əməliyyatdan əvvəl daha 4 dəfə əməliyyat olunmuşdur. Bundan başqa, iddiaçı xx.xx.2022ci il tarixdə də X3 tərəfindən əməliyyat olunmuşdur. Respublika Perinatal mərkəzində də əməliyyat olunmuşdur. Bundan başqa, xx.xx.2023-cü il tarixli ekpert rəyinin nəticə hissəsindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı sağ tərəfdə yumurtalıq və borunun olduğunu nəzərə alaraq onun mayalanma qabiliyyəti vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Beləliklə, Cavabdeh1 tərəfindən iddiaçıya hər hansı zərər vurulması sübuta yetirilmədiyindən, İddiaçı sağ tərəfdə yumurtalıq və borunun olduğunu nəzərə alaraq onun mayalanma qabiliyyəti olduğu müəyyən edildiyindən, iddiaçının xx.xx.2022-ci il tarixindən əvvəl və sonra digər həkimlər və digər klinikalarda dəfələrlə əməliyyat olunduğundan iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və mülahizəsinə uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, əməliyyat iddiaçıya heç bir xətər gətirməmiş, əksinə həkimlər onun həyatını xilas etmişdir. Əməliyyat xərcləri sığorta tərəfindən tam şəkildə ödənilmişdir. Həmçinin iddiaçıdan iltizamnamə alınmışdır. Əməliyyat dərhal deyil, xeyli davam edən müalicədən sonra olmuşdur. Kista bağırsağa yapışdığına görə cərrah Əzizə müraciət edilmişdir. Elnurə Salmanova polis orqanlarına verdiyi izahatında bildirmişdir ki, iddiaçını daha əvvəl əməliyyat etmişdir. Ekspert rəyində iddiaçının mayalanma qabiliyyətinin mövcud olduğu bildirilmiş, sağ yumurtalıq mövcuddur. İddiaçı üzərində aparılmış əməliyyat ilk olmamışdır. İddiaçının üç və ya dördüncü əməliyyatı olmuşdur. Onu daha əvvəl əməliyyat edən həkimləri deyil, sonradan əməliyyat edən həkimlərə qarşı iddia qaldırmaq absurddur. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçı 2-3 dəfə əməliyyat edilmişdir. Kistası bağırsaqlara yapışmışdır. Həkimlər onu kömək etmək üçün çağırmışdır. Çünki ginekoloqlar bu əməliyyatı icra etməkdə çətinlik çəkirdilər. O, baş cərrah vəzifəsində işləyir. Həmin vaxt xəstədə bağırsaq keçməzliyi baş vermişdir. Əgər o, müdaxilə etməsəydi, xəstə vəfat edə bilərdi. Daha sonrakı müayinə və müalicələrdən xəbəri olmamışdır. Onu yalnız əməliyyat zamanı çağırmışlar. Epikriz sonradan tərtib edilmişdir. Özləm protokolda onun sonradan dəvət olunmasını qeyd etməli idi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarına nəzər yetirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış əlavə araşdırma zamanı “X16” X15 həkimləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış 576-C-22 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Həmin qərardan görünür ki, aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh3 bildirmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 2022-ci ildən X13 Doğum-Ginekologiya şöbəsində mama-ginekoloq vəzifəsində çalışır. Heç kimlə arasında düşmənçilik və ədavət yoxdur. İddiaçı xx.xx.2022-ci il tarixdə X13 əməliyyat stolunda olan zaman görmüşdür. Həmin vaxt həkim-ginekoloq Cavabdeh1 ona bildirmişdir ki, xəstə Aygün X1rınaltı nahiyənin kəskin ağrıları ilə müraciət etmişdir. Eyni zamanda Cavabdeh1 ona bildirmişdir ki, İddiaçı əvvəllər də bağırsaq keçməzliyindən və s. dəfələrlə cərrahi əməliyyat olunmuşdur. Tərəfindən qarın nahiyəsi cərrahi yolla açılmış, həmin vaxt qarın boşluğunda bağırsaq nahiyələrində, ümumiyyətlə qarın boşluğunun hər tərəfində kifayət qədər fəsadların olduğunu görmüşdür. Həmin fəsadların vərəm, qanareya mənşəli olması ilə bağlı şübhələri yaranmışdır. Cərrahi əməliyyatın çətinliyini, cərrahi əməliyyatın ümumi cərrahiyyə olduğunu nəzərə alaraq cərrahi əməliyyatı icra etmək üçün cərrah Cavabdeh2 dəvət etmişlər. Cərrah Cavabdeh2 çox çətinliklə qarın boşluğunda daxili orqanları ehtiyatla və zədələmədən hazır vəziyyətə gətirmiş, daha sonra İddiaçı sağ yumurtalığında törəmə olduğuna və yumurtalığın toxuması yeyildiyinə görə sağ yumurtalıq cərrahi əməliyyat yolu ilə götürülmüşdür. Daha sonra onun tərəfindən qarın boşluğu cərrahi yolla işlənmişdir. Həmin vaxt İddiaçı izah olunmuşdur ki, onun qarın boşluğunda olan fəsadlaşmalar vərəm xarakterli də ola bilər, odur ki onun müalicəsi ilə ciddi məşğul olmaq lazımdır. Cərrahi əməliyyatdan sonra o İddiaçı görməmiş, ümumiyyətlə onunla hər hansı bir formada əlaqə saxlamamışdır. Bildiyi qədərilə cərrahi əməliyyatdan sonra xəstə İddiaçı müalicəsi ilə cərrah Cavabdeh2 və həkim-ginekoloq Özləmə Cabbarova məşğul olmuşlar. Əlavə olaraq bildirmişdir ki, İddiaçı X13 cərrahi əməliyyat prosedurundan keçirilməzdən əvvəl sonuncudan belə əməliyyat prosedurunun gələcək fəşadları ilə bağlı iltizamnamə alınıb alınmaması ilə bağlı məlumatı olmamışdır. Xəstə İddiaçı bildiyi qədərilə həkim-ginekoloq Cavabdeh1 pasiyenti olmuşdur. İddiaçı xx.xx.2022-ci tarixdə X13 əməliyyat stolunda olan zaman görmüşdür. Cərrahi əməliyyatdan sonra o, İddiaçı görməmiş, ümumiyyətlə onunla hər hansı bir formada əlaqə saxlamamışdır. X13 ginekoloji xarakterli cərrahi əməliyyat olunmasının müqabilində İddiaçı Cavabdeh1 700 manat pul ödəməsi ilə bağlı heç bir məlumatı yoxdur. Aparılmış əlavə araşdırma zamanı Cavabdeh3 bildirmişdir ki, “X18” PHŞ-də ginekoloq vəzifəsində işləyir. Öncədən pasient İddiaçı barəsində heç bir məlumatı olmamışdır. Həkim Cavabdeh1 tərəfindən əməliyyatın təxirəsalınmaz olduğunu biləndən sonra pasientlə tanış olub əməliyyatda iştirak etmişdir. Əməliyyat başlayarkən qarın boşluğuna daxil olmaq çətinliyini dərk edib hətta mümkün belə olmadığını düşünərək əməliyyatı davam etməkdən imtina edib bu barədə həkim Cavabdeh1 bildirmişdir. Cərrahiyyə şöbəsinin müdiri həkim Cavabdeh2 öz köməyini təklif edib əməliyyata daxil olmuş, qarın boşluğundan bitişmələri aralayıb sistemtomiya izah etmişdir. Əməliyyatdan sonrakı dövrdən məlumatı olmamışdır. Aparılan əlavə araşdırma zamanı izahatı alınmış X4 bildirmişdir ki, 2019-cu ildən X13 Qadın Məsləhətxanasında şöbə müdiri olmuşdur. 2021-ci ilin avqust ayından X13 Doğum-Ginekologiya şöbəsinin müdiri vəzifəsində çalışırmış. X4 əlavə olaraq bildirmişdir ki, ginekoloji xarakterli cərrahi əməliyyatın aparılması üçün ödəniş icbari tibbi sığorta vasitəsilə ödənilmişdir. İddiaçı əlavə ödəniş alınmamışdır. Son dövrlərdə Aygün xanımın ağrıları kəskinləşmiş və dözülməz həddə çatmışdır. Buna görə də əməliyyat olunması vacib olmuşdur. Aygün xanım yumurtalıqlarındakı problemlə bağlı əməliyyatdan 1-2 ay öncə müalicə almışdır. Müalicə nəticəsində yumurtalıqlarında olan kistaların bəziləri ərimişdir. Qalan kistaların müalicə yolu ilə aradan qaldırılması mümkün olmadığından əməliyyatla götürülmüşdür. Aygün xanımın ağrıları çox olduğundan və planlı əməliyyat olmadığından konsilium aparılmamışdır. Sadəcə ginekoloq Özləm xanım onunla və aparıcı cərrah Cavabdeh3 ilə məsləhət aparmışdır. Əməliyyata başlamaq istədikdə qarın boşluğuna giriş mümkün olmamış, kistaların şişərək bağırsaqlara yapışdığı aşkar olunmuşdur. Belə olan halda cərrah müdaxiləsinə ehtiyac yarandığından Cavabdeh2 əməliyyata cəlb olunmuşdur. Əməliyyatdan öncə Özləm xanım Aygün xanımdan yazılı iltizamnamə almışdır. Əməliyyat zamanı İokal anesteziya istifadə olunduğundan yumurtalıqların çıxarılması ilə bağlı Aygün xanıma şifahi məlumat verilmişdir. Aygün xanım şifahi razılıq vermişdir. Aparılmış əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı əməliyyatının ödənişi icbari tibbi sığorta vasitəsilə edilmiş, həkim Cavabdeh1 müalicə xərcləri ilə bağlı 700 manat əlavə ödəniş edilməsi öz təsdiqini tapmamışdır. - Aparılan araşdırma zamanı izahatı alınmış X5 bildirmişdir ki, 2018-ci ildən “Məhkəmə Tibbi Ekspertiza və X6” X15 X2 rəisi vəzifəsində işləyir. İzahatında bildirmişdir ki, İddiaçı diaqnozun qismən təyin olunmasına, həmçinin üzərində icra edilmiş cərrahi əməliyyatın texniki və taktiki cəhətdən düzgün icra edilməməsi, yəni “kistektomiya” əməliyyatı ilə (orqansaxlayıcı) rezeksiya edilməli olduğu halda “salpinqoovarioektomiya” əməliyyatının (kista ilə birlikdə yumurtalıq və uşaqlıq borusunun kəsilərək götürülməsi), qeyd olunan qüsurlu tibbi xidmətin məsul şəxsi birbaşa həkim-cərrah Cavabdeh2 olmuş, eyni zamanda qüsurlu cərrahi əməliyyatla bağlı tibbi sənədlərin tərtib olunmasına və imzalanmasına cavabdeh şəxs Cavabdeh2 olmuşdur. Tibbi manipulyasiya zamanı sağlamlığa zərər vurmanın dərəcəsinin təyini nəzərdə tutulmadığına görə sol yumurtalığın və uşaqlıq borusunun çıxarılması düzgün olmamış, onun vəziyyətinin ağırlaşmasına səbəb olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X15in xx.xx.2023-cü il tarixli 737/KEŞ saylı rəyindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə “X18” PHŞ-nə “sağ yumurtalığın kistası” diaqnozu ilə daxil olmuş və onun üzərində “Laporatomiya. Sağtərəfli salpinqoovarioektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı üzərində cərrahiyyə əməliyyatı icra edilmədən öncə xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixlərdə ultrasəs müayinələri icra edilmişdir. Müayinələr zamanı isə ona “sağ yumurtalığın kistası” diaqnozu qismən düzgün təyin edilmişdir. Belə ki, müayinələr zamanı “Sağ və sol yumurtalıq kistaları”-nın olduğu öz təsdiqini tapır. “X18” PHŞ-də müalicə şəraitində cərrahi əməliyyatından əvvəl İddiaçı müayinələri qismən icra edilmişdir. “X18” PHŞ-də İddiaçı üzərində icra edilmiş ginekoloji cərrahiyyə əməliyyatı texniki və taktiki cəhətdən düzgün icra edilməmişdir. Belə ki, cərrahiyyə əməliyyatı zamanı yumurtalıqda olan kistalar “kistektomiya” əməliyyatı ilə (orqansaxlayıcı) rezeksiya edilməli olduğu halda, operator cərrah tərəfindən “salpinqoovarioektomiya”, yəni kista ilə birlikdə yumurtalıq və uşaqlıq borusu kəsilərək xaric edilmişdir. Cərrahiyyə əməliyyatından sonra götürülmüş preparat histoloji müayinəyə göndərilmiş və kistanın follikulyar mənşəli (normal), salpingitin isə xroniki (müalicəsi mümkün olan) olduğu aşkar edilmişdir. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatından əvvəl aparılmış ultrasəs müayinələrinə əsasən “sağ və sol yumurtalıq kistaları” diaqnozu, onun üzərində icra edilmiş cərrahiyyə əməliyyatı zamanı isə “sağtərəfli salpinqoovarioektomiya”-ya əsas olmamışdır. Histoloji müayinənin nəticəsində bu öz təsdiqini bir daha tapmışdır. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatından sonra ona aparılmış USM, Rentgen və digər müayinələr əsasında onun üzərində “sağtərəfli salpinqoovarioektomiya” öz təsdiqini tapmır. xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə USM, xx.xx.2022-ci il tarixdə isə boruların keçiriciliyinin rentgen müayinəsi zamanı sağ tərəf yumurtalığın yerində olduğu, əksinə sol tərəf yumurtalığın olmadığı öz təsdiqini tapmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı üzərində “X18” PHŞ-də çıxarıldığı rəsmiləşdirilən (əslində isə sol tərəf yumurtalıq kəsilərək çıxarılmışdır) yumurtalıqda mövcud olan kista ilə əlaqədar “Respublika Perinatal Mərkəzi” PHŞ-də təkrar cərrahiyyə əməliyyatı olunmuş və sağ tərəf yumurtalıqda mövcud olan kista rezeksiya edilərək götürülmüşdür. Bütün bunlar “X18” PHŞ-də İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı zamanı “sağtərəfli salpinqoovarioektomiya”-nın icra edildiyi qeyd edilsə də, onun üzərində “soltərəfli salpinqoovarioektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X15in xx.xx.2023-cü il tarixli 51 saylı rəyindən görünür ki, “X18” PHŞ-də İddiaçı adına tərtib edilmiş tibbi sənədə əsasən, o, halsızlıq, belində və qarnın aşağı (sağ) nahiyəsində ağrı şikayəti ilə xx.xx.2022-ci il tarixdə “Sağ yumurtalığın kistası” diaqnozu ilə tibb mərkəzinə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra onun üzərində xx.xx.2022-ci il tarixdə “Laporatomiya. Sağtərəfli salpinqoovarioektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində aparılmış ultrasəs müayinələri zamanı onda sağ və sol yumurtalıqların kistaları müəyyən edildiyi halda “X18” PHŞ-də ona yalnız “sağ yumurtalığın kistası” təyin edilmişdir. Bu baxımdan təyin edilmiş diaqnoz qismən düzgün olmuşdur. “X18” PHŞ-də müalicə şəraitində İddiaçı cərrahi əməliyyatdan öncə aparılmış instrumental (USM) müayinələri zamanı onda hər iki yumurtalıqda kista olduğu halda ona yalnız sağ yumurtalığın kistası ilə əlaqədar “sağtərəfli salpinqoovarioektomiya” aparılmışdır. İddiaçı üzərində “X18” PHŞ-də icra edilmiş ginekoloji cərrahiyyə əməliyyatı texniki və taktiki cəhətdən düzgün olmamışdır. İcra edilmiş cərrahiyyə əməliyyatı zamanı “kistektomiya” əməliyyatı (orqansaxlayıcı) edilməli idi, lakin “salpinqoovarioektomiya” əməliyyatı kista ilə birlikdə yumurtalıq və uşaqlıq borusu kəsilərək xaric edilmişdir. Çıxarılmış biomaterial histoloji müayinəyə göndərilmiş və kistanın follikulyar mənşəli (normal), salpingitin isə xroniki (müalicəsi mümkün olan) olduğu müəyyən edilmişdir. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə aparılmış ultrasəs müayinələrinə uyğun deyildir. Belə ki, əməliyyatdan sonra patohistoloji müayinə cavabına əsasən, müəyyən edilmiş patologiyanın morfoloji xüsusiyyətini nəzərə alaraq ilkin olaraq konservativ müalicə taktikası aparılmalı olduğu halda aparılmamışdır. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatından əvvəl aparılmış ultrasəs müayinələrinə əsasən, onda “sağ və sol yumurtalıq kistaları” müəyyən edilsə də, “sağtərəfli salpinqoovarioektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Lakin, aparılmış patohistoloji müayinə cavabına nəzərə alaraq aparılmış əməliyyata əsas olmamışdır. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatından sonra ona aparılmış USM, Rentgen və digər müayinə cavablarını nəzərə alaraq icra edilmiş “sağtərəfli salpinqoovarioektomiya” cərrahiyyə əməliyyatı öz təsdiqini tapmamışdır. Belə ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə USM, xx.xx.2022-ci il tarixində isə boruların keçiriciliyinin rentgen müayinəsində sağ tərəf yumurtalığın yerində olduğu, əksinə sol tərəf yumurtalığın olmadığı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X15in xx.xx.2023-cü il tarixli 351/KEŞ saylı rəyindən görünür ki, 1997-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və məhkəmə-tibbi ekspert rəylərinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı sağ tərəfdə yumurtalıq və borunun olduğunu nəzərə alaraq onun mayalanma qabiliyyəti vardır. 4 3.4. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. Azərbaycan Respubikasının Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İş materialları ilə müəyyən olundu ki, “X18” PHŞ-də İddiaçı adına tərtib edilmiş tibbi sənədə əsasən, o, halsızlıq, belində və qarnın aşağı (sağ) nahiyəsində ağrı şikayəti ilə xx.xx.2022-ci il tarixdə “Sağ yumurtalığın kistası” diaqnozu ilə tibb mərkəzinə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra onun üzərində xx.xx.2022-ci il tarixdə “Laporatomiya. Sağtərəfli salpinqoovarioektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində aparılmış ultrasəs müayinələri zamanı onda sağ və sol yumurtalıqların kistaları müəyyən edildiyi halda “X18” PHŞ-də ona yalnız “sağ yumurtalığın kistası” təyin edilmişdir. Bu baxımdan təyin edilmiş diaqnoz qismən düzgün olmuşdur. “X18” PHŞ-də müalicə şəraitində İddiaçı cərrahi əməliyyatdan öncə aparılmış instrumental (USM) müayinələri zamanı onda hər iki yumurtalıqda kista olduğu halda ona yalnız sağ yumurtalığın kistası ilə əlaqədar “sağtərəfli salpinqoovarioektomiya” aparılmışdır. İddiaçı üzərində “X18” PHŞ-də icra edilmiş ginekoloji cərrahiyyə əməliyyatı texniki və taktiki cəhətdən düzgün olmamışdır. İcra edilmiş cərrahiyyə əməliyyatı zamanı “kistektomiya” əməliyyatı (orqansaxlayıcı) edilməli olsa da, “salpinqoovarioektomiya” əməliyyatı kista ilə birlikdə yumurtalıq və uşaqlıq borusu kəsilərək xaric edilmişdir. Çıxarılmış biomaterial histoloji müayinəyə göndərilmiş və kistanın follikulyar mənşəli (normal), salpingitin isə xroniki (müalicəsi mümkün olan) olduğu müəyyən edilmişdir. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə aparılmış ultrasəs müayinələrinə uyğun deyildir. Belə ki, əməliyyatdan sonra patohistoloji müayinə cavabına əsasən, müəyyən edilmiş patologiyanın morfoloji xüsusiyyətini nəzərə alaraq ilkin olaraq konservativ müalicə taktikası aparılmalı olduğu halda aparılmamışdır. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatından əvvəl aparılmış ultrasəs müayinələrinə əsasən, onda “sağ və sol yumurtalıq kistaları” müəyyən edilsə də, “sağtərəfli salpinqoovarioektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Lakin, aparılmış patohistoloji müayinə cavabına nəzərə alaraq aparılmış əməliyyata əsas olmamışdır. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatından sonra ona aparılmış USM, Rentgen və digər müayinə cavablarını nəzərə alaraq icra edilmiş “sağtərəfli salpinqoovarioektomiya” cərrahiyyə əməliyyatı öz təsdiqini tapmamışdır. Belə ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə USM, xx.xx.2022-ci il tarixində isə boruların keçiriciliyinin rentgen müayinəsində sağ tərəf yumurtalığın yerində olduğu, əksinə sol tərəf yumurtalığın olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iclasında, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsi tərəfindən aparılmış xx.xx.2023-cü il tarixli 351/KEŞ saylı ekspertiza tədqiqatı (ekspert rəyi) iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 tərəfindən icra edilmiş əməliyyatla iddiaçının səhhətinə zərər dəyməsi təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, İddiaçı üzərində icra edilmiş əməliyyat və əməliyyatdan sonrakı müayinə və müalicələr taktiki və texniki cəhətdən düzgün icra edilmədiyindən iddiaçı mənəvi iztirab və sarsıntılar keçirmişdir. Bu baxımdan iddiaçıya dəymiş zərərə görə cavabdehlərdən pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının üzərində əməliyyatın düzgün icra edilməməsi, bunun nəticəsində onun sağlamlığının pozulması, iddiaçının yaşadığı ruhi sarsıntılar iddiaçıya mənəvi zərərin yetirilməsinə dəlalət edir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı ona dəyən mənəvi zərərin məbləğini Cavabdeh2 15000 manat, Cavabdeh1 10000 manat olaraq qeyd etsə də, məhkəmə həmin məbləği müəyyən edərkən, işin faktiki hallarını, həkimlərin cərrahi əməliyyatda iştirak paylarını, habelə cavabdehlərin mənəvi zərərin yetirilməsində rolunu nəzərə almalıdır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin səriştəsizlikləri nəticəsində düzgün yerinə yetirilməmiş əməliyyat nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi, iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində keçirdiyi stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Məhkəmə iddiaçının əməliyyat üçün 700 manat ödəməsi ilə bağlı qeyd edir ki, həmin fakt iş materialları ilə təsdiq edilməmişdir. Əksinə, həmin xərcin icbari tibbi sığorta vasitəsilə ödənilməsi iş materialları ilə müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh3 pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh3 əməliyyatda icraçı olaraq birbaşa iştirak etməmiş, yalnız köməkçi qismində (tikişlərin qoyulması və sair) iştirak etmişdir. Bu səbəbdən Cavabdeh3 cavabdeh qismində hər hansı məbləğin tutulması əsassız hesab edilməlidir. Məhkəmə işin faktiki hallarını, mülki işdə olan sübutları, yuxarıda qeyd edilmiş maddi və prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh2 3000 manat, Cavabdeh1 isə 4000 manat məbləğində dəymiş mənəvi ziyanın iddiaçı Zeynalova (Hüseynova) Aygün Ehtibar qızının xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 3000 manat və Cavabdeh1 4000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1866/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1866/2024
13.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver