Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(003)-1874/2021 01.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı, Kreditor (Electrolux-3) Borclu qarşı borcun tutulması tələbinə dair ərizəyə və əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: Kreditor (Electrolux-3) Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, borclu xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş Borclu 2380,94 (iki min üç yüz səksən manat doxsan dörd qəpik) manat əsas borcun və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 40 (qırx) qəpik bank xidmət haqqının, cəmi 2401,34 (iki min dörd yüz bir manat otuz dörd qəpik) manat məbləğində borcun "Kreditor" MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu ilə kreditor "Kreditor" MMC (Electrolux- 3) arasında hissə-hissə ödənilmək şərti ilə xx.xx.2019-cu il tarixli “**********2” saylı və xx.xx.2020-ci il tarixli “**********0” saylı alqı-satqı müqavilələri bağlanmışdır. xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə görə, kreditor tərəfindən Borclu 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə TV SONY 50W805C (2014,92 manat); MİKSER PHİLİPS HR-1565/40 (99,04 manat) və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə PALTARYUYAN SAMSUNG WW65K52E69WDLP WHİTE (948,98 manat) ümumilikdə cəmi 3062,94 manat dəyərində məişət əşyaları satılmışdır. Kreditor müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Borclu üzərinə götürdüyü öhdəliyi icra etməmiş və bu günədək xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1511,96 manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə isə 868,98 manat əsas borc olmaqla ümumilikdə cəmi 2380,94 (iki min üç yüz səksən manat doxsan dörd qəpik) manat əsas borcu ödəməmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmışdır. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor (Electrolux-3) tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Bu halda Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Prosesual Mülki Məcəlləsinin 280-ci maddəsinə görə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən hesab edirəm ki, Kreditor MMC-nin məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 (iyirmi) manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə ƏMR ETDİ: xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Kreditor (Electrolux-3) xeyrinə, 2380.94 (iki min üç yüz səksən manat doxsan dörd qəpik) məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqı tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Xəzər Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1874/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(003)-1874/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver