Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1877/2021 04.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı X4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı X4 İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən birgə qaydada 4589.50 ABŞ dolları məbləğində əsas borc, 2602.30 ABŞ dolları məbləğində faiz borcu, gecikdirilmiş günlər üçün hesablanan 1941.12 ABŞ dolları faiz məbləği və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun X4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinın xeyrinə ödənilməsi, - tutmanın girov predmeti olan qızıl-zinət əşyalarına (kolye -1 ədəd, boyunbağı -1 ədəd, kolye - 1 ədəd, qolbaq - 1 ədəd, kolye - 1 ədəd, klon (10-luq qızıl) - 1 ədəd, qadın saatı - 1 ədəd, kişi qol saatı kəmərli - 1 ədəd, qadın saatı kəmərsiz - 1 ədəd, üzük - 4 ədəd, br.qaşlı qolbaq - 1 ədəd, boyunbağı - 1 ədəd, üzük sırğa dəst - 1 dəst, qadın üzüyü - 5 ədəd, sünbül bilərzik - 1 ədəd, boyunbağı klon - 2 ədəd, sırğa - 1 ədəd) yönəldilməsi, həmin qızıl-zinət əşyalarının hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və girov predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, X4 İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Səbail rayon filialı (bundan sonra “Bank” adlanacaq) ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2009-cu il tarixli 05 nömrəli kredit müqaviləsinə əsasən ev təmiri məqsədi ilə cavabdehə 12 (on iki) ay müddətinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 11800 (on bir min səkkiz yüz ) ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan əlavə 17 iyun 2010-cu il tarixli 01 saylı 16.06.2009-cu il tarixli 05 saylı kredit müqaviləsinə əlavəyə əsasən kredit müqaviləsinin müddəti 17 iyun 2011ci il tarixədək, 15 iyul 2011-ci il tarixli 02 saylı 16.06.2009-cu il tarixli 05 saylı kredit müqaviləsinə əlavəyə əsasən isə kredit müqaviləsinin müddəti 15 iyul 2012-ci ilədək uzadılmışdır. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh məxsus olan qızıl-zinət əşyaları (kolye -1 ədəd, boyunbağı -1 ədəd, kolye - 1 ədəd, qolbaq - 1 ədəd, kolye - 1 ədəd, klon (10luq qızıl) - 1 ədəd, qadın saatı - 1 ədəd, kişi qol saatı kəmərli - 1 ədəd, qadın saatı kəmərsiz - 1 ədəd, üzük - 4 ədəd, br.qaşlı qolbaq - 1 ədəd, boyunbağı - 1 ədəd, üzük sırğa dəst - 1 dəst, qadın üzüyü - 5 ədəd, sünbül bilərzik - 1 ədəd, boyunbağı klon - 2 ədəd, sırğa - 1 ədəd) girova qoyulması məqsədilə 16.06.2009-cu tarixli girov müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanmış girov müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi qızıl-zinət əşyaları (kolye -1 ədəd, boyunbağı -1 ədəd, kolye - 1 ədəd, qolbaq - 1 ədəd, kolye - 1 ədəd, klon (10-luq qızıl) - 1 ədəd, qadın saatı - 1 ədəd, kişi qol saatı kəmərli - 1 ədəd, qadın saatı kəmərsiz - 1 ədəd, üzük - 4 ədəd, br.qaşlı qolbaq - 1 ədəd, boyunbağı - 1 ədəd, üzük sırğa dəst - 1 dəst, qadın üzüyü - 5 ədəd, sünbül bilərzik - 1 ədəd, boyunbağı klon - 2 ədəd, sırğa - 1 ədəd) çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********251 saylı 27.02.2018-ci il tarixli və **********091 saylı 23.09.2020-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh kredit üzrə borcu cəmi 9132.92 (dooquz min yüz otuz iki dollar doxsan iki sent) ABŞ dolları təşkil edir. Bundan 4589.50 (dörd min beş yüz səksən doqquz dollar əlli sent) ABŞ dolları əsas borc, 2602.30 (iki min altı yüz iki dollar otuz sent) faiz, 0 (sıfır) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1941.12 (bir min doqquz yüz qırx bir dollar on iki sent) ABŞ dolları faiz borcu təşkil edir. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən müqavilə pozulduğu halda Bankın kredit üzrə borcun qaytarılmasını və hesablanacaq faizlərin, cərimələrin və müqavilədə göstərilmiş digər xərclərin ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Qeyd olunanlara əsasən, cavabdehdən birgə qaydada 4589.50 ABŞ dolları məbləğində əsas borc, 2602.30 ABŞ dolları məbləğində faiz borcu, gecikdirilmiş günlər üçün hesablanan 1941.12 ABŞ dolları faiz məbləği və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun X4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinın xeyrinə ödənilməsi, - tutmanın girov predmeti olan qızıl-zinət əşyalarına (kolye - 1 ədəd, boyunbağı -1 ədəd, kolye - 1 ədəd, qolbaq - 1 ədəd, kolye - 1 ədəd, klon (10-luq qızıl) - 1 ədəd, qadın saatı - 1 ədəd, kişi qol saatı kəmərli - 1 ədəd, qadın saatı kəmərsiz - 1 ədəd, üzük - 4 ədəd, br.qaşlı qolbaq - 1 ədəd, boyunbağı - 1 ədəd, üzük sırğa dəst - 1 dəst, qadın üzüyü - 5 ədəd, sünbül bilərzik - 1 ədəd, boyunbağı klon - 2 ədəd, sırğa - 1 ədəd) yönəldilməsi, həmin qızıl-zinət əşyalarının hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və girov predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, X4 İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarına istinad edərək, kredit borcuna əlavə olaraq 1941.12 ABŞ dolları faiz borcu hesablamışdır. Onun götürdüyü kredit isə 2009-cu ildə olmuşdur, odur ki, həmin məbləğin hesablanması düzgün deyil.Bundan əlavə Prezidentin fərmanına əsasən problemli kreditlərə 10000 ABŞ dolları kompensasiya verilmişdir, lakin bu barədə iddia ərizəsində qeyd edilməmişdir. Həmçinin hazırkı iş üzrə müqavilənin müddətinin bitməsindən 10 ildən artıq vaxt keçir. İddia müddəti keçdiyi üçün iddia rədd olunmalıdır. Məhkəmə Mülki Prosessual Məcəllənin 18-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddiaçının ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan, X4 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2009-cu il tarixli 05 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 12 ay müddətinə aylıq 22 faiz ödəmək şərti ilə 11800 ABŞ dolları məbləğində kredit vermişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı X4 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 16 iyun 2009-cu il tarixli 05 saylı kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. İş materiallarına əlavə edilmiş 16.06.2009-cu il tarixli girov müqaviləsindən görünür ki, Cavabdeh məxsus 9200 manat dəyərində qızıl-zinət əşyaları borcun təminatı olaraq X4 İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında girov qoyulmuşdur. İş materiallarından görünür ki, X4 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 05 saylı kredit müqaviləsinə 01 saylı əlavə bağlanmış, kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qalmaqla, kredit qalığının ödənilmə vaxtı 17.06.2011-ci il tarixədək uzadılmışdır. İş materiallarından görünür ki, X4 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 05 saylı kredit müqaviləsinə 02 saylı əlavə bağlanmış, kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qalmaqla, kredit qalığının ödənilmə vaxtı 15.07.2012-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş 11.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16 iyun 2009-cu il tarixli 05 saylı kredit müqaviləsi üzrə X4 İddiaçı Açıq Səhmdar Cəmiyyətina 4589.50 ABŞ dolları məbləğində əsas borc, 2602.30 ABŞ dolları məbləğində faiz borcu, 0 cərimə borcu, gecikdirilmiş günlər üçün hesablanmış 1941.12 ABŞ dolları faiz məbləği borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bununla belə, cavabdeh tərəf iddia tələbinə etiraz edərək, iş üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbinin qeyd edilən hissəsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, tərəflər arasında müqavilə 16 iyun 2009-cu il tarixdə bağlanmış, cavabdeh tərəfindən kredit qalığının ödənilmə vaxtı 15.07.2012-ci il müəyyən edilmişdir. İddiaçı isə 31.03.2021-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, işin hallarına və məhkəmə qeyd edilən maddənin tələbinə əsasən, borcun tutulması ilə bağlı iddia müddətini keçmiş hesab edir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı X4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı X4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1877/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1877/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver