Məhkəmə qərarları › İş №2(003)-1878/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1878/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1878/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Mübariz Süleymanovun iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abbasova Gülnar Tahir qızından cəmi 7166.12 manat məbləğində kredit borcunun-bundan 3389.65 manat əsas, 2429.92 manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1346.55 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın girov predmeti olan qızıl-zinət əşyalarına (br.üzük sırğa dəst 750 əyyar - 1 dəst, üzük sırğa dəst mirvari 750 əyyar - 1 dəst, üzük sırğa dəst 750 əyyar - 1 dəst, br.nişan üzüyü 750 əyyar - 1 ədəd, sırğa 750 əyyar - 2 cüt, tros boyunbağı 583 əyyar - 1 ədəd, boyunbağı klon - 1 ədəd) yönəldilməsi, həmin qızılzinət əşyalarının hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və girov predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Səbail rayon filialı ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2009-cu il tarixli 02 nömrəli kredit müqaviləsinə əsasən ev təmiri məqsədi ilə cavabdehə 9 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 4400 manat məbləğində kredit verilmişdir. Bundan əlavə 07 iyun 2010-cu il tarixli 02 saylı 07.09.2009-cu il tarixli 02 saylı kredit müqaviləsinə əlavəyə əsasən kredit müqaviləsinin müddəti 07 mart 2011-ci il tarixədək, 09 mart 2011-ci il tarixli 02 saylı 07.09.2009-cu il tarixli 02 saylı kredit müqaviləsinə əlavəyə əsasən kredit müqaviləasinin müddəti 09 dekabr 2011-ci ilədək və 30 dekabr 2011-ci il tarixli 03 saylı 07.09.2009-cu il tarixli 02 saylı kredit müqaviləsinə əlavəyə əsasən kredit müqaviləsnin müddəti 30 dekabr 2012-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh qızma məxsus olan qızıl-zinət əşyaları (br.üzük sırğa dəst 750 əyyar - 1 dəst, üzük sırğa dəst mirvari 750 əyyar - 1 dəst, üzük sırğa dəst 750 əyyar - 1 dəst, br.nişan üzüyü 750 əyyar - 1 ədəd, sırğa 750 əyyar - 2 cüt, tros boyunbağı 583 əyyar - 1 ədəd, boyunbağı klon - 1 ədəd) girova qoyulması məqsədilə 07.09.2009-cu tarixli girov müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 1545 saylı 25 may 2017-ci il tarixli və **********123 saylı 25.09.2020-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh kredit üzrə borcu cəmi 7166.12 manat təşkil edir. Bundan 3389.65 manat əsas borc, 2429.92 faiz, 0 (sıfır) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1346.55 manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş etirazla məhkəməyə müraciət edərək, iddia tələbini qismən etirafla etməklə bildirmişdir ki, gecikdirilmiş vaxt üçün hesablanmış 1346.53 manat borcu qəbul etmir və həmin hissədə iddia tələbinin rədd edilməsini digər hissədə borcun tutulmaqla girov əmlaka yönəldilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 07.09.2009-cu il tarixli 02 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Səbail filialı ilə Abbasova Gülnar Tahir qızı arasında kredit müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə Bank kredit alana 9 ay müddətinə, illik 30 % hesabı ilə 4400 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 11.11.2020-ci il tarixli arayışından görünür ki, Abbasova Gülnar Tahir qızının kredit müqaviləsi üzrə 03.11.2020-ci il tarixə 3389.65 manat əsas, 2429.92 manat faiz, gecikdirilmiş vaxt üçün hesablanmış 1346.12 manat faiz borcu vardır. İş materiallarında olan girov saxlayan İddiaçı ASC-nin Səbail filialı ilə girov qoyan Abbasova Gülnar Tahir qızı arasında bağlanmış 07.09.2009-cu il tarixli 02 saylı girov müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən 07.09.2009-cu il tarixli kredit müqaviləsi üzrə borc alan öz öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi 4500 manat dəyərində hesablanmış qızıl-zinət əşyalarını girov qoymuşdur. İş materiallarında olan İddiaçı ASC-nin Səbail filialına girov qoyulan əmlakın və qiymətli əşyaların siyasından görünür ki, ümumilikdə 4500 manat miqdarında hesablanmış qızıl-zinət əşyaları 1450 manat dəyərində olan 750 əyarlı bir üzük və sırqa dəstindən, 610 manat dəyərində olan 750 əyarlı üzük sırqa dəstindən, 690 manat dəyərində olan 583 əyarlı üzük sırqa dəstindən, 620 manat dəyərində 750 əyarli bir nişan üzüyündən, 580 manat dəyərində olan 750 əyarli sirqadan, 380 manat dəyərində olan 583 əyarlı tros boyunbağından, 170 manat dəyərində olan asqı (kulon) boyunbağından ibarətdir. İş materiallarından görünür ki, cavabdehə banka olan borc barədə xəbərdarlıq bildirişləri göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh Abbasova Gülnar Tahirqızı kredit müqavilələri üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, cavabdeh Abbasova Gülnar Tahir qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit vəsaitlərini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 3389.65 manat məbləğində əsas borc, 2429.92 manat məbləğində faiz borcu və iddiaçı tərəfindən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Abbasova Gülnar Tahir qızından alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin gecikdirilmiş vaxt üçün hesablanmış 1346.55 manat faiz borcunun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə də iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə tələbin Abbasova Gülnar Tahir qızına məxsus olan girov qoyulmuş 750 əyarlı bir üzük və sırqa dəstindən, 610 manat dəyərində olan 750 əyarlı üzük sırqa dəstindən, 690 manat dəyərində olan 583 əyarlı üzük sırqa dəstindən, 620 manat dəyərində 750 əyarli bir nişan üzüyündən, 580 manat dəyərində olan 750 əyarli sirqadan, 380 manat dəyərində olan 583 əyarlı tros boyunbağından, 170 manat dəyərində olan asqı (kulon) boyunbağından ibarət qızıl-zinət əşyalarına yönəldilməsi, həmin əmlakın hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh 07.09.2009-cu il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi hissəsinə qiymət verərək qeyd edir ki, həmin hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh Abbasova Gülnar Tahir qızından 07.09.2009-cu il tarixli 02 saylı baş kredit müqaviləsi üzrə əsas borca görə 3389.65 manat, faiz borcuna görə 2429.92 manat, gecikdirilmiş vaxt üçün 1346.55 manat faiz və dövlət rüsumu üçün ödənilmiş 30 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tələb Abbasova Gülnar Tahir qızına məxsus girov qoyulmuş qızıl əşyalara yönəldilməli və həmin əşyalar açıq hərracdan satılaraq realizə edilmiş əşyaların dəyərindən əldə edilmiş vəsait hesabına cavabdeh Abbasova Gülnar Tahir qızının 07.09.2009-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın girov predmetlərinin açıq hərracdan satılmasından əldə olunan vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin də tutulmasına dair hissəsi isə təmin edilməməlidir. Belə ki, həmin tələb qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Abbasova Gülnar Tahir qızından 3389.65 manat əsas borc, 2429.92 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 1346.55 manat faiz və dövlət rüsumu üçün ödənilmiş 30 manat, cəmi 7196.12 (yeddi min bir yüz doxsan altı manat on iki qəpik) tutularaq iddiaçı ləğv prosesində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb cavabdeh Abbasova Gülnar Tahir qızına məxsus, 07.09.2009-cu il tarixli 02 nömrəli girov müqaviləsinə əsasən girov qoyulmuş-750 əyarlı bir üzük və sırqa dəstindən, 610 manat dəyərində olan 750 əyarlı üzük sırqa dəstindən, 690 manat dəyərində olan 583 əyarlı üzük sırqa dəstindən, 620 manat dəyərində 750 əyarli bir nişan üzüyündən, 580 manat dəyərində olan 750 əyarli sirqadan, 380 manat dəyərində olan 583 əyarlı tros boyunbağından, 170 manat dəyərində olan asqı (kulon) boyunbağından ibarət qızıl əşyalara yönəldilsin və həmin əşyalar açıq hərracdan satılsın, realizə edilmiş əşyaların dəyərindən əldə edilmiş vəsait hesabına cavabdeh Abbasova Gülnar Tahirqızının 07.09.2009-cu il tarixli 02 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar