Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1886/2022 08.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 021A********** saylı kredit müqavilənin ləğv edilməsi, Cavabdeh 2336,82 manat kredit borcu, 182,38 manat faiz borcu və 399 manat cərimə borcunun və 49,19 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdehlər isə məhkəmə iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddiaçının mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 021A********** saylı kredit müqavilənin ləğv edilməsi, Cavabdeh 2336,82 manat kredit borcu, 182,38 manat faiz borcu və 399 manat cərimə borcunun və 49,19 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1886/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1886/2022
08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver