Məhkəmə qərarları › İş №2(003)-1889/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1889/2020

23.11.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1889/2020 23.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması və evə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri Mərdəkan qəsəbəsi Kolxoz küçəsi 49 saylı 2 mərtəbəli evin 2-ci mərtəbəsinin sol hissəsində 1 mətbəx 2 otaqdan ibarət olan sahəyə yaşayış və istifadə hüququ ilə bağlı yaranmış maneənin aradan qaldırılması, onun və ailə üzvlərinin həmin eviə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, 49 saylı paylı mülkiyyətdə olan evə paylar üzrə onun payı müəyyən olunmaqla, onun adına xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi 49 ünvanında yerləşən mülkiyyət onun ata baba yurdudur. Həmin mülkiyyət xüsusi mülkiyyətdir. 2015-ci il tarixdə atası vəfat etdikdən sonra, qeyd olunan ünvanda yerləşən 2 mərtəbəli evin 2-ci mərtəbəsinin sol hissəsində olan 2 otaq 1 mətbəx vərəsəlik yolu ilə ona keçdiyi üçün halhazırda onun mülkiyyətimdədir və o, ailə üzvləri (anası-X19, arvadı-X8, qızı-X3, azyaşlı oğlu xx.xx.2005-ci il təvəllüdlü X5, qardaşının keçmiş həyat yoldaşı arvadı X10, qardaşının qızı X1, qardaşının az yaşlı qızı xx.xx.2004-cü il təvəllüdlü X11) həmin evdə yaşayırlar. xx xxxx 2020-ci il tarixdə cavabdeh olan əmisi Cavabdeh onun və ailə üzvlərinin evdə olmadığından istifadə edərək, onların yaşadığı mənzilin qapısını sındıraraq, mənzilə daxil olmuş və onlara ümumilikdə 10000 (on min) manat ziyan vuraraq evi tam olaraq qarət etmişdir. Belə ki, cavabdeh onlara həmin mənzildə yaşamağa imkan vermir. Ona görə də, həmin evdən istifadə hüququna cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və evə köçürülmə barədə qətnamə qəbul edilməsi tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, 1976-cı ildən xx xxxx 2020-ci il tarixədək mübahisəli evdə yaşamışdır. Cavabdeh bibisinə məxsus sağ tərəfdə olan evə köçürülmüşdür. Cavabdeh mübahisəli evə 2018-ci ildə köçmüşdür. Ev iki mərtəbədən ibarətdir. Evin sağ tərəfindən 2 otaq 1 mətbəx, sol tərəfində də 2 otaq, bir mətbəx mövcuddur. dəfələrlə mənzilə köçüb yaşamaq istəsə də, bu, mümkün olmayıb, cavabdeh buna imkan verməyib, onu mənzilə buraxmayıb. Hal-hazırda mənzildə dayısı və dayısının gəlini yaşayır, mənzil 2 otaqdan ibarətdir. İddiaçı göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh vermiş olduğu izahatında bildirmişdir ki, o əvvəllərdə mübahisəli evdə yaşamışdır. Həmin evə məhkəmə qaydasında köçürülmüşdür. Ev iki mərtəbədən ibarətdir, o isə mübahisəli evin sağ tərəfində yaşayır. Evin sol tərəfində isə heç kim yaşamır. O iddiaçıya heç nir maneə törətməmişdir. İddiaçının evə kömçəsinə maneə olması, evinin qarət olunması ilə bağlı ona ziyan dəyməsi ilə bağlı dedikləri isə yalandır. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddisnı qəbul etməyərək bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyət olduğundan, habelə evə dair mülkiyyətçilərin istifadə qaydaları müəyyən edilmədiyindən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o 1952-ci ildən mübahisəli evdə yaşayır. Evin şəraiti pis oduğundan və Aydınla yola getmədiyi üçün 5-6 il əvvəl qədər həmin evdə yaşamışdır. Hazırda Maştağada kirayədə yaşayır. İddiaçı həmin ünvanda yaşayırdı, evdən bağ evi kimi istifadə edirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, iddiaçı onun əmisi oğludur. 2014-cü ildə hərbi xidmətə getmiş, 2016-cu ildə hərbi xidmətdən qayıtmışdır. O 2018-ci ilədək mübahisəli evdə yaşamışdır. Həmin evdə çox adam yaşadığı üçün o ailə qurduqdan sonra həmin evdən çıxmışdır. Rəşad mübahisəli evədə yaşayıb və həmin evdən bağ evi kimi isitifadə etmişdir. 2018-ci ildə icra məmuru Aydını ailə üzvləri ilə birlikdə onun qaldığı otağa köçürtdü. İcra məmuru gələn zaman o evdə idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, iddiaçı onun qaynıdır. 2012-ci ildə nikahı pozulmuşdur. O, Xətai rayonunun ərazisində yaşayır, lakin buna baxmayaraq mübahisəli evə dair yaşama hüququ tanınmışdır. 2020-ci ildə anası xəstə olduğu üçün ona qulluq etmək məqsədi ilə həmin evdən çıxmışdır. Mübahisəli evdə yaşadığı müddətdə qızları ilə birgə evin sol hissəsndə qalmışdır. Eyni tərəfdə Rəşad ailəsi ilə birlikdə yaşamışdır. Otaqlar və giriş-çıxışlar ayrı olmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, o, 2000-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, 49 saylı evdə yaşamışdır. 2008-ci ildə qardaşı Nadir Xəlilov vəfat etdikdən sonra onun oğlu Əlipaşa Xəlilovu həmin ünvanda saxlamış, ona qulluq etmişdir. Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin 2000-ci il tarixli qətnaməsi ilə qardaşı Cavabdeh mübahislə ünvana köçürülməsi qərara alınmışdır. Həmin qətnamə icra məmuru tərəfindən 2018-ci ildə icra edilmiş, Cavabdeh ailə üzvrləri ilə birlikdə onun və qardaşının oğlu Əlipaşanın yaşadığı ikinci mərtəbədə yerləşən otağa köçürülmüşdür. Onu məcbur etdilər ki, həmin otaqdan çıxsın. Halbuki evdə bölgü aparılan zaman Cavabdeh evin birinci mərtəbəsi aid edilmişdir. Cavabdeh evin birinci mərtəbəsində mağaza açmışdır. İcra məmuru hazırkı mülki iş üzrə cavabdhi ona məxsus olan sağ tərəfdəki evə köçürmüşdür. Cvabdeh mübahisəli evə 2018-ci ildə köçmüşdür. Evin sağ tərəfində 2 iç-içə otaq və bir böyük otaq var. Ev cavabdeh tərəfindən tam olaraq zəbt edilmişdir. Evin ikinci mərtəbəsində sol tərəfdə İddiaçı ailəsi ilə birgə yaşayırdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********85- 10301 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi 49 saylı evin 1/40 hissəsinə İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli 2-41/2000 nömrəli qətnaməsindən görünür ki, X.Xəlilovun, K.Xəlilovun Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Kolxoz küçəsi 49 saylı evə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, tələbkar Cavabdeh xx.xx.2018-ci il tarixli akt ilə Xəzər rayon İcra şöbəsinə müraciət edərək, icra sənədindən heç bir şikayəti və etirazı omadığını bildirərək icraata xitam verilməsini xahiş etmiş və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-41/2000 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra və Probasiya şöbəsinin icra məmuru Mübariz Abbasovun, tələbkar Cavabdeh, X2, borclu X14, həyat yoldaşı X15 iştirakı ilə tərtb edilmiş aktı surətindən görünür ki, tələbkar Cavabdeh və X7 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Kolxoz küçəsi 49 saylı evə köçürülmüşdür. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Məhkəməsinin xx xxxxxx 2018-ci il, 2(003)-3805/2018 saylı qətnaməsi ilə X6 Baki şəhəri Xəzər rayonu. Mərdəkan qəsəbəsi. Kolxoz küçəsi 49 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli məhkəmənin yerli baxış keçirilməsi ilə bağlı tərtib edilmiş aktdan görünür ki, evin ikinci mərtəbəsində piləkəndən sağda 1 otaq, 1 mətbəx Cavabdeh oğlu yaşayaır, 1 otaqda Gülüstan Xəlilova yaşadığı, lakin hazırda yaşamadığı, 2-ci mərtəbədə piləkənlə üzbəüz Cavabdeh oğlu yaşadığı, piləkəndən solda 1 otaq, 1 mətbəxdə Cavabdeh həyat yoldaşının yaşadığı aşkar edilmişdir. İş materiallarında olan yaşayış yeri üzrə forma 2 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1993-cü ildən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Kolxoz küçəsi 49 saylı evdə qeydiyyatdadır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.1, 152.5). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (maddə 164). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (maddə 165.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı mübahisəli mənzilin paylı mülkiyyətçisidir, evin 40/1 hissəsi üzərində mülkiyyət hüquqları qeydə alınaraq, həmin ünvanda rəsmi qeydiyyatdadır. Həmin evdə yaşadığı müddətdə evin 2-ci mərtəbəsinin sol hissəsində 1 mətbəx 2 otaqdan ibarət olan yaşayış sahəsində ailəsi ilə birlikdə yaşamışdır. Cavabdeh də mübahisəli evin paylı mülkiyyətçisidir və evin 40/1 hissəsi üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli 2-41/2000 nömrəli qətnaməsinə əsasən xx.xx.2018-ci ildə ailə üzvləri ilə birlikdə mübahisəli evin sağ hissəsinə ailə üzvləri ilə birlikdə köçürülmüşdür. Evin 2-ci mərtəbəsinin sol hissəsi boşdur. Hazırda cavabdeh iddiaçıya həmin evdə yaşamağa mane olur, onun öz mülkiyyəti üzərində sahiblik və istifadə hüquqlarını pozur. İddiaçı həmin pozuntuya son qoyulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edib. İşin faktiki hallarından görünür ki, iddiaçı əvvələr mübahisəli evin sol hissəsində yerləşən otaqda ailəsi ilə birlikdə yaşamış, 2020-ci ilin mart ayından cavabdeh orda yaşamalarına maneə törətmişdir. Cavabdeh özü isə izahatında da qeyd etmişdir ki, 2018ci ildə keçmiş Əzizbəyov rayon məhkəməsinin xx.xx.2000-ci il tarixli 2-41/2000 nömrəli qətnaməsi icra edilərək evin 2-ci mərtəbəsinin sağ hissəsinə ailəsi ilə birlikdə köçürülmüşdür. Evin 2-ci mərtəbəsinin sol hissəsində yerləşən otaqlar isə boşdur. Göründüyü kimi cavabdeh məhkəmə qətnaməsinin icrası əsasında mübahisəli evin müəyyən olunmuş boş otağına köçürülmüş və onun evdən istifadə və sahiblik hüququ bərpa edilmişdir. Hazırda iddiaçının mülkiyyət hüququ ilə müəyyən edilən istifadə və sahiblik hüququnun pozulmuşdur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı mübahisəli evi paylı mükiyyətçisidir. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan müdəalarına uyğun olaraqa o, öz payına mütanasib qaydada əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir və qanunla o bundan məhrum edilə bilməz. Beləliklə məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, 49 saylı 2 mərtəbəli evin 2-ci mərtəbəsinin sol hissəsində 1 mətbəx 2 otaqdan ibarət olan sahəyə yaşayış və mülkiyyət hüququ ilə bağlı yaranmış maneə aradan qaldırılmalı, İddiaçı və ailə üzvləri iddiaçının paylı mükiyyətində olan fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, 49 saylı 2 mərtəbəli evin 2-ci mərtəbəsinin sol hissəsində 1 mətbəx 2 otaqdan ibarət olan sahəyə yaşayış və istifadə hüququ ilə bağlı yaranmış maneə aradan qaldırılsın və İddiaçı və ailə üzvləri həmin evə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar