Məhkəmə qərarları › İş №2(003)-1892/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1892/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1892/2020 15.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi ilə, iddiaçı “xxxxxxxxxxxxxxx” X3 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxx” X3 (bundan sonra - “xxxxxxxxxxxxxxx” MMC) “Borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə «xxxxxxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ona ümumi dəyəri 4627 manat dəyərində olan LG televizor, Samsung paltaryuyan maşını satılmışdır. Alğı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən 400 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 aya bölərək hər ay üçün 352,25 manat hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi cəmi 4227 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alğı-satqı müqaviləsi üzrə əsas borcundan ödəniş etməmiş hazırda 3420 manat əsas borcu qalmışdır. Alğı-saqı müqaviləsinin 8.1-ci maddəsinə əsasən “alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərədə tutulan müddətədə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək 1 gün üçün 1% cərimə ödəməlidir. Qeyd edilənlərə əsasən Cavabdeh 4227 manat əsas borcu və 30 manat dövlət rüsumu alınaraq «xxxxxxxxxxxxxxx» X1 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Həmçinin iddiaçı “xxxxxxxxxxxxxxx” X3 məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir və cavabdeh iştirak etmədiyi təqdirdə qiyabi icraat qaydasında baxlmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, “xxxxxxxxxxxxxxx” MMC Cavabdeh qiyməti 3470 manat olan LG markalı Televizor, qiyməti 1157 manat olan Samsung markalı paltaryuyan maşın satmışdır. İş materiallarında olan maliyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 4227 manat ödənilməmiş əsas borcu ödəməlidir. İş materiallarında olan “xxxxxxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsinə əsasən cavabdehə ümumi dəyəri 4627 manat olan LG televizor, Samsung paltaryuyan maşını satılmışdır. Alğı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən 400 manat ilkin ödəniş etməklə, qalan mıəbləği 12 aya bölərək hər ay üçün 352,25 manat hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi cəmi 4227 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alğı-satqı müqaviləsi üzrə əsas borcundan ödəniş etməmiş hazırda 4227 manat əsas borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki qanunvericiliyin normalarına və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə hesab edir ki, iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliyi lazımınca icra etmədiyindən iddia təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsi üzrə 4227 manat əsas borcu iddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, ******* nömrəli alğı-satqı müqaviləsi üzrə 4227 manat əsas borc və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 4257 (dörd min iki yüz əlli yeddi) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar