Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1912/2023 20.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 592450 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 883 manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf və cavabdeh tərəf Bakı şəhəri 23 saylı Notariat Ofisində təsdiq edilmiş barışıq sazişini məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq olunmaqla iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında barışıq sazişinin təsdiq olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin mövqeyini, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən iddia tələbi ilə bağlı mübahisəni tərəflər qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Həmçinin iddiaçı və cavabdeh tərəf məhkəmə iclasında barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək barışıq sazişi bağladıqlarından, mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla hazırki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin iş üzrə icraata xitam verilməsi barədə qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 883 manat dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: İddiaçı öhdəlikləri: İddiaçı Cavabdeh ilə Bakı şəhəri 5 saylı Notariat Ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 3M/324 saylı kredit müqaviləsi üzrə Cavabdeh 10.000 manat pul vəsaitini aldığını qəbul edir və kredit müqaviləsi üzrə 582.450 manat pul vəsaitinin ödənilməsi üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən 66 ay müddətində hissəhissə ödənilməsinə dair möhlət verilməsini öhdəliyinə götürür. Cavabdeh öhdəlikləri: 1.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan 2(003)-1912/2023 saylı mülki iş üzrə İddiaçı pul tələbinə dair iddiasını qəbul edir.
2. İddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 582.450 manat olan borcun aşağıda göstərilən qaydada hissə-hissə ödənilməsini öhdəsinə götürür: 2.1 xx.xx.2023-cü il tarixdən 06 ay müddətində aylıq 2000 manat olmaqla 2.2 xx.xx.2024-cü il tarixdən 12 ay müddətində aylıq 4000 manat olmaqla 2.3 xx.xx.2025-ci il tarixdən 48 ay müddətində aylıq 10.884 manat olmaqla
3. Razılaşdırılmış müddətlər ərzində nəzərdə tutulan məbləğlər, yəni aylıq 2000, 4000 və 10884 manat pul ardıcıl olaraq 02 ay müddətində ödənilmədiyi təqdirdə həmin vaxta olan borcun tam olaraq ödənilməsini öhdəsinə götürür. İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 883 (səkkiz yüz səksən üç) manat (xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzi) İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Emin Rüstəmov