Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1913/2020 18.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı, Cavabdeh X4 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X6 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(003)-2974/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx xxxxxxxx 2004-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X8 ilə xx.xx.2009-cu il tarixdə rəsmi olaraq nigaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nigahlarından iki uşaqları xx.xx.2002-ci il təvəllüdlü X13 və xx.xx.2004-cü il təvəllüdlü X14 olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə onlar arasında olan rəsmi nikah qeydiyyatı pozulmuşdur. Həmçinin məhkəmənin 2(003)-2974/2013 saylı xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrimə iki uşağın saxlanılması üçün yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində 186 (yüz səksən altı) manat məbləğində aliment tutulmuşdur. Hazırda məhkəmə qətnaməsi əsasında təyin edilmiş aliment uşaqlarımın saxlanılmasına çatmır və buna görə də alimentin məhkəməyə qaydasında artırılmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 nümayəndəsi və vəkili X5 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, hazırda işləmir və alimentin artırılması ilə bağlı iddia tələbini qəbul etmir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izhatlarını, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2974/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədindən görünür ki, X9 cavabdeh X6 qarşı “sabit pul məbləğində aliment və uşağa görə əlavə xərclərin ödənilməsinə cəlb etmə” tələbinə iddia qismən təmin edilərək, X3 xx xxxxxx 2013-cü il tarixdən başlayaraq hər ay, xx xxxx 2002ci il təvəllüdlü X7 və xx xxxxxxxx 2004-cü ildə X1 ötrü hər biri üçün 93 (doxsan üç) manat olmaqla, ümumilikdə 186 (bir yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq, X11 ödənilməli, X3 xx xxxxxx 2013–cü il tarixdən başlayaraq hər ay, xx xxxx 2002-ci il təvəllüdlü X7 müalicəsi başa çatanadək, onun yetkinlik yaşına çatma anı keçməmək şərti ilə, müalicə xərcinin yarısı hesabına 25 (iyirmi beş) manat tutularaq, X11 ödənilməlidir. İş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli şəxsi məlumat kartoçkasından görünür ki, X8 “xxxxxxx” MMC (VÖEN 100262051) mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqı 1660,34 manatdır. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və(və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi müqdarında tutulur. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri və.s dəyişmişdir. Həmçinin, uşaq böyümkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Eyni zamanda məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, mülki iş üzrə iddia aliment məbləğinin artılması tələbi sabit pul məbləğində deyil, aylıq əmək haqqı məbləğinin ¼ hissəsində müəyyən edilməsini xahiş edir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh X8 “xxxxxxx” MMC-də mütəxəssis vəzifəsində işləyir və aylıq 1660,34 manat əmək haqqı alır. Yəni burdan belə bir nəticəyə gəlmək mümkündür ki, cavabdehin aylıq olaraq qazancı mövcuddur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2974/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsiilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları, cavabdehin aylıq qazancını (əmək haqqı) nəzərə alınmaqla hazırkı qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı və cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək, aylıq qazancının (gəlirləri) ¼ hissəsində müəyyən edilməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməklə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(003)-2974/2013 saylı qətnaməsi ilə cavabdehX3 İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx xxxxxxxx 2004-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı 62 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 804 manat (1660,30:4=415,07 415,07-93=322,07x12=3864) müəyyən edildilməklə iddianın qiyməti 500 manatdan çox olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(003)-2974/2013 saylı qətnaməsi ilə cavabdeh X3 İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx xxxxxxxx 2004-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh X3 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1913/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1913/2020
18.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver