Məhkəmə qərarları › İş №2(003)-1916/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1916/2025

20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1916/2025 20.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 6276,16 manat əsas, 160,22 manat faiz borcu, 18,67 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 623,52 manat əsas, 13,45 manat faiz borcu, 0,03 manat cərimə borcu və 90,92 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 17,5% ödəmək şərtilə 14000 manat məbləğində kredit verilmişdir. Daha sonra isə cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 25% ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsədə, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2024cü il tarixə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 6276,16 manat əsas, 160,22 manat faiz borcu, 18,67 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 623,52 manat əsas, 13,45 manat faiz borcu, 0,03 manat cərimə borcu yaranmışdır. Cavabdeh dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılmasını təmin etməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC tərəfindən Cavabdeh 48 ay müddətində illik 17,5 faiz ödəmək şərtilə 14000 manat məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. İş materiallarına əlavə olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixədək, hər ay 407,6 manat, sonuncu ay isə 407,68 manat ödəniş etməklə yerinə yetirməsi barədə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC tərəfindən Cavabdeh 48 ay müddətində illik 25 faiz ödəmək şərtilə 1000 manat məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 6276,16 manat əsas, 160,22 manat faiz borcu, 18,67 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 623,52 manat əsas, 13,45 manat faiz borcu, 0,03 manat cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə yaranmış borcun ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. İşin araşdırılmış hallarından müəyyən olunur ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş üzrə tərəflər arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik 17,5% ödəmək şərtilə 14000 manat məbləğində kredit verilmişdir. Daha sonra tərəflər arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik 25% ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin (əsas və faiz borcunun) qaytarması barədə üzərinə öhdəlik götürsə də, bu öhdəliklərini yerinə yetirməmişdir. Onun iddiaçı qarşısında maliyyə arayışında qeyd məbləğlərdə icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehən iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 6276,16 manat əsas, 160,22 manat faiz borcu, 18,67 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 623,52 manat əsas, 13,45 manat faiz borcu, 0,03 manat cərimə borcu tutulmalıdır. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 90,92 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 90,92 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 6276,16 manat (altı min iki yüz yetmiş altı manat on altı qəpik) əsas, 160,22 manat faiz borcu, 18,67 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 623,52 manat (altı yüz iyirmi üç manat əlli iki qəpik) əsas, 13,45 manat faiz borcu, 0,03 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 90,92 manat alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar