Məhkəmə qərarları › İş №2(003)-192/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-192/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-192/2021 23.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1302,76 ABŞ dolları əsas və dövlət rüsumu olaraq ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 08.06.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay nıüdd ətinə illik 20% ödəmək şərtil 2000 ABŞ dolları kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1 -ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 18.06.2020-ci il tarixinə "xxxx" KB ASC-yə 1302 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə cavabdehin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 08.04.2015-ci il tarixli 01apg/15 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə "xxxx" KB ASC arasında illik 20 % olmaqla 24 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnın 18.06.2020-ci il tarixə 1302,76 ABŞ dolları əsas borcu mövcuddur. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, bank ona borcun qaytarılması barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/119 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 08.04.2015-ci il tarixdə bağlanmış 01apg/15 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh iddiaçı "xxxx" KB ASC-yə 08.06.2017-ci il tarixə borcu 2216 ABŞ dolları əsas borc üzrə 1667,18 ABŞ dolları, faiz borcu 549,24 dollarıdır. Cavabdeh tərəfindən 08.06.2017-ci il tarixdən son ödəniş tarixinə, yəni 19.04.2019-cu il tarixədək 365,22 ABŞ dolları məbləğində ödənişlər edilmişdir. O cümlədən (Azərbaycan Respublikasının prezidentinin “Problemli kreditlərin həllinə” dair 28.02.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən bu kredit üzrə hesablanmış 365,22 ABŞ dolları məbləğində kompensasiya təşiklata ödənilmiş və əsas kredit borcundan silinmişdir). Lakin ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında Cavabdeh "xxxx" ASC arasında bağlanmış 08.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" ASC-yə müqavilə müddətinin sonuna yəni 08.06.2017-ci il tarixə əsas və faiz borcunun olması barədə sual qoyulduğundan sonunca tarixdən sonrakı edilən 365,22 ABŞ dolları məbləğində ödənişlər hazırkı tədqiqatda nəzərə alınmamışdır. Məhkəmə tərəfindən araşdırma zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, onun 18.06.2020-ci il tarixinə yuxarıda göstərilən maliyyə arayışında qeyd edilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Həmçinin ekspertiza tədqiqatının nəticəsi olaraq, müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı "xxxx" KB ASC-yə 08.06.2017-ci il tarixə borcu 2216 ABŞ dolları əsas borc üzrə 1667,18 ABŞ dolları, faiz borcu 549,24 dollarıdır. Cavabdeh tərəfindən 08.06.2017-ci il tarixdən son ödəniş tarixinə, yəni 19.04.2019-cu il tarixədək 365,22 ABŞ dolları məbləğində ödənişlər edilmişdir. 08.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" ASC-yə müqavilə müddətinin sonuna yəni 08.06.2017-ci il tarixə əsas və faiz borcunun olması barədə sual qoyulduğundan sonunca tarixdən sonrakı edilən 365,22 ABŞ dolları məbləğində ödənişlər hazırkı tədqiqatda nəzərə alınmamışdır. Hazırda iddiaçı "xxxx" KB ASC cavabdehdən 1302,76 ABŞ dolları borcun tutulması xahiş olunur. Məhkəmə bankın təqdim etdiyi sübutlar həmin borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə Mülki Məcəllənin 385-386, 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin iş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, iş üzrə məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı müxbir hesabına ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh 1302,76 ABŞ dolları məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 30 manat "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh borc verilən pul vəsaiti qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən və borcun ABŞ dolları qaytarılması barədə tərəflər arasında yazılı şərt olmadığından, hazırda Cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan 1302,76 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1302,76 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı müxbir hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar