Məhkəmə qərarları › İş №2(003)-192/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-192/2023

12.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-192/2023 12.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron qolbağın dəyəri olan 63*,91 manat dəyərində vəsaitin alınıb alınıb Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-336/2018 nömrəli, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1**.2.3-cü maddəsinə əsasən təqsirli bilinmiş və o, 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə tərəfindən məhkumun üzərinə yaşayış ünvanını axşam saat 22:00-dan 0*:00-dək tərk etməmək, elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və onun icrasına dair hakimin göstərişi xx.xx.2018-ci il tarixdə Xəzər Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və hökmün icrası idarənin böyük icra məmuru Hümmət Məmmədova həvalə edilmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh elektron nəzarət vasitəsi tətbiq edilərək ona bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd enerji bankı, bir ədəd qolbaq üçün yükləmə qurğusu, yaddaş kitabçası təhvil verilmiş və 3 ədəd ev siqnal ötürücüsü onun yaşadığı ünvana quraşdırılmışdır. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və həmin avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh cəzanın icrası qayda və şərtlərinə əməl etməsinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, ona tətbiq edilmiş elektron qolbaq zədələnmişdir. Bu barədə xx.xx.2021-ci il tarixdə məhkumun izahatı alınmış, cəza müddətinin bitməsi ilə bağlı elektron nəzarət vasitəsi onun üzərindən açılaraq götürülmüş və aidiyyəti üzrə təhvil verilmişdir. "xxxx" Texnoloji Transfer MMC-nin təqdim etdiyi texniki rəydən müəyyən edilmişdir ki, texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş elektron qolbağın üst qapağı qopardılmış və elektron qolbağın platası zədələnmişdir. Belə olan halda iddiaçı hesab edir ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından mobil nəzarət qurğusu zədələnmiş və onlara maddi ziyan dəymişdi. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi verdiyi maliyyə arayışına görə həmin zədələnmiş avadanlığın dəyəri 63*,91 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-336/2018 nömrəli, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1**.2.3-cü maddəsinə əsasən təqsirli bilinmiş və o, 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Probasiya İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış bildirişin surətindən görünür ki, sonuncu tərəfindən təhvil verilməmiş mobil qurğuya görə dəymiş ziyanın ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi Akşin Ziyadova ünvanlanmış Maliyyə və təminat idarəsinin rəisi Aslan Muradovun məktubundan görünür ki, elektron avadanlıqların dəyəri nəzarət subyektindən tutularaq X1 hesabına köçürülməli olduğu bildirilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi Akşin Ziyadova ünvanlanmış Maliyyə və təminat idarəsinin rəisi Aslan Muradovun xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, probasiya qeydiyyatında olan elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğusunun itirilməsi, yararsız vəziyyətə salınması hallarında həmin vasitələrin dəyəri olan 63*,91 manat tutulmalıdır. İş materiallarında olan elektron nəzarət dəstinin vəziyyəti haqqında rəydən görünür ki, texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş elektron qolbağın üst qapağı qopardılmış və elektron qolbağın platası zədələnmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsində Cavabdeh verdiyi xx.xx.2021-ci il tarixli izahatından müəyyən olunur ki, o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən ona elektron nəzarət vasitəsi təhkim olunmuşdur. Həmin elektron nəzarət vasitəsini təhvil verən zaman onun qırılmış vəziyyətdə olduğu müəyyən olunmuşdur. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2019-cu il tarixli protokolun surətindən görünür ki, Cavabdeh mobil qurğu, mobil qurğunun enerji adaptoru, mobil qurğunun enerji toplayıcı kabeli, enerji bankı, sadə elektron qolbaq, sadə elektron qolbağı üçün nəzərdə tutulmuş yükləmə qurğusu və 2 ədəd ev siqnai ötürücüsü təhkim olunmuşdur. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq olunmuş elektron nəzarət vasitəsinin çıxarılması barədə xx.xx.2021-ci il tarixli protokolun surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1**.2.3 maddəsinə əsasən təqsirli bilinərək Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci ii tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh tətbiq olunmuş 01 ədəd mobil qurğu, 01 ədəd mobil qurğunun enerji adaptoru, 01 ədəd mobil qurğunun enerji toplayıcı kabeli, 01 ədəd sadə elektron qolbaq (qırılıb) və 03 ədəd ev siqnal ötürücüsü məhkumun cəza müddəti başa çatdığı üçün onun üzərindən çıxarılıb, Bakı Şəhər Probasiya İdarəsinə təhvil verilmişdir. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 336/2018 nömrəli, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1**.2.3-cü maddəsinə əsasən təqsirli bilinmiş və o, 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh cəzasının icrasına nəzarət qaydasında elektron nəzarət komplekti ilə təhkim olunmuşdur. Cavabdeh tətbiq olunmuş 01 ədəd mobil qurğu, 01 ədəd mobil qurğunun enerji adaptoru, 01 ədəd mobil qurğunun enerji toplayıcı kabeli, 01 ədəd sadə elektron qolbaq (qırılıb) və 03 ədəd ev siqnal ötürücüsü məhkumun cəza müddəti başa çatdığı üçün onun üzərindən çıxarılıb, Bakı Şəhər Probasiya İdarəsinə təhvil verilmişdir. Lakin elektron qolbağın üst qapağı qopardılmış və elektron qolbağın platası zədələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin **.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılmış hallarına əsasən Cavabdeh tətbiq olunmuş 01 ədəd mobil qurğu, 01 ədəd mobil qurğunun enerji adaptoru, 01 ədəd mobil qurğunun enerji toplayıcı kabeli, 01 ədəd sadə elektron qolbaq (qırılıb) və 03 ədəd ev siqnal ötürücüsü məhkumun cəza müddəti başa çatdığı üçün onun üzərindən çıxarılıb, Bakı Şəhər Probasiya İdarəsinə təhvil verilsə də, elektron qolbağın üst qapağının qopardılıb elektron qolbağın platasının zədələndiyi müəyyən olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15*.2-ci madəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 15*.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə elektron qolbağın dəyəri olan 63*,91 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Elektron qolbağın dəyəri olan 63*,91 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar