Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1927/2023 07.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçılar İddiaçı Cavabdeh (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17, X10, X11, Bakı şəhəri Xəzər rayon Binə Bələdiyyəsi və Qala Bələdiyyəsi olmaqla) qarşı “torpaq sahəsindən və mağazadan istifadə edilməsində maneələrin aradan qaldırılması” barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17, X10, X11, Bakı şəhəri Xəzər rayon Binə Bələdiyyəsi və Qala Bələdiyyəsi olmaqla) qarşı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu kənarında yerləşən təzə tikilidə ərzaq məhsulları mağazasından və torpaq sahəsindən istifadə edilməsində maneələrin aradan qaldırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi qonşu kimi, həm də dülgər kimi tanıyır. 2021-ci ilin yanvar ayının axırlarında cavabdeh onlara gəlmiş və təklif etmişdir ki, 8000 manata 1 sot torpaq satılır. Torpağı satan şəxsin adı Xudaverdidir. İddiaçı cavabdehlə birlikdə Xudaverdi adlı şəxsin evinə getmiş, orada məlum olmuşdur ki, həmin torpaq sahəsi X9 adınadır. X15 etibarnamə verərək, torpaq sahəsini ona satmasını bildirmişdir. Ona görə də, X2 vasitəsi ilə X9 adından ona və cavabdehə qeyd edilən torpaq sahəsinə dair etibarnamə vermiş və həmin etibarnamə 55 il 3 ay 14 gün müddətinə verilməklə xx.xx.2076-cı il tarixədək qüvvədədir. Cavabdeh ona 4000 manat vermiş və o, da 4000 manat əlavə edərək, cəmi 8000 manat pulu Xudaverdiyə vermişdir. Qeyd edilən torpaq sahəsini üzərində olan mağaza ilə birlikdə iki yerə bölərək, mağazada ticarətə başlamışlar. Cavabdeh mütəmadi olaraq ona mane olmağa başlamış və onun torpaq sahəsinə zibil tökmüş, ona demişdir ki, torpağın ikinci hissəsi də onundur, buradan çıxın gedin. O, məcburiyyət qarşısında qalaraq xx.xx.2022-ci ildə cavabdehin qanunsuz hərəkətləri barədə Xəzər rayonu 3-cü Polis şöbəsində ərizə ilə müraciət etmiş, orada araşdırma aparılmış və cavabdeh videogörüntü ilə izahat yazaraq, həqiqətən də, o torpaq sahəsinin şərikli aldığını, iki hissəyə böldüklərini, heç bir vaxt onun torpaq sahəsindən istifadə etməsinə maneçilik törətməyəcəyini və bir daha belə qanun pozuntusuna yol verməyəcəyini bildirmişdir. Təhqiqatçı ona izah vermişdir ki, torpaq sahəsindən istifadə edilməsində maneələrlə bağlı cavabdehə qarşı məhkəmədə mülki qaydada iddia qaldıra bilər. O, mağazanı iki ilə yaxındır ki, işlədir, Binə Bələdiyyəsinə vergi ödəyir, işıq pulunu ödəyir. Üzərində mağaza olan torpaq sahəsi onun istifadəsindədir. O, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olur. Odur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu kənarında yerləşən təzə tikilidə ərzaq məhsulları mağazasından və torpaq sahəsindən istifadə edilməsində maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, həmçinin izahatında bildirmişdir ki, mübahisəli əmlaka dair mülkiyyət hüququnu təstiqləyən sənədi yoxdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı, onun nümayəndəsi və vəkili X12 iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddianı qəbul etməmiş və bildirmişdir ki, həmin mağazaya görə o vaxtı Xudaverdiyə pul vermiş, Xudaverdinin xahişi ilə Mirkamal orada mağaza işlədirdi. Xudaverdi öləndən sonra onun həyat yoldaşı Ədalət xanım həmin yeri başqa şəxsə satıb oraya verilmiş etibarnaməni ləğv eləmək istəmişdir. Şəxsən gedib Ədalət xanımla danışmış və sonuncu yalnız onun adına etibarnamə vermişdir. Həmin yerə görə, Mirkamal ona pul verməmişdir. Ona görə də, həmin yer ona məxsusdur. Bu səbəbdən də, iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 izahatında göstərdi ki, mübahisəli torpaq sahəsini və obyekti etibarnamə əsasında mərhum Xudaverdi Xəlilova vermişdir. Lakin həmin torpaq sahəsinin və obyektin hüquqmüəyyənedici sənədi olmamışdır. O, torpaq sahəsini nə Rəşata, nə də ki, Mirkamala satmamışdır. Lakin torpaq sahəsində əvvəldən mağaza mövcud olmuşdur. Mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahatında göstərdi ki, hər iki tərəfi uzun müddətdir tanıyır. Mübahisəli ərazini Rəşat Bayramovdan 2023-cü ildə 17000 manata almışdır. Lakin ərazinin sənədi olmadığı üçün, Rəşat ona etibarnamə vermişdir.Lakin sonradan İddiaçı ona bildirdi ki, obyektin 50 kv.metri ona məxsusdur. Hazırda həmin obyekti Rəşatdan aldığı üçün, ona məxsusdur. Lakin bu günə kimi, obyektə sənəd almamışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 göstərmişdir ki, mərhum həyat yoldaşı Xudaverdi Xəlilova torpağa görə o vaxt 8 min pulu Rəşat vermişdir. Mirkamal isə onun mərhum ərinə pul verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər rayon Binə Bələdiyyəsi və Qala Bələdiyyəsinin nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər rayon Binə Bələdiyyəsi və Qala Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Mirkamalı və Rəşatı tanıyır. Onların birlikdə dükan işlətdiyini görmüşdür. Mirkamal orada balaca maqazin, Rəşat isə özünə taxta sexi açmışdır. Rəşat üstünü də düzəldib “çayçı kafe” kimi bir yer etmişdir. Mirkamalın mağazasından dəfələrlə alver etmişdir. Mirkamal işlətdiyi mağazada yuyucu tozları və sair xırda şeylər satmışdır. Onu bilir ki, tərəflər hər biri 4-5 min manat miqdarında pul verərək həmin torpaq sahəsindən istifadə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, İddiaçı təxminən 10 il müddətdir ki, qonşuluqda yaşayırlar. Mirkamalın mağazasından alver etmiş, sonradan isə mağaza bağlanmışdır. Eşitdiyinə görə torpaq sahəsini Cavabdeh ilə şərik 8000 manata alıblar. Hal-hazırda isə obyekt tamamilə sökülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, AR DİN-nin Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı vəzifəsində işləyir. Mübahisə predmeti üzrə tərəflərin mübahisələndirdiyi obyektlə bağlı icraatında iş olmuş və qanuna müvafiq qaydada araşdırma apararaq, hüquqi nəticə vermişdir. Araşdırma nəticəsində toplanmış materialları məhkəməyə təqdim etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Xəzər RPİ-nin 3-cü PŞ-nə verdiyi xx.xx.2023cü il tarixli izahatının surətindən görünür ki, İddiaçı mübahisəli ünvanda mağazası vardır, hal-hazırda vaxtı olmadığı üçün işlədə bilmir. Həmin mağazanı oğlu işlədirdi. Həmin torpaq sahəsində qonşuluqda Cavabdeh taxta emalatxanası açmışdır və indi də işlədir. Cavabdeh tərəfindən etibarnamənin ləğv edilərək, 50 kv.metr torpaq sahəsinin satılması nəticəsində ona 10250,0 manat məbləğində ziyan dəyib. İş materiallarında olan Cavabdeh Xəzər RPİ-nin 3-cü PŞ-nə verdiyi xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, həmin yeri 3 ilə yaxındır alıb. İddiaçı onun qonşuluğundakı mağazanı işlədir və həmin mağazanı onun köməkliyi ilə tikib. O, öz mağazasında su satır, buna görə də İddiaçı öz ərzaq mağazasında su satmamağı demiş və buna görə aralarında münaqişə yaranmışdır. İş materiallarında olan X5 Xəzər RPİ-nin 3-cü PŞ-nə verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, sözügedən torpaq sahəsini 17000,0 manata Cavabdeh satın almışdır. İddiaçı torpağın yarısını aldığını və elektrik enerjisinin çəkilməsinə 3000,0 manat xərc çəkdiyini bildirmişdir. Daha sonra isə polisə müraciət etdiyini öyrənmişdir. Həmin torpaq sahəsinə verilmiş etibarnaməni Xudaverdinin həyat yoldaşı Xəlilova Ədalət ləğv etmiş və Cavabdeh yeni etibarnamə vermişdir. İş materiallarında olan Cavabdeh Xəzər RPİ-nin 3-cü PŞ-nə verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, onun əvvəllər Binə qəsəbəsi zavod yolu adlanan ərazidə özünə məxsus 100 kv metr torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsini Xudaverdi adlı şəxsdən 8000 manata almışdır. Həmin torpaq sahəsi ücün etibarnaməni Xudaverdi ona 31 saylı notariat kontorunda vermişdir. Bir müddətdən sonra Xudaverdi ona aldığı 100 kv metr torpaq sahəsinin 50 kv metr sahəsini İddiaçı verməsini demişdir. O, torpaq sahəsinin 50 kv metr hissəsini İddiaçı vermişdir. Həmin torpaq sahəsi üçün İddiaçı pul almamışdır. Xudaverdi 50 kv.metr torpaq sahəsinə görə İddiaçı etibarnamə vermişdir. Həmin etibarnamə mülki deyil, yalnız 50 kv.metr torpaq sahəsi üçün olmuşdur. Bir necə il bundan əvvəl Xudaverdi vəfat etmişdir. Həmin yerdə əvvəldən mağaza var idi. Həmin ərazidə olan yarım tikilinin bir hissəsi də ona qalan torpaq sahəsinə düşmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başladılmasının rədd edilməsi haqqında qərarın sürətindən görünür ki, İddiaçı ərizəsi əsasında cinayət işinin başladılması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başladılmasının rədd edilməsi haqqında qərarın sürətindən görünür ki, İddiaçı ərizəsi əsasında cinayət işinin başladılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qala bələdiyyəsi Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamənin sürətindən və tədiyyə bildirişlərindən görünür ki, İddiaçı (12031xxxxxxx) vergi ödəyicisidir. İş materiallarında olan ərizədən görünür ki, X3 qəsəbəsində yerləşən 0,01 ha torpaq sahəsini Cavabdeh istifadəyə vermişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ərizənin surətindən görünür ki, Cavabdeh Qala qəsəbəsində yerləşən 0,01 ha torpaq sahəsini X8 istifadəyə vermişdir. İşin hallarından görünür ki, İddiaçı cavabdehlə birgə etibarnamə əsasında aldıqları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu ünvanında yerləşən, 0.01 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən (ərzaq məhsulları mağazasından) istifadə olunmasına Cavabdeh tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ilk növbədə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığını müəyyən etmək vacibdir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına heç bir hüquq müəyyənedici sənədi olmadığı həmin əmlakın mülki qanunvericiliyə əsasən də mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mağazanın və torpaq sahəsinin ona məxsus olduğu bildirsə də, buna dair heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçının istinad etdiyi, sonradan ləğv edilmiş (hüquqi qüvvəsini itirmiş), X9 adından səlahiyyətlər ötürülmüş Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən İddiaçı Xəzər rayonu, Qala qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı olaraq onu müvafiq idarə, təşkilatlarda təmsil etmək və sair səlahiyyətlər etibar edilmişdir. Bundan əlavə mübahisə gedən mağazanın və torpaq sahəsinin ümumiyyətlə sənədinin olmaması mağazanın və torpaq sahəsinin həqiqətən kimə məxsus olması, kimin bu işdə əsl cavabdeh olması iş üzrə müəyyən olunmamışdır. Bundan əlavə torpaq sahəsində tikilinin daha əvvəldən mövcud olması və tərəflər tərəfindən inşa edilmədiyi aydın olmuşdur. Lakin həmin tikilinin (mağazanın) hazırda mövcud olması şübhə yaradan hallardan biridir. Məhkəmə iclasında dindirilən şahidlərin ifadələrində mağazanın tamamilə sökülməsi, həmçinin mağazanın bir hissəsinin sökülməsi kimi ziddiyətli ifadələr verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İşin hallarından da görünür ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu ünvanında yerləşən, 0.01 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən və torpaqdan istifadə olunmasına Cavabdeh tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılmasını xahiş etsə də, mübahisəli ünvana dair onun hər hansı hüququnun (mülkiyyət sənədi, icarə müqaviləsi və sair) olması müəyyən olunmamışdır. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. Çünki, o, qeyd olunan mübahisəli torpaq sahəsinə və üzərində tikilmiş mübahisəli tikiliyə qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 02 saylı, 14 fevral 2003-cü il tarixli qərarına əsasən “Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Qeyd edilsin ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.” Həmin Məcəllənin 48.4-cü maddəsinə əsasən “Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.” Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən “Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən “Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və mağazadan istifadə edilməsində maneələrin aradan qaldırılması” barədə iddiası təmin edilməməlidir. Eyni zamanda iddiaçıya vurulmuş maddi ziyanla bağlı ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və mağazadan istifadə edilməsində maneələrin aradan qaldırılması” barədə iddiası təmin edilməsin. İddiaçıya izah edilir ki, vurulmuş maddi ziyanla bağlı ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1927/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1927/2023
07.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver