Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-193/2023 04.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Posessual hüquq varisliyi üzrə cavabdehlə əvəz edilmiş X1, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh2 və posessual hüquq varisliyi üzrə cavabdehlə əvəz edilmiş X2 qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 51992 manat məbləğində pulun alınaraq ona dənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 mərhum Cavabdeh1 hüquqi varisi qismində tanınmış və posessual hüquq varisliyi üzrə cavabdehlə əvəz edilmişdir. Məhkəmə iclasında iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəflər arasında bağlanmış barışıq sazişini, eyni zamanda iş üzrə icraata xitam verilməsinə dair birgə ərizə təqdim edərək tərəflər arasında barışığın əldə edildiyini bildirdi və barışıq sazişinin təsdiq olunmaqla iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında posessual hüquq varisliyi üzrə cavabdehlə əvəz edilmiş X3 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə aralarında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə aralarında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Posessual hüquq varisliyi üzrə cavabdehlə əvəz edilmiş X1 nümayəndəsi və vəkili Nümayəndə iddiaçı ilə cavabdehlər arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, barışıq sazişini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh2 və X3 arasında bağlanmış xx.xx.2023-cü tarixdə mübahisəni barışıq yolu ilə tənzimləmək məqsədilə barışıq sazişini aşağıdakı şərtlərlə bağlamışlar: - “X3 ünvan 1 ünvanında yerləşən “B” tikilisinin satılaraq, satışından əldə olunan vəsait hesabına İddiaçı 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini verəcəyin, İddiaçı isə bu barışıq sazişi ilə hazırki iddia tələbindən imtina etməyi və gələcəkdə bu iddia tələbi ilə X2 qarşı heç bir tələb irəli sürməyəcəyini öhdəsinə götürür”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul edilməsindən imtina edilir və həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh2 və posessual hüquq varisliyi üzrə cavabdehlə əvəz edilmiş X2 qarşı “pul” tələbi barədə tərəflər arasında xx.xx.2023-cü il tarixdə aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin:
1. X3 ünvan 1 ünvanında yerləşən “B” tikilisinin satılaraq, satışından əldə olunan vəsait hesabına İddiaçı 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini verəcəyin, İddiaçı isə bu barışıq sazişi ilə hazırki iddia tələbindən imtina etməyi və gələcəkdə bu iddia tələbi ilə X2 qarşı heç bir tələb irəli sürməyəcəyini öhdəsinə götürür. Bu sazişi Azərbaycan dilində, 1 (bir) vərəqdə, 3 (üç) nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir. Nüsxələrdən biri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə təqdim olunmaqla, iş materiallarında, digərləri isə hər birində bir nüsxə olmaqla tərəflərdə saxlanılır.” İddiaçı Cavabdeh2 və posessual hüquq varisliyi üzrə cavabdehlə əvəz edilmiş X2 qarşı “pul” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, MPM-in 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Emin Məmmədli