Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-194/2023 02.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlhamoğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı,iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ üzrə ona məxsusdur. 1996-cı ildən həmin mənzildə yaşayırlar. Hal-hazırda həmin mənzildə oğlum X2 ailəsi ilə birlikdə yaşayır. Hazırki iş üzrə işin faktiki halları ondan ibarətdir ki, Cavabdeh mülkiyyətində olan mənzilindən onun mənzilinin tavan hissəsindən su axıdılmış və nəticədə ona maddi ziyan dəymişdir. Belə ki, bu vəziyyət uzun müddətdir ki, davam edir. Lakin o, qonşuluq prinsipini nümayiş etdirərək dəfələrlə cavabdehə bu hərəkətdən çəkinməyi təklif etmişdir. Bununla belə cavabdeh bu günə kimi öz bildiyindən əl çəkmir. Cavabdeh həmin mənzildə yaşamır, mənzili kirayəyə vermişdir. Görünür ki, cavabdeh mənzili özbaşına buraxmış və kirayədə yaşayanlar da istədikləri kimi hərəkət edir. Hazırda mənzilinin tavan hissəsi, divarları, döşəmə, mətbəx mebeli, giriş hissədə yerləşən qarderob, elektrik xətləri və avadanlıqları tam yararsız vəziyyətə düşmüşdür. ünvan 1 ünvanında yerləşən mənzildə oğlu X2 öz ailəsi ilə birlikdə yaşayır. Ailədə bir azyaşlı körpə var. Tavandan axan su elektrik naqillərindən döşəməyə tökülən su vastəsi ilə tok keçirə və bədbəxt hadisə baş verməsinə səbəb ola bilər. Ailəmiz ilə çox böyük əziyyətə düçar olmuşlar. İş materiallarına əlavə etdiyi video diskdə və foto şəkillərdə Cavabdeh mənzilindən suyun axması və mənzilinə hansı şəkildə ziyan vurması açıq aşkar görünür. Mənzilin giriş hissəsi, mətbəxi, hamam otağı, tualet və zalın yarı hissəsi yararsız hala düşmüşdür. Cavabdehə dəfələrlə mənzilini təmir etdirməyi və bu hala son qoymağı təklif etsələr də, bu günə kimi heç bir nəticəsi olmamışdır. Ərazi üzrə 131 saylı Mənzil İstismar Sahəsinin əməkdaşları tərəfindən mənzilinə baxış keçirilmiş və mövcud problemlə bağlı akt tərtib olunmuşdur. Cavabdehin mənzilindən onun mənzilinə su axması nəticəsində 2000,0 manat məbləğində maddi ziyan dəymişdir. Məhz bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə şikayət ərizəsi ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə FH Nazirliyinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilinə və Cavabdeh mənzilinə baxış keçirilmiş və akt tərtib edilmişdir. Odur ki, Cavabdeh 2000,0 manat məbləğində maddi ziyan və ödənilmiş 40,0 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərdi ki, iddiaçının iddiasında göstərdiyi su sızması həqiqətən də ona məxsus mənzildən olmuşdur.Lakin tələb olunan pulu ödəməyə imkanı yoxdur. 1000,0 manatdan artıq ödəniş edə bilməyəcək, pensiyasından hissə-hissə ödəyə bilər. Suyun axıdılmasını bilərəkdən etməyib. O, su axan vaxt orada yaşayıb, lakin sonradan satıb evi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, ev 1a, mənzil 7 İddiaçı mülkiyyətindədir. İşdə olan 131 saylı MKİS əməkdaşlarının iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, ev 1a, mənzil 10 saylı yaşayış sahəsindən suyun axıdılması nəticəsində aşağı mərtəbədə olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, ev 1a, mənzil 7 saylı mənzilin sahibi İddiaçı əmlakına ziyan dəymişdir. İşdə olan 131 saylı MKİS-in arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, ev 1a, mənzil 10 şəxsi mülkidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-tikinti-texniki ekspertizasının 10/1678 saylı, xx.xx.2023-cü il tarixli rəyindən də görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, ev 1a, 7 saylı mənzildə su sızmaya dair əlamətlərin olduğu səbəbindən qonşu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, ev 1a, 10 saylı mənzildən mərtəbəarası örtük konstruksiyalarından su sızması ehtimal olunur. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, ev 1a, 7 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyəri mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 2250,0 manat məbləğində müəyyən edildi. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin etirafı, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində iddiaçının yaşadığı ünvan 2 ünvanda yerləşən 10 saylı mənzildən su sızdığı, həmçinin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, ev 1a, mənzil 7-ə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq 2250,0 manat məbləğində müəyyən edilir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, ekspertizanın rəyini digər sübutlarla yanaşı qiymətləndirərək və hazırkı halda iddia predmetinin araşdırılması xüsusi bilik tələb etdiyindən, ekspert rəyini suyun axıdılması hissəsində sübut kimi qəbul edərək onunla razılaşır. Lakin məhkəmə dəymiş ziyanın məbləğini araşdıraraq hesab edir ki, iddiaçının öz tələbində dəymiş ziyana görə tələb etdiyi məbləğ , yəni 2000, manat Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1678 saylı, xx.xx.2023-cü il tarixli rəyində ekspertin müəyyən etdiyi məbləğdən daha az məbləğ təşkil edir. Məhkəmə ekspertizanın qeyd olunan hissəsində ekspert rəyi ilə razılaşmır. Belə ki, məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən, hesab edir ki, iddiaçının iddia tələbi dəymiş ziyanın məbləğinə dair hissəsində onun göstərdiyi məbləğdə təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı mənzilə yuxarı mərtəbədə yerləşən cavabdehə məxsus mənzildən su sızması müəyyən edildiyindən, suyun axıdılmasının nəticəsində ona dəymiş 2000,0 manat məbləğində ziyanın əvəzini cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 40,0 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia təmin edildiyindən, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh suyun axıdılması nəticəsində dəymiş ziyana görə 2000,0 manat və ödənilmiş dövlət rüsumuna görə 40,0 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.
Məhkəmə qərarları › İş №2(003)-194/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-194/2023
02.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver