Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1947/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə Cavabdeh iştirakları ilə, İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən elektron nəzarət qurğusunun dəyəri, yəni 2277,40 manat pulun alınıb dövlət nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-*69/2022 saylı, 1*.11.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 02 il 0* ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkumun üzərinə cəza çəkdiyi müddət ərzində axşam saat 00:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə şöbənin böyük icra məmuru müvafiq protokol tərtib etmiş və onun üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd “attenti markalı” 3*6*0428 saylı mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd adaptor və 1 ədəd mobil qurğu üçün kabro hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2023-cü il tarixli yoxlama zamanı Cavabdeh təhkim olunan elektron mobil qurğunun ana platasında korroziya müşahidə edildiyi təmirə mümkün olmadığı, istfadəyə yararsız olduğu məlum olmuşdur. Hadisə ilə bağlı dərhal məhkumun izahatı alınmışdır. Müvafiq akt və protokol tərtib edilmişdir. Cavabdehin günahından elektron nəzarət vasitəsi yararsız vəziyyətə düşmüş və nəticədə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsi tərəfindən verilmiş maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsinin ümumi dəyəri 2277,40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçının nümayəndəsi məhkəməyə müraciət edərək məhkum Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə məhkəmə prosesinin iştirakları olmadan keçirilməsini və yekun qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək onun təmin edilməsinə etiraz etmədi və izahatında göstərdi ki, ona tətbiq edilmiş elektron nəzarət vasitəsi bir müddət sonra sıradan çıxmışdır. Həmin qurğunu başqa qurğu ilə əvəz etmişlər. İstəmədən qurğuya su bulaşdırmış və nəticədə qurğu sıradan çıxmışdır. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında təqdiq edilmiş: -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1*.11.2022-ci il tarixli 1(003)-*69/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 0* (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. -“Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, Cavabdeh 1 ədəd “Attenti” markalı elektron nəzarət qurğusu və 1 ədəd mobil qurğunun enerji toplayıcısı təhvil verilmiş və ona hökmün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərinə elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. -“Attenti” markalı 3*6396010 saylı mobil qurğunun istifadəyə yararsız olması barədə” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, məhkum Cavabdeh təyin edilmiş elektron nəzarət vasitələrinə baxış keçirilən zaman 3*6*0428 saylı elektron mobil qurğunun ana platasında korroziya müşahidə edildiyi, təmirə mümkün olmadığı, istifadəyə yararsız olduğu müəyyən edilmişdir. - Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsində olarkən verdiyi izahatlarda bildirmişdir ki, elektron nəzarət vasitəsini üzərində daşımalı olduğu, işlək vəziyyətdə saxlanması üçün ona xidmət göstərilməsi və hər hansı səbəbdən yararsız vəziyyətə salındıqda dəyərinin ondan tutulacağı barədə icra məmuru ona xəbərdarlıq etmişdir. Eyni zamanda o, mobil nəzarət qurğusunu və onun enerji toplayıcısının sıradan çıxması ilə bağlı məsuliyyəti dərk etdiyini bildirmişdir. - Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli 21-1/30764/17 saylı xəbərdarlıqdan görünür ki, məhkuma elektron nəzarət vasitəsinin dəyərini ödəmək təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli ED-M-N 96-21 nömrəli məktubundan aydın olur ki, “Attenti” markalı nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması halında həmin vasitələrin dəyəri cəmi 2277,40 manat təşkil edir. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1*.11.2022-ci il tarixli 1(003)-*69/2022 saylı hökmü ilə 02 il 0* ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh cəzasının icrasına nəzarət qaydasında “Attenti” markalı, ümumi dəyəri 2277,40 manat olan elektron nəzarət vasitəsi təhkim olunmuşdur. Həmin elektron nəzarət vasitəsi və onun enerji toplayıcısı yararsız hala salınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılmış hallarına əsasən Cavabdeh ümumi dəyəri 2277,40 manat olan elektron nəzarət vasitəsinin və onun enerji toplayıcısının sıradan çıxması iş üzrə təqdim edilmiş sübutlarla müəyyən olunduğundan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*7.2-ci madəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1*7.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə “Attenti” markalı elektron nəzarət komplektin dəyəri olan 2277,4 manat məbləğində pul Cavabdeh tutularaq Bakı şəhəri Baş Maliyyə İdarəsinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. “Attenti” markalı elektron nəzarət komplektin dəyəri olan 2277,4 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat məbləğində pul Cavabdeh tutularaq Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1947/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1947/2024
29.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver