Məhkəmə qərarları › İş №2(003)-195/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-195/2024

10.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-195/2024 10.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 1380,68 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 33,81 manat məbləğində dövlət rüsumu, ümumilikdə isə 1414,49 manat məbləğində pul manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 11:30-da sürücü Cavabdeh ünvan 1 ünvanında idarə etdiyi “KAMAZ” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi (qəza) nəticəsində Xəzər rayonunun Şüvəlan qəsəbəsində L=5 p/m uzunluqda 108 mm diametrlik aşağı təzyiqli yerüstü qaz xətti zədələnərək deformasiyaya uğramış və qaz xətti üzərində quraşdırılmış olan 03 (üç) ədəd smart kart tipli (1402AZ**********91, 1402AZ**********84 və 1702AZ**********00) qaz sayğaclarının giriş hissəsində qaz xətləri qırılaraq istismara yararsız vəziyyətə düşmüşdür. Qəza hadisəsi zamanı təxminən 10 dəqiqə müddət ərzində təbii qaz havaya axmışdır. Hadisə ilə bağlı SOCAR İddiaçı İB-nın BRQİD əməkdaşı tərəfindən X4 Xidmətinə və həmçinin DİN-in 102 xidmətinə məlumat verilmiş, Xəzər Texniki-lstismar Xidmətinin əməkdaşları tərəfindən qaz xəttinin zədələnməsi haqqında akt tərtib edilmişdir. Cavabdeh tərəfindən baş vermiş avtoqəza hadisəsinin nəticələrinin aradan qaldırılması yönündə İddiaçı İB-yə ümumilikdə 1380,68 manat məbləğində (1,43 manat itirilmiş qazın dəyəri və 1379,25 manat təmir-bərpaya çəkilən xərc) maddi zərər vurulmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə yol hərəkəti qaydalarını pozmaqla törətmiş olduğu yol nəqliyyat hadisəsi ilə bağlı SOCAR İddiaçı İB- nın BRQİD rəisi tərəfindən də əlavə olaraq Bakı şəhəri Xəzər RPİ-yə məktublar göndərilmiş, cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı İB-yə dəymiş maddi zərərlə bağlı geniş məlumat verilmişdir. Verilmiş məlumatlarla bağlı Xəzər RPİ DYP Şöbəsi tərəfindən araşdırma aparılmış, sürücü Cavabdeh barəsində xx.xx.2022-ci il tarixdə onun İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin tarixdə də inzibati tənbeh vermə haqqında TP ******* nömrəli elektron qərar qəbul edilmiş, Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tədbiq edilmişdir. Qeyd olunanlara əsasən, vurulmuş 1380.68 manat məbləğində zərərin və 33,81 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1414,69 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İB-yə məhkəmə iclasının keçirilmə yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən məbləğlər şişirdilmiş məbləğlərdi. “Paşa Sığorta” şirkətinin işçiləri tərəfindən aparılmış hesablama ilə razıdır. Çünki 3 ədəd sayğaca zərər dəymişdir. Onunda qiymətləndirilməsi usta pulu ilə birlikdə 739,67 manat kimi qeyd edilmişdir. Qalan hissədən narazıdır. İddiaçı İB düz Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 31 may 2022-ci il tarixli yol nəqliyyat hadisəsinin və ya təmir bərpa işləri nəticəsində qaz xəttinin zədələnməsi haqqında aktın surətindən görünür ki, Şüvəlan qəsəbəsində Nizami küçəsində 31 may 2022-ci ildə saat 11:30 radələrində Kamaz markalı AZ **-JL-*** dövlət qeydiyyat nişanlı yük maşını tərəfindən qəza nəticəsində D-108 milli metrlik aşağı təzyiqli qaz xətti zədələnmış və 03 (üç) ədəd smart kart tipli (1402AZ**********91, 1402AZ**********84 və 1702AZ**********00) qaz sayğacları istismara yararsız vəziyyətə düşmüşdür. Dəymiş ziyanın hesablanması haqqında Bakı Regional Qaz İstismarı Departamentinə məlumat göndərilmiş və cavab olaraq, Bakı şəhəri Şüvəlan qəsəbəsində Nizami küçəsindəd 108 mm-lik qaz xəttində baş vermiş qəza hadisəsi nəticəsində Birliyə 1380,68 manat ((1,43 manat itirilmiş qazın dəyəri və 1379,25 manat təmir-bərpaya çəkilən xərc) maddi zərər vurulması müəyyən olunmuşdur. Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsində baş vermiş avto qəza zamanı dəymiş ziyanın aradan qaldırılması üçün görülücək işlərin və işlədiləcək materialların qiymət cədvəlindən görünür ki, usta pulu – 30,12 manat, çilingər pulu 70,80 manat, qaynaqçı xərci – 25,48 manat olmaqla cəmi 126,40 manat olmuşdur. İşlənilmiş materialların qiyməti: 03 ədəd G4 sayğacı – 810 manat, nəqliyyat xərci – 80 manat, üstəlik xərclər 15% -152,46 manat, ƏDV (18%) -210,39 manat olmaqla ümumi olaraq 1379,25 manat qiymət hesablanmışdır. xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2024-cü il tarixli 3-16-16/2-10/2300 saylı ekspertiza rəyindən məlum olur ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsində “Al Market”in yerləşdiyi yerin qarşı tərəfində dayaqların üzrə ilə çəkilmiş 108 mm-lik polad qaz kəmərinə tərəflərin iştirakı ilə baxış keçirilərkən kəmərin üzərində zədə və ya deformasiya izləri aşkar edilmədi. Lakin “Kamaz” markalı **-JL-*** dövlət qeydiyyat nömrəli yük avtomobilinin iştirakı ilə törənmiş yol nəqliyyat hadisəsi zamanı qaz kəmərinin aldığı zərbədən kəməri saxlayan 2 ədəd polad borudan olan dayağı avtomobilin hərəkəti istiqamətində müəyyən bucaq altında əyilmişdir. Məhkəmə, qeyd olunanları təhlil edərək belə qənaətə gəlir ki, Cavabdeh 31 may 2022-ci il tarixdə, iddiaçı İddiaçıİB-yə ziyan vurulmasında təqsirlidir və bu onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qərarla da təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində iddiaçıya maddi zərər yetirilmişdir. İş materiallarında olan, Bakı Regional Qaz İstismarı Departamentinin məlumatından görünür ki, Bakı şəhəri Şüvəlan qəsəbəsində Nizami küçəsində 108 mm-lik qaz xəttində baş vermiş qəza hadisəsi nəticəsində Birliyə 1380,68 manat (1,43 manat itirilmiş qazın dəyəri və 1379,25 manat təmir-bərpaya çəkilən xərc) maddi zərər vurulmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunma və cavabdehdən iddiaçının xeyrinə görülmüş işlər üçün 126,40 manat, 3 ədəd sayğacın dəyəri kimi 810 manat, nəqliyyat xərci 80 manat, itirilmiş qazın dəyəri 1,43 manat olmaqla, ümumilikdə 1017,83 manat məbləğində pul tutulmalıdır. Belə ki, 1380,68 manat müəyyən edilmiş məbləğdən üstəlik xərc üçün hesablanmış 15% - 152,46 manat hissəsi ilə bağlı sübut olmadığından iddia həmin hissədə təmin olunmamalıdır. Bundan başqa ƏDV üçün hesablanmış 210,39 manat pul hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı öz vergi öhdəliklərini başqa şəxsə yönləndirməkdə haqlı deyildir və bu səbəbdən də iddia tələbi həmin hissədə də təmin olunmamalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 33.81 manat məbləğində dövlət rüsumu ödənilmiş, həmçinin, verilmiş ekspert rəyinə əsasən ekspert tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Eyni zamanda aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək cavabdeh X1 İddiaçı xeyrinə 1017,83 manat vurulmuş maddi zərər, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 İddiaçı xeyrinə 1017,83 (min on yeddi manat, səksən üç qəpik) manat məbləğində vurulmuş maddi zərər və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar