Məhkəmə qərarları › İş №2(003)-1959/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1959/2020

02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1959/2020 02.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Abdulla Murad Vaqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı“pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)-1959/2020 saylı qərardadı ilə İddiaçıCavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** saylı VÖEN əsasında fəaliyyət göstərən Sumqayıt şəhərində yerləşən "Beko" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə "alqı-satqı" müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixli 0073 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 6450 manat olan mebel dəsti almış, nəticədə 1550 manat borc yaranmışdır. Bu günədək cavabdehə etdikləri müraciətlər nəticə verməmiş, müqavilənin şərtlərini pozmuş, alqı-satqı qiyməti 6450 manat olan mebel dəsti üçün umumilikdə 1550 manat ödənilməmiş hissə, 180 manat faiz borcu yaranmışdır. Borclu axırıncı ödənişi xx.xx.2019-cu ildə 200 manat olmaqla, cəmi 4900 manat ödəniş etmişdir. Odur ki, Cavabdeh 1550 manat məbləğində əsas borcun, 180 manat faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirərək iddianın təmin edilməsini xahiş etmişdir. İddianı nüdafiə edərək qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 0073 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 6450,0 manat olan mebel dəsti Cavabdeh hər ay 350 manat (ilkin ödəniş 2250 manat) ödəməklə, 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixinə xx.xx.2018-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1550 manat məbləğində əsas borcu, 180 manat faiz borcu mövcuddur. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia əsas borc hissədə təmin edilərək, 1550 manat ödənilməmiş məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın faizin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissədə təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixdə 0073 saylı alqı-satqı müqavilənin 2.1-ci bəndinə əsasən “Alıcı” malın satış qiymətinin dəyəri 6450 manatın 2250 ödəniş qismində “Satıcı”ya ödəyir. Nüqavilə bağlandıqdan və ilkin ödəniş ütdikdən sonra bu müqavilənin 1.1-ci bəndində göstərilmiş mal “Alıcı”ya təhvil verilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən “Alıcı” malın satış qiymətindən ilkin ödəniş çıxıldıqdan sonra qalan 4200,0 manatı 12 ay müddətində ayda 350 manat olmaqla hər ayın 16-dək ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən də görünür ki, Cavabdeh aldığı malın dəyərindən 2250,0 manat ilkin ödəniş etdikdən sonra, qalıq 4200,0 manatı 12 ay müddətində ödəməsini öhdəsinə götürmüşdür. Yəni, tərəflər arasında müqavilə bağlanarkən qalıq məbləğə faizin hesablanması nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçıxeyrinə Cavabdeh 1550 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumuna görə 30,0 manat olmaqla, cəmi 1580 manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə İddiaçı qiyabi qətnamə çıxarılmasına dair ərizəsinə münasibətdə qeyd edir ki, mülki işə qiyabi icraat qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.5-ci maddəsinə əsasən iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qimən təmin edilsin. Cavabdeh 1550,0 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumuna görə 30,0 manat olmaqla, cəmi 1580,0 (bir min beş yüz səksən) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar