Məhkəmə qərarları › İş №2(003)-1961/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1961/2020

22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1961/2020 22.07.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu - iddiaçı BOKT “xxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT “xxxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04.08.2018-ci il tarixli 026-EMB-0700-18 saylı müqavilə üzrə 713.95 manat borcun, 30 məbləğində ödənilmiş dövlət rüsumunun və 0.4 manat xidmət haqqının, ümumilikdə 744.35 manat məbləğində pulun tutularaq BOKT “xxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 04.08.2018-ci il tarixində x2 Təşkilatı İddiaçı ilə Cavabdeh arasında 026-EMB-0700-18 saylı kredit müqaviləsi və kredit müqaviləsinə 1 saylı Əlavə (ödəniş cədvəli) bağlanılmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh illik 34 faizlə 18 ay müddətinə 2507 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü kredit ödəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində 14.05.2020 il tarixə 713.95 manat borcu qalmışdır. Kredit borcunun qaytarılması barədə Cavabdeh dəfələrlə şifahi va yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, Cavabdeh müvafiq qaydada və müddətdə iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddiatələbi təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında bağlanmış 04.08.2018-ci il tarixli 026-EMB- 0700-18 nömrəli müqavilədən görünür ki, həmin müqavilə Cavabdeh 18 ay müddətinə illik 34 faiz ödəmək şərtilə 2507 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan 14.05.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə BOKT “xxxxxxxxxx” MMC-yə 713.95 manat məbləğində borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 04.08.2018ci il tarixli 026-EMB-0700-18 nömrəli müqavilə üzrə 713.95 manat məbləğində borc, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.4 manat xidmət haqqı alınaraq iddiaçı BOKT “xxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 04.08.2018-ci il tarixli 026-EMB-0700-18 nömrəli müqavilə üzrə 713.95 manat məbləğində borc, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.4 manat xidmət haqqı, ümumilikdə 744.35 manat məbləğində pul alınaraq iddiaçı BOKT “xxxxxxxxxx” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar