Məhkəmə qərarları › İş №2(003)-1962/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1962/2020

22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1962/2020 22.07.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu - iddiaçı BOKT “xxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT “xxxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.07.2019-cu il tarixli 181-TEL-0641-19 saylı müqavilə üzrə 180.73 manat əsas, 18.27 manat faiz və 27.11 manat cərimə, 19.01.2019-cu il tarixli 172-MAX-004119 saylı müqavilə üzrə 146.74 manat əsas, 14.84 manat faiz və 22.01 manat cərimə, 20 məbləğində ödənilmiş dövlət rüsumunun və 0.4 manat xidmət haqqının, ümumilikdə 430.10 manat məbləğində pulun tutularaq BOKT “xxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 20 iyul 2019-cu il tarixində x2 Təşkilatı İddiaçı ilə Cavabdeh arasında 181 -TEL-0641-19 saylı kredit müqaviləsi və kredit müqaviləsinə 1 saylı Əlavə (ödəniş cədvəli) bağlanılmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh illik 35 faizlə 12 ay müddətinə 258 manat məbləğində kredit verilmişdir. Həmçinin 19 yanvar 2019-cu il tarixində x2 Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 172- MAX-0041-19 saylı kredit müqaviləsinə əsasən illik 35 faizlə 12 ay müddətinə 299 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilələr üzrə öz üzərinə götürdüyü kredit ödəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində 06.03.2020 il tarixə 181 -TEL-0641-19 saylı kredit müqaviləsinə əsasən əsas borcu 180.73 manat, faiz borcu 18.27 manat, cərimə borcu 27.11 manat, cəmi 226.11 manat borc, 172-MAX-0041-19 saylı kredit müqaviləsi üzrə 06.03.2020 il tarixə əsas borcu 146.74 manat, faiz borcu 14.84 manat, cərimə borcu 22.01 manat, cəmi 183.59 manat borcu qalmışdır. Kredit borcunun qaytarılması barədə Cavabdeh dəfələrlə şifahi va yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildirişi göndərilmiş, “köçüb, bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmış, həmçinin Xəzər rayon İcra Hakimiyyətinin Başçısının Türkan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin məktubundan göründüyü kimi, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından məhkəmə bildirişinin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddiatələbi təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında bağlanmış 19.01.2019-cu il tarixli 172-MAX- 0041-19 nömrəli müqavilədən görünür ki, həmin müqavilə Cavabdeh 18 ay müddətinə illik 35 faiz ödəmək şərtilə 299 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan 06.03.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə BOKT “xxxxxxxxxx” MMC-yə 19.01.2019-cu il tarixli 172-MAX- 0041-19 nömrəli müqavilə üzrə 146.74 manat əsas, 14.84 manat faiz, 22.01 manat məbləğində cərimə, cəmi 183.59 manat borcu vardır. İş materiallarında olan tərəflər arasında bağlanmış 20.07.2019-cu il tarixli 181-TEL- 0641-19 nömrəli müqavilədən görünür ki, həmin müqavilə Cavabdeh 12 ay müddətinə illik 35 faiz ödəmək şərtilə 258 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan 06.03.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə BOKT “xxxxxxxxxx” MMC-yə 20.07.2019-cu il tarixli 181-TEL- 0641-19 nömrəli müqavilə üzrə 180.73 manat əsas, 18.27 manat faiz, 27.11 manat məbləğində cərimə, cəmi 226.11 manat borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 19.01.2019cu il tarixli 172-MAX-0041-19 nömrəli müqavilə üzrə 146.74 manat əsas, 14.84 manat faiz, 22.01 manat məbləğində cərimə, cəmi 183.59 manat borc, 20.07.2019-cu il tarixli 181- TEL-0641-19 nömrəli müqavilə üzrə 180.73 manat əsas, 18.27 manat faiz, 27.11 manat məbləğində cərimə, cəmi 226.11 manat borc, həmçinin ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və 0.4 manat xidmət haqqı, ümumilikdə 430.1 manat məbləğində pul alınaraq iddiaçı BOKT “xxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 19.01.2019-cu il tarixli 172-MAX-0041-19 nömrəli müqavilə üzrə 146.74 manat əsas, 14.84 manat faiz, 22.01 manat məbləğində cərimə, cəmi 183.59 manat, 20.07.2019-cu il tarixli 181-TEL-0641-19 nömrəli müqavilə üzrə 180.73 manat əsas, 18.27 manat faiz, 27.11 manat məbləğində cərimə, cəmi 226.11 manat borc, həmçinin ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və 0.4 manat xidmət haqqı, ümumilikdə 430.1 (dörd yüz otuz manat on qəpik) manat məbləğində pul alınaraq iddiaçı BOKT “xxxxxxxxxx” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar