Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1968/2022 13.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16000,0 (on altı min) manatın və ödənilmiş 138,0 manat dövlət rüsumunu,cəmi 16138,0 (on altı min yüz otuz səkkiz) manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verərək, Cavabdeh1 16000,0 (on altı min) manatın və ödənilmiş 138,0 manat dövlət rüsumunu,cəmi 16138,0 (on altı min yüz otuz səkkiz) manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə ilə müraciət edərək, Cavabdeh1 qeydiyyat ünvanının Xaçmaz rayonu olmasına əsaslanaraq, mülki işin aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, o, ilk öncə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsədə, onun digər Cavabdeh2 qarşı hər-hansı tələbi yoxdur. Belə ki, o, Cavabdeh1 pulunu istəyir. İddia tələbini dəqiqləşdi rərək Cavabdeh1 16000,0 (on altı min) manatın tutularaq ona verilməsini xahiş etmişdir.Ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X2, ərizəni müdafiə edərək, mülki işin aidiyyət üzrə göndərilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinəəsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə, ərizəni və işin digər materiallarını araşdırıb belə qənaətə gəlir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir. Beləki, iş materiallarında olan DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışından görünür ki, Cavabdeh1 Xaçmaz,M.Qardaşları küç.,1B ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin Azərbaycan Respublikası MPM-in 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 qeydiyyat ünvanı Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşmədiyindən, ərazi aidiyyətinin seçilməsi iddiaçının seçiminə görə müəyyən edildiyindən, iş ərazi aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Yuxarıda göstərilən qanunvericiliyin normalara qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün ərzində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1968/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1968/2022
13.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver