Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-197/2023 13.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaranmış maneənin aradan qaldırılması” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2n köçürüldüyü hissədən cavabdehlərin əşyalarının çıxarılması, onun sözü gedən ünvana əşyalarının gətirilməyi və yaşamağı ilə bağlı cavabdehlər tərəfindən yardalıan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 13 yanvar 2023-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbinə dair iş üzrə icraata “ünvan 2n köçürldüyü hissədən cavabdehlərin əşyalarının çıxarılması” hissəsində xitam verilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən 143 nömrəli ev paylı mülkiyyətdə olmaqla 5/6 hissəsi ona məxsusdur. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH ******* nömrəli çıxarış ona verilmişdir. Həmin evin 1/6 hissəsi isə qardaşı, iş üzrə cavabdeh X2 məxsusdur. Həmin evin böyük hissəsinin ona məxsus olmasına baxmayaraq, cavabdehlər həmin evdə yaşayırlar. O, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 143 saylı evin sol hissəsində olan ikinci mərtəbəsində yerləşən (mətbəxdən girişi olan) iki otağa köçürülməyi və həmin otaqlardan cavabdehlərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1969/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri. Xəzər rayonu, Buzovna qəsəbəsi. R.Axundov küçəsi, ev 143-ə köçürülməyi qət edilmişdir. Xəzər rayon tcra şöbəsi tərəfindən köçürülməyi icrası yerinə yetirildiyi zaman faktiki mübahisəli evdə yaşamağı mümkün olmur. Belə ki, köçürüldüyü otaqlarda cavabdehlərin özləri və əşyaları qalmaqdadır. O, cavabdehlərə dəfələrlə onlara məxsus əşyaların çıxarılmasını və onun yaşaya bilməyi üçün əşyalarının həmin otaqlara yerləşdirməyi bildirsə də, cavabdehlər əşyalarını çıxarmayaraq və əşyalarını ora gətirməyinə, beləliklə ona yaşamaq üçün süni maneələr yaradırlar. Cavabdehlərin qeyri-qanuni hərəkətləri üzündən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus və qanuni istifadəsində olan fərdi yaşayış evi sahiblik, istifadə hüquqlarını tam həyata keçirə bilmir, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1969/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin faktiki olaraq bəhrəsini görə bilməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etmədi və iddianın rədd edilməsini xahiş edərək bildirdi ki, iddiaçı onun qaynıdır, 30 ildir mübahisəli evdə yaşamır. İddiaçı iş yerindən evlə təmin olunub, özünün torpağı və evi var. Evi o özü və cavabdehlər abadlaşdırmışlar. Onlar mübahisəli ailədirlər, tez-tez polis bölməsində şikayətləri olur. Cavabdehlər 30 ildir həmin evdə yaşayır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2- 141/2008 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 143 saylı evin 5/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə X1 mülkiyyət hüququnun tanınması qət edilmişdir. İş materiallarında olan DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* saylı xx.xx.2008-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, ev 143 paylı mülkiyyət hüququ üzrə İddiaçı 5/6 hissə, X1 1/6 hissədə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1969/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, ev 143-ə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, ev 143 ünvanında yaşayır. İşin halları ondan ibarətdir ki, Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, ev 143 5/6 hissədə paylı mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Hazırda iddiaçı öz mülkiyyətində olan, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə köçürülməsi qərara alınmış yaşayış yerində yaşamasına cavabdehlər tərəfindən maneə yaradıldığını iddia edərək, belə maneənin cavabdehlərə qadağan edilməsini xahiş edir. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilin 5/6 hissədə mülkiyyətçisi olduğundan, iddiaçı öz əmlakına köçməsinə yaradılan maneələrin qadağan edilməsini tələb etmək hüququna malikdir. Cavabdehlərin onun həmin evə köçürülməsinə maneə yaratması mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Həmçinin, iş materiallarından da görünür ki, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, ev 143-ə köçürülməsi qət edilmişdir. Cavabdehlərin həmin mənzilə köçməklə bağlı iddiaçıya yaratdıqları maneələr həm də məhkəmə qətnaməsinin icrasına maneə yaratmaqdır. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin olunaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, ev 143 ünvanında İddiaçı yaşamasaına yaradılan maneələr qadağan olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 2 ünvanında İddiaçı yaşamasına yaradılan maneələr qadağan olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-197/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-197/2023
13.01.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver