Məhkəmə qərarları › İş №2(003)-1988/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1988/2021

31.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1988/2021 31.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2920 manat məbləğində zərərin əvəzinin və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olan “Opel Omeqa” markalı, 10VV764 dövlət qeydiyyat nişanlı avtomobil 05.09.2010-ci il tarixində etibarnamə üzrə 5 sürücü X3 tərəfindən idarə olunarkən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində “Zəngəzur” Restoranın yaxınlığında hərəkətdə olan zaman qəfil Cavabdeh idarə etdiyi “Nissan Maxima” markalı, 99RB827 dövlət qeydiyyat nişanlı avtomobil onun yoluna çıxmış, nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisə nəticəsində iddiaçı İbarhim Məmmədovun avtomobili ciddi zədələnmiş, həmçinin avtomobildə olan sərnişin Tərlan Abışova yüngül dərəcəli bədən xəsarəti almışdır. Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılmış və nəticədə 10.10.2020-ci il tarixli “Cinayət işinin başlamlmasmın rədd edilməsi haqqında” Qərar qəbul olunmuşdur. Qərara əsasən hadisənin baş verməsində Cavabdeh təqsirli bilinmiş və həm avtomobilimin sürücüsü Tofiq Qasımov, həm də bədən xəsarəti alan Tərlan Abşova zərər çəkmiş şəxs hesab olunmuşdurlar. Daha sonra AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və Cavabdeh AR İXM-nin 327.8-ci maddəsi üzrə təqsirləndirilməsinə dair iş aidiyyatı üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Nəticədə, Binəqədi Rayon Məhkəməsinin 26.01.2021-ci il tarixli, 3(001)-15 2021 nömrəli Qərarı ilə hadisənin baş verməsində cavabdeh təqsirli bilinərək intizam məsuliyyətinə cəlb olunmuşdur. Hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə ciddi maddi dəymiş və 21.01.2021-ci il tarixli 163 nömrəli Qiymətləndirmə Aktına əsasən dəymiş ziyan umlikdə 2920 manat məbləğində müəyyənləşdirilmişdir. Lakin hadisədən sonra 7 ay keçməsinə baxmayaraq, Cavabdeh iddiaçının əmlaka vurduğu ziyanı aradan qaldırmamış və iddiaçıya hər hansı bir maddi yardım göstərməmişdir. Ona görə də iddiaçı avtomobilinə dəymiş zərəri aradan qaldırılması üçün avtomobili öz hesabına təmir etdirməyə məcbur olmuşdur. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Binəqədi rayon DYPŞ-nın 26.01.2021-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh 05.09.2020-ci il tarixdə saat 20:00-da Nissan Maxima minik markalı ** RB *** d/n avtomobili idarə edərkən Binəqədi şossesində sola dönərkən qarşıdan gələn Opel Omega markalı 10VV764 d/n avtomobilə yol verməmiş onunla toqquşmuşdur. Hadisə zamanı Opel Omega markalı avtomobilin sərnişini T.Q.Abışova yüngül bədən xəsarəti almışdır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan Binəqədi rayon DYPŞ-nın 26.01.2021-ci il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh 05.09.2020-ci il tarixdə saat 20:00-da Nissan Maxima minik markalı ** RB *** d/n avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 200 manat miqdarında cərimə edilmişdir. İş materiallarından görünür ki, Opel Omega markalı 10VV764 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi 21.08.2020-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AD seriyalı 917612 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçıdır. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-V seriyalı 345810 saylı etibarnamənin surətindən görünür ki, həmin etibarnamə İddiaçı tərəfindən X1 hüququ olduqda idarə etmək və sairə hərəkətlər etmək üçün verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən 21.01.2021-ci il tarixdə tərtib edilmiş Qiymətləndirmə aktından görünür ki, Opel Omega markalı 10VV764 dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələri və təmiri üçün 2920 manat tələb olunur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.01.2021-ci il tarixli 3(001)-25/2021 saylı qərarının surətindən görünür ki, Cavabdeh Ağasəli oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta materialına baxılraraq o, həmin maddə ilə təqsirli bilib 200 manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin müəyyən olunmuş və tərəflərin mübahisələndirmədiyi halları ondan ibarətdir ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu sübuta yetirildiyindən həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddia tələbindən göründüyü kimi, iddiaçı yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin, yəni avtomobilin əvvəlki vəziyyətinə gətirilməsi üçün əlavə görülməli işlərə görə vəsaitin ödənilməsini tələb edir və həmin zərərin həcmini 2920 manat məbləğində qiymətləndirir. İddiaçının tutulmalı zərərin həcminin məhz qeyd olunan məbləğdə olması ilə bağlı təqdim etdiyi sübutları "xxxx" MMC tərəfindən təqrtib edilmiş Qiymətləndirmə aktıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin həcmi kimi 2920 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2920 manat məbləğində dəymiş maddi zərərin və 30 manat ödənilmiş dövlət rümünun əvəzi, cəmi 2950 (iki min doqquz yüz əlli) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar