Məhkəmə qərarları › İş №2(003)-2000/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(003)-2000/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(003)-2000/2021 12.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı, Kreditor «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı borcun tutulması tələbinə dair ərizəyə və əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: Kreditor «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 00659532 saylı müqaviləyə əsasən İMEİ Kodu **********39801 olan Huawei P Smart markalı telefon üçün 146 (yüz qırx altı) manat ödənilməmiş hissə və 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 166 manat Borclu alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu müqavilənin şərtlərinin pozmuş və nəticədə alqı-satqı qiyməti 696 (altı yüz doxsan altı) manat İMEİ Kodu **********39801 olan Huawei P Smart markalı telefon üçün ümumilikdə 146 (yüz qırx altı) manat borc yaranmışdır. Borclunun cəmi ödədiyi məbləğ 550 manat təşkil edir. Borcluya dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmışdır. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, kreditor «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Bu halda Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Prosesual Mülki Məcəlləsinin 280-ci maddəsinə görə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən hesab edirəm ki, «xxxx» MMC-nin məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 (iyirmi) manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə ƏMR ETDİ: xx.xx.1993-cü il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu kreditor «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə, 146 (bir yüz qırx altı) məbləğində əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu manat tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Xəzər Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar