Məhkəmə qərarları › İş №2(003)-2007/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2007/2022

29.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2007/2022 29.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən bir ədəd elektron nəzarət vəsaitəsinin koplektinin dəyəri olan 2397,16 manat vəsaitin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək Xətai rayon Məhkəməsinin 1(011 )-180 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə 01 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası onlara həvalə edilmişdir. xx.xx.2019-cu il tarixdə böyük icra məmuru R.Ağayev tətəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tədbiq edilmişdir. Həmin gün müvafiq iltizamla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd sadə elektron qolbaq, üç ədəd ev siqnal ötürücüsü, bir ədəd adaptor məhkum hazırki iş üzrə Cavabdeh tətbiq edilərək təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadəqə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh cəza müddəti bitməsinə baxmayaraq elektron nəzarət vasitələrini qaytarmamışdır. Bu barədə xx.xx.2021-ci il tarixdə akt tərtib olunmuşdur. Cavabdeh lazımınca məsuliyyətli olmadığından bir ədəd elektron nəzarət vasitəsinin komplektini təhvil verməmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Nazirliyin verdiyi məlumata görə həmin komplektin dəyəri 2397,16 manat təşkil edir. Cavabdeh dəymiş ziyanı könüllü olaraq ödəməsi üçün xx.xx.2022- ci il tarixdə bildiriş göndərilmiş, lakin o, ziyanı ödəmədiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh bir ədəd elektron nəzarət vəsaitəsinin koplektinin və ya onun dəyəri olan 2397,16 manat vəsaitin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 18*.*-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-180/2019 saylı xx.xx.2019-cu il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respulbikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək onun 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzacının təyin olunması hökm edilmiş, hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə göstərişinin surətindən görünür ki, yuxarıda qeyd olunan hökm xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2019-cu il tarixli protokolun surətindən görünür ki, Cavabdeh hökmün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərinə elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən imzalanmış iltizamdan görünür ki, o, həmin iltizamı Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinə ondan ötrü verir ki, o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-180/2019 saylı xx.xx.2019-cu il tarixli hökmünnə əsasən ona təhkim olunmuş elektron nəzarət vasitələrini – 1 ədəd mobil qurğu, 1 ədəd mobil qurğunun eneri toplayıcı başlığı, 1 ədəd mobil qurğunun enerji toplayıcı kabeli, 1 ədəd sadə elektron qolbağ və 3 ədəd siqnal ötürücüsünü qəbul etmişdir. İş materiallarında olan Bakı şəhəri Probasiya İdarəsinin böyük icra məmuru X1, X2 və icra məmuru X3 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, həmin akt ona görə tərtib edilmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli protokolla ona tətbiq edilmiş 1 ədəd komplekr elektron nəzarət vasitəsini təhvil verilməmişdir. İş materiallarında olan Bakı şəhəri Probasiya İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, sonuncu tərəfindən təhvil verilməmiş 1 ədəd komplekt elektron nəzarət vasitəsini probasiya idarəsinə qaytarılması və ya onun dəyəri olan 2397,16 manatın müvafiq hesab ödəməyi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciər ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, komplekt elektron nəzarət vasitəsitəyə daxil olan - 1 ədəd biometrik məlumatların yoxlanması üçün lisenziyalar dəyəri 88,26 manat, 1 ədəd ev siqnal ötürücüsün dəyəri 108,32 manat, mobil nəzarət qurğuları xüsusi proqram təminatı ilə dəyəri 1346,03 manat, 1 ədəd elektron qolbağın dəyəri 637,91 manat təşkil edir. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-180/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh cəzasının icrasına nəzarət qaydasında 3 ədəd siqnal ötürücü olmaqla, ümumi dəyəri 2397,16 manat olan elektron nəzarət komplekti ilə təhkim olunmuş və o, həmin elektron nəzarət komplektini probasiya xidmətinə qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılmış hallarına əsasən Cavabdeh ümumi dəyəri 2397,16 manat olan elektron nəzarət komplektinin qaytarmaması iş üzrə təqdim edilmiş sübutlarla müəyyən olunduğundan və həmin nəzarət komplektinin probasiya idarəsinə qaytarması barədə sübutlar məhkəməyə təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*7.2-ci madəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1*7.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə 1 ədəd mobil qurğudan, 1 ədəd mobil qurğunun eneri toplayıcı başlığından, 1 ədəd mobil qurğunun enerji toplayıcı kabelindən, 1 ədəd sadə elektron qolbaqdan və 3 ədəd siqnal ötürücüsündən ibarət elektron nəzarət komplekti Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qaytarılsın, həmin elektron nəzarət komplekti olmadığı halda dəyəri olan 2397,16 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 1 ədəd mobil qurğudan, 1 ədəd mobil qurğunun eneri toplayıcı başlığından, 1 ədəd mobil qurğunun enerji toplayıcı kabelindən, 1 ədəd sadə elektron qolbaqdan və 3 ədəd siqnal ötürücüsündən ibarət elektron nəzarət komplekti Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qaytarılsın, həmin elektron nəzarət komplekti olmadığı halda dəyəri olan 2397,16 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar