Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2019/2022 27.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X6 və Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2200 ABŞ dolları məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tanışı, həmin dövrdə Rusiya Federasiyasında yaşayıb-işləyən X3 məsləhəti ilə gələcəkdə İran İslam Respublikasından Rusiya Pederasiyasına alma göndərməsi üçün 2022-ci ilin fevral ayının əvvəllərində Binə qəsəbəsində yaşayan Cavabdeh ilə görüşdü. Görüşdə məqsədi onunla yaxından tanış olmaq və gələcəkdə iş birliyi qurmağın alınıb-alınmayacağını dəqiqləşdirmək idi, Cavabdeh İran İslam Respublikasından yaxın günlərdə Rusiya Federasiyasına X8 və digər bir şəxsə alma göndərilməsini təmin edəcəyini və bunun üçün İran İslam Respublikasına getməli olduğunu, lakin bu işin təşkili məqsədilə ora getmək üçün yol pulu və işi başa çatdırmaq üçün orada qalmaq və yemək pulu olmadığını, bunun üçün 2000 ABŞ dollarının lazım olduğunu, həmin pulu isə yaxın zamanda qaytaracağını deyərək ondan 2000 ABŞ dolları borc istədi. O da ona 2000 ABŞ dolları verdi. Təxminən 10-15 gündən sonra 200 ABŞ dollarını isə onun xahişi və istəməsi ilə ərzaq pulu kimi ailəsinə evinə göndərdi. Bundan sonra Cavabdeh həmin işi hansı səviyyədə yerinə yetirə bilibbilməməyindən dəqiq məlumatı olmayıb. Həmin vaxtdan 3 aydan artıq müddət keçsə də, Cavabdeh ona və ailəsinə verdiyi 2200 (iki min iki yüz) ABŞ dollarını qaytarmır. Həmin pulu istəyəndə də ziyana düşdüyünü əsas gətirərək qaytarmaq imkanının olmadığını deyir. Qeyd edir ki, onun Bayramov Elxan və digər bir şəxslə gördükləri işə onun heç bir aidiyyəti, şərikliliyi yoxdur və onun ziyana düşməsinin ona heç bir aidiyyəti yoxdur. Cavabdeh, Bayramov Elxan və digər şəxslərin birgə alver edərək əldə edəcəkləri qazancdan ona hər hansı bir məbləğdə pay düşməyəcəyi halda, ziyana düşdükləri təqdirdə də ona hər hansı bir məbləğdə ziyan dəyməməlidir. Məhz buna görə də Cavabdeh ona və ailəsinə verdiyi 2200 ABŞ dollarını ona geri qaytarmalı, ziyana düşmə məsələsini isə digər adı çəkilən şəxslərlə öz aralarında özləri həll etməlidirlər. Cavabdeh alver məsələsi iddiası olduğu halda başqa bir məhkəmə predmeti olaraq onun tərəfindən məhkəmədə mübahisələndirilə bilər. Hesab edir ki, qüvvədə olan mövcud qanunvericiliyə əsasən Cavabdeh ona və ailəsinə verdiyi 2200 ABŞ dollarını ona geri qaytarmalıdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 2000 ABŞ dolları yol pulu verdi, bacısı oğlundan da evinə 200 ABŞ dolları göndərmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddianı qismən qəbul edir. Qeyd olunan 2200 ABŞ dolları məbləğində pulu iddiaçı X4 yox, onun bacısı oğlu X5 İran İslam Respublikasından meyvə tərəvəz məhsullarının xaricə göndərilməsi məqsədi ilə almışdır. Məhkəmə iclasına şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Mehdi onun dayısıdır. Fazili o dayısının vasitəsi ilə tanımışdır. Daysı ona 2000 ABŞ dolları pul vermişdir və o həmin pulu Fazilə vermişdir. Daha sonra isə dayıısı ona 200 ABŞ dolları da pul vermişdir və o həmin pulu Fazilin yaşadığı evə apararaq ailə üzvlərinə vermişdir. Məhkəmə tərəflərin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ifadəsi alınmış Cavabdeh bildirmişdir ki, 2022-ci ilin fevral ayının əvvəllərində İddiaçı Cavabdeh mobil telefonuna zəng etmiş, onunla görüşmək isdədiyini demiş, daha sonra Cavabdeh İddiaçıla Binə qəsəbəsində görüşmüş, İddiaçı ona Rusiya Federasiyasında işləyən Elxan adlı tanışı olduğunu demiş və Elxan adlı tanışı üçün İran İslam Respublikasından alma alıb Rüsiya Federasiyaysına göndərmək lazım olduğunu ona demişdir. Sonra isə Cavabdeh hesablamalardan sonra İddiaçı bunun üçün 6163 ABŞ dolları lazım olduğunu və İddiaçı isə öz növbəsində 2200 ABŞ dolları ona verə biləcəyini qeyd etmiş, qalan pulu E.Bayramov almanı satandan sonra 10 gün ərzində ona verəcəyini demişdir. Beləliklə Cavabdeh İddiaçıla razılaşmış 2200 ABŞ dollarını alaraq İrana getmiş, orada 6163 ABŞ dolları dəyərində 20.295 kq alma almış və Rusyaya göndərmişdir. Bundan sonra E.Bayramov ona zəng edərək almanın kefiyyətsiz olduğu üçün sata bilməməsini ona demiş, Cavabdeh isə həmin almaları tanışına verməyini ona demiş, lakin E.Bayramov almaları verməmiş özü satmış və Cavabdeh olan borcunu verməmişdir. İş materiallarında olan Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədə qeyd edilmişdir ki, 2200 ABŞ dolları məbləğində pulu iddiaçı X4 yox, onun bacısı oğlu X5 İran İslam Respublikasından meyvə tərəvəz məhsullarının xaricə göndərilməsi məqsədi ilə almışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı sürücülük vəsiqəsi alınması ilə bağlı Cavabdeh 1150 manat pul vermişdir. Cavabdeh isə pulu X1 hesabına ötürdüyünü bildirmişdir. Cavabdeh İddiaçı faktiki oaraq pulu alıdığını etiraf edir, lakin pulu Zabit adlı şəxsə göndərdiyini desə də, buna dair sübut təqdim etməmişdir. Göründüyü kimi, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına 2200 ABŞ dolları məbləğində pul əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına 2200 ABŞ dolları məbləğində pul əldə etməklə əsassız varlanmışdır. Bu hal Cavabdeh polisə verdiyi izahatla və məhkəmə iclasında vermiş olduğu izahatı ilə müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Belə ki, Mülki Məcəllənin 1092.1-ci addəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2200 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2200 ABŞ dolları (ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə) məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2019/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2019/2022
27.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver