Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2025/2024 12.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh, Mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2811148X10 və https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2811148X5 qanuni nümayəndəsi X6 və https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2811148X3 iştirakları ilə, İddiaçı Cavabdeh (https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2811148X11, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2811148X10, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2811148X12 mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs və "xxxx" ASC maraqlı şəxs qismində cəlb edilmiş) qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh (https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2811148X11, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2811148X10, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2811148X12 mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs və "xxxx" ASC maraqlı şəxs qismində cəlb edilmiş) qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilinə vurduğu zərərə görə 20000 manat pulun və 150 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlara məxsus Hyundai ACCENT markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2022 cü il tarixdə cavabdeh özünün idarə etdiyi maşınla vurmuş, övladı X13 vəfat etmişdir. Övladımın hüquqi varisidir. Cavabdeh onları aldatmışdır ki, narahat olma ya maşını düzəltdirəcək, ya da bazar dəyərini verəcəyini qeyd etmişdir ki, maşın 2014 cü ilin buraxlışıdır. Tam yaxşı vəziyyətdə olan maşındır. Cavabdehin barəsində Xəzər Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixdə, 1(003)-508/2022 saylı hökm çıxarmışdır. Təsüflər olsun ki, cavabdeh bu günə kimi onları aldatmış, nə maşını düzəltdirməmiş, nədə ki, zərərin əvəzini ödəməmişdir. Məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur ki, maşının dəyəri olan 20000 manatını və ödədiyi dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsi zərurəti yaranmışdır. Qeyd edir ki, maddi imkanı olmadığı və əlil olduğu üçün cavabdehin şəxsiyyət vəsiqəsinin surətini və yaxud qeydiyatını alınması üçün maddi imkanım yoxdur, buna görə də MPM nin 85.1-ci maddəsində deyildiyi kimi, özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər, o cümlədən arbitraj icraatının tərəfləri və ya arbitraj məhkəməsi bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər. Cavabdehin qeydiyyatının portaldan çıxarılmasına köməkdarlıq edilsin. Avtomobilin qiymətləndirilməsi **-HS-*** dövlət qeydiyyat nişanlı, 2014 cü il istehsalı olan İİYNDAİ ACCENT minik markalı avtomobilinin bazar dəyəri - 20000 manatdır. Avtomobil miitəxəsis rəyi ilə qiymətləndirilmişdir. Mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2811148X10 və https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2811148X5 qanuni nümayəndəsi, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2811148X3 nümayəndəsi X14 məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh qarşı iddia gələcəkdə təmin olunacağı təqdirdə pulun X7 verilməsinə etiraz etmir. Gələcəkdə iddiası olarsa ona qarşı qaldıracaqdır. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, avtomobilin dəyəri 20000 manatdır. Həmin avtomobilə dəymiş ziyana görə mərhum oğlunun vərəsələrinə 5000,0 manat sığorta ödənişi edilmişdir. Lakin onun həmin avtomobili təmir etməyə imkanı yoxdur. Qeyd oluan avtomobilin 20000,0 manat qiymət var idi. Avtomobilin dəyərinin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, qeyd olunan avtomobil qəzası ehtiyatsızlıqdan baş vermiş və həmin hadisə Rtiram Hüseynovun ölümü ilə nəticələnmişdir. O, mərhumun ailəsinə lazım olan maddi köməkliyi göstərmişdir. İddiaçı və mərhumun övladları sığortadan aldıqları 10000 manat pulu xərcləmişdirlər. İndiyə kimi imkanı çatan qədər köməklik etmişdir. Günü 20 manat işləyir. Onunla ailəsini dolandırır. İmkanı yoxdur. Avtomobilə dəymiş zərər 5965 manatdır. Həmin məbləğində 5000 manatını sığorta qarşılamışdır. Məhkəmə iclasında mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2811148X10 və https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2811148X5 qanuni nümayəndəsi X14 izahatında göstərdi ki, ölüm hadisəsi baş verdikdən sonra cavabdeh həbs edilməmək üçün söz vermişdir ki, avtomobilin yenisini alıb verəcəkdir. Avtomobilin dəyəri 20000 manatdır. Dəymiş zərərə görə sığortanın ödədiyi 5000 manatı çıxılaraq, qalan məbləğin iddiaçıya tutulub verilməsinə etirazı yoxdur. Məhkəmə iclasında mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2811148X11 izahatında göstərdi ki, dəymiş zərərin nənəsi İddiaçı ödənilməsinə etirazı yoxdur. Maraqlı şəxs "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər -Xəzər Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixdə, 1(003)-508/2022 saylı hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təcs;r;: bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə c ə z a s təyin edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin Cavabdeh məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında ezam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, maddi sübut olan 3 (üç) ədəd disk iş materiallarında saxlanılması, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən təqsirləndirilən şəxs Cavabdeh hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 08 saata görə 48 (qırx səkkiz) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən təqsirləndirilən şəxs Cavabdeh hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saata görə 72 (yetmiş iki) manat, ümumilikdə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. -PXA140720 nömrəli sığorta aktından görünür ki, X9 ödəniləcək məbləğin 3750 manat olması müəyyən edilmişdir. -PXA140718 nömrəli sığorta aktından görünür ki, X9 ödəniləcək məbləğin 3750 manat olması müəyyən edilmişdir. -PXA124339 nömrəli sığorta aktından görünür ki, AR Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertiza və patoloji anatomiya MTE və PA ETT birliyinin ekspert rəyinə əsasən İddiaçı ödəniləcək məbləğin 1250 manat olması müəyyən edilmişdir. -xx.xx.2023-cü il tarixli, 5380 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, PXA140718 sığorta aktına əsasən "xxxx" ASC tərəfindən X9 3750 manat ödəniş edilmişdir. -xx.xx.2023-cü il tarixli, 5381 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, PXA140718 sığorta aktına əsasən "xxxx" ASC tərəfindən X9 3750 manat ödəniş edilmişdir. -xx.xx.2024-cü il tarixli kart hesabından çıxarışın surətindən görünür ki, PXA124339 sığorta aktına əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı 1250 manat ödəniş edilmişdir. -xx.xx.2024-cü il tarixli kart hesabından çıxarışın surətindən görünür ki, sığorta aktına əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı 1250 manat ödəniş edilmişdir. -Məhkəmə Ekspertiza Mərkəzinin 29 avqust 2024-cü il tarixli, 9/4542 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş iş materialında olan “Avtomobillərin Texniki Xidməti Mərkəzi” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən 2014-cü il buraxılışlı “Hundai Accent” minik markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5965,00 manat müəyyən edilir, o cümlədən: dəyişilməli hissələrin qiyməti – 3550 manat, təmir- bərpa işlərinin qiyməti – 2415 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422 №li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2010-cu il buraxılışlı “Mercedes Benz C350” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi 2(003)-2025/2024 №-li mülki iş materiallarında olan qüsur aktı əsasında hesablandı. -Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsilə müraciət edən zaman 150 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8.1.2. Qiymətləndirilən iddialar üzrə iddia ərizələrindən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, təxminən saat 19:40 radələrində etibarnamə ilə idarə etdiyi hərəkəti istiqamətində dayanmış vəziyyətdə olan “Hyundai Accent" markalı **-HS-*** qeydiyyat nömrəli minik avtomobilinin sürücüsü, xx.xx.1979-cu il təvəllüdlü X13 həmin avtomobilin sol qabaq qapısının yanında durduğu halda idarə etdiyi yük avtomobilinin sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə “Hyundai Accent” markalı **-HS-*** qeydiyyat nömrəli minik avromobilini sürücüsü X13 aldığı xəsarətlərlə X20 yerləşdirilmiş və E.R.Hüseynov aldığı ağır bədən xəsarətlərindən orada ölməsi ilə nəticələnən və “X26” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X16 3.000 (üç min) manat, iş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış İddiaçı 5.990 (beş min doqquz yüz doxsan) manat maddi ziyan vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən də, Xəzər Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixdə, 1(003)-508/2022 saylı hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilininərək ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, “Hyundai Accent" markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil mərhum X13 mülkiyyətində olmuş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhumdan miras qalmış sözügedən avtomobildən 1/4 hissədə X11, X12, X4 payları müəyyən edilmiş və 1/4 hissədə pay isə açıq saxlanılmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, hadisənin baş verməsi və cavabdeh tərəfindən iddiaçının avtomobilinə maddi ziyan vurulması işin mübahisəsiz halıdır. Hazırda mübahisələndirilən hal avtomobilə dəymiş ziyanın məbləği ilə bağlıdır. İddiaçı X1 anasıdır və onun qanun üzrə vərəsəsidir və o, nəqliyyat vasitəsinə vurulmuş zərərin aradan qaldırılması üçün məhkəməyə müraciət etməkdə haqlıdır. O, əmlak üzərində hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etmək hüququna malikdir. X1 vərəsələri mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2811148X10 və https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2811148X5 qanuni nümayəndəsi, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2811148X3 nümayəndəsi X14 ərizə ilə müraciət edərək, iddianın iddiaçının xeyrinə həll edilməsinə etirazları yoxdur. Obyektiv araşdırma aparılmasına nail olmaq, tərəflərin hər birinin hüquqlarının təmin olunması, həmçinin yaranmış suallara cavab alınması üçün məhkəmənin xx.xx.2024-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və 29 avqust 2024-cü il tarixli, 9/4542 nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş iş materialında olan “Avtomobillərin Texniki Xidməti Mərkəzi” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən 2014-cü il buraxılışlı “Hundai Accent” minik markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5965,00 manat müəyyən edilir, o cümlədən: dəyişilməli hissələrin qiyməti – 3550 manat, təmir- bərpa işlərinin qiyməti – 2415 manat. Eyni zamanda ekspert rəyində qeyd etmişdir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422 №-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizalarının aparılması məqsədə müvafiq hesab olunduğundan, 2010-cu il buraxılışlı “Mercedes Benz C350” markalı, **-FY- *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi 2(003)- 2025/2024 №-li mülki iş materiallarında olan qüsur aktı əsasında hesablandı. Ekspert rəyindən göründüyü kimi, Cavabdeh xx.xx.2022-ci il tarixdə, təxminən saat 19:40 radələrində törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Accent" markalı **- HS-*** qeydiyyat nömrəli avtomobilin təmir-bərpa xərci təxminən 5965,00 manat müəyyən edilmişdir. Məhkəmə bildirir ki, ekspert rəyi digər sübutlarla birlikdə qiymətləndirilməklə, vurulmuş zərərin hesablamanın əsasını təşkil etmişdir. Belə ki, bu qənaətə gələrkən məhkəmə nəzərə almışdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddia tələbi təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 5965 manat vurulmuş maddi ziyanın əvəzi hesablanmalıdır. Lakin məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli, 5380 nömrəli ödəniş tapşırığına əsasən surətindən görünür ki, PXA140718 sığorta aktına əsasən "xxxx" ASC tərəfindən X9 3750 manat və xx.xx.2024-cü il tarixli kart hesabından çıxarışın surətindən görünür ki, PXA124339 sığorta aktına əsasən "xxxx" ASC tərəfindən İddiaçı 1250 manat ödəniş edilmişdir. Göründüyü kimi, X1 vərəsələri İddiaçı və mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2811148X10 və https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2811148X5 qanuni nümayəndəsi, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2811148X3 nümayəndəsi X14 ümumilikdə 5000 manat məbləğində sığorta ödənişi almışdırlar. Belə olan hesab edir ki, avtomobilə dəymiş ziyanın məbləği 5965 manat təşkil etsə də, X1 vərəsələri İddiaçı və mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2811148X10 və https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2811148X5 qanuni nümayəndəsi, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2811148X3 nümayəndəsi X14 ümumilikdə 5000 manat məbləğində sığorta ödənişi həmin məbləğdən çıxılmalı və 965,0 manat pul məbləğində maddi ziyan Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, iddianın məhkəmə xərcinə daxil olan 150 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, iddia qismən təmin edildiyindən iddianın cavabdehdən tutulan pula münasibətdə, yəni 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş 150 manat dövlət rüsumunun 120 manatı iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 manat məbləğində pul vəsaiti də Cavabdeh dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 965,0 manat pul məbləğində pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 995 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, Ödənilmiş 150 manat dövlət rüsumunun 120 manatı iddiaçıya aid edil edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh müştərək qaydada tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 965,0 manat məbləğində pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 995,0 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 150 manat dövlət rüsumunun 120 manatı iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh müştərək qaydada tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2025/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2025/2024
12.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver