Məhkəmə qərarları › İş №2(003)-2026/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2026/2024

08.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2026/2024 08.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(002)-991/2021 saylı qətnaməsi ilə 09 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 175 manat məbləğində tutulan alimentin miqdarı artırılaraq, 09 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və 100 manat dövlət rüsumunun tutulub, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddia ərizəsi icraata götürülmüş, müvafiq prosessual hərəkətlər edilməklə məhkəmə iclasları təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Abşeron rayonu Hökməli qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, işin aidiyyat üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, o, qeydiyyatsız olaraq Zirə qəsəbəsində atasının evində yaşayır, işin aidiyyat üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş DİN-in MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsi Ə/D, Hökməli qəzəbəsi ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddia tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən alimentin alınması barədə iddia tələbi üzrə iddiaçının seçim hüququ vardır. Hazırkı halda iddiaçı bu hüququndan istifadə edərək, özünündə Abşeron rayonu, Hökməli qəsəbəsi Ə/D, Hökməli qəzəbəsi ünvanında yaşamasını və qətnamənin gələcəkdə icrasının asanlaşdırılması üçün işin Abşeron Rayon Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının faktiki olaraq Abşeron rayon ərazisində yaşamasını, mülki prosessual qanunvericiliyin prinsiplərinin, xüsusilə çəkişmə prinsipinin tələblərini də nəzərə alır və belə hesab edir ki, məhz səmərəlilik baxımından da işin Abşeron Rayon Məhkəməsində baxılması daha məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 36.3, 44-45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair 2(003)-2026/2024 saylı mülki işin materialları baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar