Məhkəmə qərarları › İş №2(003)-204/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-204/2023

07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-204/2023 07.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı ASC “Nikoyl” İKB ilə Cavabdeh arasında bağlanmış 02 aprel 2007-cı il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh “Nikoyl” İKB qarşısında 02 aprel 2007-cı il tarixli kredit müqaviləsindən irəli gələn 8860 manat əsas borc, 2112 manat faiz borcu və gecikdirməyə görə hesablanmış 10485,89 manat dəbbə pulu borcu və həmçinin iddianın qaldırılması üçün ödənilmiş 19,80 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması, Cavabdeh tutulacaq məbləğlərin kreditin təminatı kimi ona məxsus olan 1995-ci il buraxılışlı, gümüşü metal rəngli, ban VVDBHA22EOSF238725, mühərrik **********4075 olan, “MERCEDES BENZ 220” minik markalı avtomobilin satılması, satışdan əldə ediləcək məbləğ kifayət etmədikdə cavabdehin digər əmlakı hesabına ödənilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin iddia tələbini onunla əsaslandırmışdır ki, “Nikoyl” X2 ilə Cavabdeh arasında 02 aprel 2007-ci il tarixdə A 98/03/07 sayli Kredit müqaviləsi imzalanmışdır. Müqavilə üzrə Bank Borcalana avtomobil alınması üçün 8860 manat məbləğində 26% hesablanmaqla 18 ay müddətinə kredit vermişdir. Müqaviləyə əsasən Cavabdeh bankdan götürdüyü kredit məbləğini tərəflər arasından razılaşdırılmış ödəniş qrafikinə uyğun olaraq ödəməli idi. Cavabdeh müqavilə şərtlərini pozaraq faiz və əsas borcdan ödəmələrini vaxtında yerinə yetirməmiş və nəticədə xx.xx.2008-ci il tarixinə əsas borcdan 8860 manat əsas, 2112 manat faiz borcu və gecikdirməyə görə hesablanmış 10485,89 manat dəbbə pulu borcu qalmışdır. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 02 aprel 2007-ci il tarixli müqavilə üzrə 8860 manat əsas borc, 2505,63 manat faiz borcu və 4920,21 manat cərimə borcunun, illik 5 % hesablanmış 2854,2 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 19140,04 manat borcun və 20 manat dövlət rüsumunun tutulması, Cavabdeh tutulmalı olan məbləğin, yəni cəmi 19140,04 manat borcun və 20 manat dövlət rüsumunun bank qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh mülkiyyətindəki **-OU-*** dövlət qeydiyyat nişanlı, gümüşü metal rəngli “MERCEDES BENZ 220” minik markalı (ban: VVDBHA22EOSF238725) avtomobilin açıq hərrac vasitəsilə satılması hesabına yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün borcun qalan hissəsinin ümumi qaydada Cavabdeh tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-612/2008 saylı, xx.xx.2008-ci il tarixli qiyabi qətnaməsi ilə “Nikoyl” İKB ilə Cavabdeh arasında bağlanmış 02 aprel 2007-cı il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh “Nikoyl” İKB qarşısında 02 aprel 2007cı il tarixli kredit müqaviləsindən irəli gələn 8860 (səkkiz min səkkiz yüz altımış) manat əsas borc, 2112 (iki min yüz on iki) manat faiz borcu və gecikdirməyə görə hesablanmış 10485,89 (on min dörd yüz səksən beş manat, səksən doqquz qəpik) manat dəbbə pulu borcunun və həmçinin iddianın qaldırılması üçün ödənilmiş 19,80 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması, Cavabdeh tutulacaq məbləğlərin kreditin təminatı kimi ona məxsus olan 1995-ci il buraxılışlı, gümüşü metal rəngli, ban VVDBHA22EOSF238725, mühərrik **********4075 olan, “MERCEDES BENZ 220” minik markalı avtomobilin satılması, satışdan əldə ediləcək məbləğ kifayət etmədikdə cavabdehin digər əmlakı hesabına ödənilməsinə qət edilmişdir. Cavabdeh Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-612/2008 saylı, xx.xx.2008-ci il tarixli qiyabi qətnaməsinin ləğv olunub mülki işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-612/2008 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-612/2008 saylı, xx.xx.2008-ci il tarixli qiyabi qətnaməsi ləğv olunmuşdur. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan A 98/03/07 saylı, 02 aprel 2007-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 18 ay müddətinə, illik faiz dərəcəsi 26% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8860,0 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2007-ci il tarixdən xx.xx.2008-cı il tarixədək İddiaçı ASC-yə 8860 manat kredit borcunu və ona hesablanmış faizləri ödəməli idi. İş materiallarına əlavə olunmuş A 98/03/07 saylı, xx.xx.2007-ci il tarixli “İpoteka müqaviləsi”ndən görünür ki, Cavabdeh tutulacaq məbləğlərin kreditin təminatı kimi ona məxsus olan 1995-ci il buraxılışlı, gümüşü metal rəngli, ban VVDBHA22EOSF238725, mühərrik **********4075 olan, “MERCEDES BENZ 220” minik markalı avtomobil iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir və ipoteka predmeti 12670 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/939 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 146-147-ci vərəqələrində olan 02 aprel 2007-ci il tarixli, A 98/03/07 saylı kredit müqaviləsinin birinci səhifəsində aşağı sağ hissəsindəki imza və sonuncu səhifəsində olan “Borcalan” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 aprel 2007-ci il tarixli, A 98/03/07 saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 26 olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8860 manat məbləğində kredit götürmüşdür. Həmçinin, kreditin təminatı olaraq ona məxsus olan **-OU-*** dövlət qeydiyyat nişanlı, gümüşü metal rəngli “MERCEDES BENZ 220” minik markalı, (ban: VVDBHA22EOSF238725) avtomobil ipoteka ilə yüklü etmişdir. Verilmiş kreditlərin qaytarılmasının təminatı kimi Bank və cavabdeh arasında ipoteka müqaviləsi bağlanılmışdır. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Cavabdeh bu kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan müqavilələr üzrə əsas borca münasibətdə cavabdehdən 4920,21 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, qeyd olunan müqavilələr üzrə cərimə məbləğləri azaldılaraq 02 aprel 2007-ci il tarixli, A 98/03/07 saylı kredit müqaviləsi üzrə 200 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda iddianın 02 aprel 2007-ci il tarixli, A 98/03/07 saylı kredit müqaviləsi üzrə müqavilənin qüvvədə olma müddəti bitəndən sonra 2854,20 manat faiz borcunun cavabdehlərdən tutulmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi cavabdehin iddiaçıya olan pul öhdəliyinin təmin edilməsi ipoteka müqaviləsi ilə nəzərdə tutulsa da, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən əmlakın dövlət qeydiyyatına alınması barədə sənədi əlavə etməmişdir. Odur ki, iddianın həmin hissəsi təmin edilə bilməz, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilə bilməz. Belə ki, Azərbaycan Respublikası MM-nin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Məhkəmə həmçinin iddianın 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 20 manat məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İş materiallarında olan rəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-xəttşünaslıq ekspertizalarının dəyəri 126 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin olunduğundan aparılmış ekspertiza tədqiqatının dəyəri 126 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ**********000003944 SWİFTBİKCTREAZ 22) hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, 02 aprel 2007-ci il tarixli müqaviləsi üzrə 8860,0 manat əsas borc, 2505,63 manat faiz borcu və 200 manat cərimə borcu, illik 5 % hesablanmış 2854,2 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 14419,83 manat borc və 20 manat dövlət rüsumu, cəmi 14439,83 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 212.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 02 aprel 2007-ci il tarixli, A 98/03/07 saylı kredit müqaviləsi üzrə 8860 manat əsas borc, 2505,63 manat faiz borcu və 200 manat cərimə borcu, illik 5 % hesablanmış 2854,2 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 14419,83 manat borc və 20 manat dövlət rüsumu, cəmi 14439,83 manat (on dörd min dörd yüz otuz doqquz manat, səksən üç qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Ekspertiza xərci kimi 126 (yüz iyirmi altı) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ**********000003944, SWİFTBİKCTREAZ 22) hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar