Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2042/2020 21.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı Gözəlova Afaq Adil qızının iştirakı ilə, İddiaçı Gözəlova Afaq Adil qızının Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Gözəlova Bəxtiyar Telman oğluCavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymişmaddizərər görə 3111 (üç min yüz on bir) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, onun əsl iddiaçı Gözəlova Afaq Adil qızı ilə əvəzlənməsini xahiş etmiş, Gözəlova Afaq Adil qızı isə buna etiraz etməmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı əsl iddiaçı Gözəlova Afaq Adil qızı ilə əvəzlənmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN BDYP idarəsinin verdiyi AD 160028 nömrəli “22” fevral 2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən G4NAHW664856 nömrəli mühərrik, 294G3813DJRO88864 nömrəli ban olan ** MV *** dövlət qeydiyyat nişanlı “Hyundai Creta” markalı minik avtomaşın həyat yoldaşı Gözəlova Afaq Adil qızına məxsusdur. Cavabdeh xx.xx.2020-ci il tarixdə, saat 13:20 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və mülki məsuliyyəti məcburi qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqviləsi bağlamadan idarə etdiyi “Volkswagen Passat minik” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri Ş.Mehdiyev küçəsi ilə hərəkət edən zaman qarşısında hərəkətdə olan və onun tərəfindən idarə olunan “Hyundai Creta” markalı Az ** MV *** dövlət nömrə nişanlı avtomobilə dəyərək idarəetməni itirmiş və nəticədə onun tərəfindən idarə olunan avtomobilə ziyan vumuşdur. Bu barədə Bakı şəhər DYPİ YNH baş inspektoru X1 tərəfindən xx.xx.2020-ci il tarixli, İXP ******* saylı Azərbaycan Respublikasının İXM-nin 327.1, 469.3 və 332.4-cü maddələri ıilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yoİ-hərəkətl hadisəsinə səbəb olan inzibati xətanı törətmiş Cavabdeh təqsiri Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 3(004)-784/2020 nömrəli xx.xx.2020-ci il tarixli qəraqrı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir . Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Baş Polis İdarəsi Dövlət X3 göndərilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşınına bagajın qapısı əzilmiş, arxa buferin alt hissəsi və arxa buferin gücləndirici deformasiya uğraası, arxa buferin sol qaytarıcıslnda cat olmuşdur. “Auto Azərbaycan” şirkəti ekspertinin xx xxxxxx 2020-ci il tarixli rəyinə əsasən ona məxsus avtomaşın yol-nəqliyyat hadisəsi nəticəsində qiymətinin 7 (yeddi) % miqdarında əmtəəlik görünüşünü itirmişdir, buda ekspertin rəyinə əsasən 3061 (üç min altmış bir) manat təşkil edir. Ekspertizanın keçirilməsinə və ekspert rəyinin hazırlanmasına tərəfindən 50 (əlli) manat vəsait ödənilmişdir. Vurulmuş ziyanın ümumi miqdarı 3111 (üç min yüz on bir) manat təşkil edir. Məhkəmə iclasında iddiaçı Gözəlova Afaq Adil qızı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olumasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 784/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. İşmateriallarındaolan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-784/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə, saat 13:20 radəiərində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və mülki məsuiiyyəti məcburi qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqviləsi bağlamadan idarə etdiyi “Volkswagen Passat minik” markalı, Az ** TS *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri Ş.Mehdiyev küçəsi ilə hərəkət edən zaman qarşısında hərəkətdə olan “Hyundai Creed“ markalı ** MV *** dövlət nömrə nişanlı avtomobil qarşısındakı avtomobilə dəydiyi üçün Cavabdeh idarəetməni itirərək həmin avtomobilə dəymiş və nəticədə digər avtomaşınlara ziyan dəymişdir. Bu barədə Bakı şəhər DYPİ YNH baş inspektoru X1 tərəfindən xx.xx.2020-ci il tarixli, İXP ******* saylı Azərbaycan Respublikasının İXM-nin 327.1, 469.3 və 332.4-cü maddəiəri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşmateriallarındaolan “Auto Azərbaycan” şirkəti tərəfindən tırtib edilmiş AA040048 nömrəli xx.xx.2020-ci il tarixli aktdan görünür ki, “Hyundai Creed“ markalı ** MV *** dövlət nömrə nişanlı avtomobilin ehtiyyat hissələri və təmiri üçün 3061 manat tələb olunur. İşmateriallarındaolan “Auto Azərbaycan” şirkətinə ekspertizanın keçirilməsinə və ekspert rəyinin hazırlanması üçün iddiaçı tərəfindən 50 (əlli) manat vəsait ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin müəyyən olunmuş və tərəflərin mübahisələndirmədiyi halları ondan ibarətdir ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu sübuta yetirildiyindən (yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarda var) həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddia tələbindən göründüyü kimi, iddiaçı yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin, yəni cavabdeh tərəfindən həmin avtomobildə onun tərəfindən aparılmış təmir işlərinin qüsurlu olmasını və avtomobilin əvvəlki vəziyyətinə gətirilməsi üçün əlavə görülməli işlərə görə vəsaitin ödənilməsini tələb edir və həmin zərərin həcmini 3061 manat məbləğində qiymətləndirir. Habelə zərərin qiymətləndirilməsi üçün ekspertizanın keçirilməsinə və ekspert rəyinin hazırlanması üçün iddiaçı tərəfindən 50 (əlli) manat ödənilmişdir. İddiaçının tutulmalı zərərin həcminin məhz qeyd olunan məbləğdə olması ilə bağlı təqdim etdiyi sübutları “Auto Azərbaycan” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin həcmi kimi qüsur aktı əsas götürülməli və müvafiq olaraq iddia tələbi həmin hissədə təmin olunmaqla iddiaçıya məxsus “Hyundai Creed“ markalı ** MV ***dövlət nömrə nişanlı avtomobilə dəyən zərərin əvəzi kimi 3061manat Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin mülki işin materiallarından görünüdüyü kimi iddiaçı dəymiş zərərin həcminin müəyyən edilməsi ilə bağlı müraciəti əsasında Auto Azərbaycan” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktı tərtib edilmişdir. Hımin qüsur aktının tərtib edilməsi məqsədi ilə iddiaçı tərəfindən 50 (əlli) manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli Cavabdeh dəymiş maddi zərər görə 3111 (üç min yüz on bir) manat alınaraq iddiaçı Gözəlova Afaq Adil qızına ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərər görə 3111 (üç min yüz on bir) manat alınaraq iddiaçı Gözəlova Afaq Adil qızına verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2042/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2042/2020
21.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver