Məhkəmə qərarları › İş №2(003)-2052/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2052/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2052/2025 17.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, İşin halları İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü-cü il tarixli kredit müqaviləsi üzrə 19438,66 AZN əsas borc, 2403,85 AZN faiz borcu və 370,93 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 22213,44 AZN məbləğində borcun və 156,64 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Abdullayev Cavanşir Ruhulla oğluna 120 ay müddətinə 100000 manat kredit limiti ayrılmışdır. Abdullayev Cavanşir Ruhulla oğlu xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən “Yelo Bank" ASC-dən illik 18 faizlə 24 ay müddətinə 30000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli, Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə xx.xx.2023cü il tarixli əlavə sazişə əsasən Cavabdeh1 tərəfindən verilən zaminlik əlavə edilmişdir. 2024-cü il dekabrın 16-dək Abdullayev Cavanşir Ruhulla oğlunun banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 19438.66 AZN əsas borcu, 2403.85 AZN faiz borcu, 1483.7 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 23326.21 AZN borcu vardır. Abdullayev Cavanşir Ruhulla oğlunun xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1483.7 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 370.93 AZN məbləğində tələb olunur və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 370.93 AZN məbləğində tələb olunur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2280/2025 saylı qərardadına əsasən müəyyən olunmuşdur ki, Abdullayev Cavanşir Ruhulla oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Elektron notariat informasiya sistemi vasitəsi ilə əsas borclu Abdullayev Cavanşir Ruhulla oğlu üçün vərəsəlik işinin açılıb-açılmaması yoxlanılmamış və həmin sistemdən əldə edilmiş çıxarışa əsasən vərəsəlik işinin açılmadığı müəyyənləşdirilmişdir. Proses iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş lakin İddiaçı ASC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlərlər məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə etirazın dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazı daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Abdullayev Cavanşir Ruhulla oğluna 120 ay müddətinə 100000 manat kredit limiti ayrılmışdır. Abdullayev Cavanşir Ruhulla oğlu xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən “Yelo Bank" ASC-dən illik 18 faizlə 24 ay müddətinə 30000,0 manat kredit götürmüşdür. Zaminlik müqavilələrindən aydın olur ki, Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli, Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrəsasında zamin qismində borcalanın öhdəlikləri üzrə məsuliyyəti öz üzərinə götürmüşdürlər. Maliyyə arayışından görünür ki, Abdullayev Cavanşir Ruhulla oğlunun banka 19438,66 manat əsas, 2403,85 manat faiz, 370,93 manat cərimə olmaqla, ümumilikdə cəmi 22213,44 manat borcu vardır. İddiaçı ASC tərəfindən Abdullayev Cavanşir Ruhulla oğlu, Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 156,64 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Maddə 739. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 470.1-ci zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.2-ci əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8.1.2. məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Abdullayev Cavanşir Ruhulla oğluna 120 ay müddətinə 100000 manat kredit limiti ayrılmışdır. Abdullayev Cavanşir Ruhulla oğlu xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən “Yelo Bank" ASC-dən illik 18 faizlə 24 ay müddətinə 30000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli, Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə xx.xx.2023-cü il tarixli əlavə sazişə əsasən Cavabdeh1 tərəfindən verilən zaminlik əlavə edilmişdir. Həmin razılaşmaya əsasən cavabdeh Abdullayev Cavanşir Ruhulla oğlu kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka borcu yaranmışdır. Abdullayev Cavanşir Ruhulla oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Elektron notariat informasiya sistemi vasitəsi ilə əsas borclu Abdullayev Cavanşir Ruhulla oğlu üçün vərəsəlik işinin açılıb-açılmaması yoxlanılmamış və həmin sistemdən əldə edilmiş çıxarışa əsasən vərəsəlik işinin açılmadığı müəyyənləşdirilmişdir. İddiaçı hazırkı iddia ilə əlaqədar 156,64 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin və cərimənin ödənilməsini tələb etmək hüququ vardır. Belə ki, borcalan vəfat etsə və verisəllik açılmasa belə, bu hal bankın zaminə qarşı tələblər irəli sürməsinə hüquqi cəhətdən əngəl yaratmır. Bank, əsas borc ödənilmədiyi halda, zaminə qarşı borcun ödənilməsi barədə iddia qaldıra bilər. Çünki zamin vərəsənin varlığından asılı olmayaraq öz öhdəliyini daşıyır. Məhkəmə eyni zamanda digər Cavabdeh1 və Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdeh Abdullayev Cavanşir Ruhulla oğlunun kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, zamin borcalanın borcunu icra etmədiyi halda məsuliyyət daşıyır. Hətta borcalan vəfat etsə də, onun borcu varislərə keçir (verisəllik açıldıqda), lakin zaminin məsuliyyəti borcalanın fiziki şəxs kimi həyatda olubolmamasından asılı deyil. Cavabdeh borcalanın vəfat etməsi, lakin varislik işinin açılmaması, bankın zaminlərə qarşı tələbinə hüquqi maneə yaratmadığından, zaminlərin məsuliyyət daşıması hüquqi əsaslara uyğundur. Məhkəmənin iddianı təmin etməsi Mülki Məcəllənin müvafiq müddəalarına, zaminlik müqaviləsinin mahiyyətinə və kreditor hüquqlarının müdafiəsi prinsipinə uyğun olaraq əsaslandırılmış hesab edilir. Məhkəmə hesab edir ki, cavabdeh kredit razılaşması əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən razılaşma əsasında kredit məbləğini, həmin razılaşma ilə müəyyən edilmiş faizləri və cərimələri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsait(lər)ini və həmin kredit(lər)dən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda, iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. 370,93 cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 40,0 manat cərimə tutulmalıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh Abdullayev Cavanşir Ruhulla oğlu xx.xx.2023-cü-cü il tarixli Razılaşma üzrə üzrə iddiaçı "xxxx" ASC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Həmçinin digər cavabdeh(lər) Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü-cü il tarixli, Razılaşma üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan cavabdehin pul vəsaitini qaytarmaqla bağlı öhdəliyi üzər(lər)inə götürmüşdür(lər). Buna görə də cavabdeh zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, digər cavabdeh(lər) Cavabdeh1 və Cavabdeh2, cavabdeh Abdullayev Cavanşir Ruhulla oğlu birlikdə iş üzrə iddiaçı "xxxx" ASC qarşısında birgə məsuliyyət daşıyır(lar). Məhkəmə həmçinin iddianın 156,64 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlərin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 156,64 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC-nin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19438,66 manat əsas borc, 2403,85 manat faiz borcu, 40,0 manat cərimə borcu, 156,64 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 22039,15 manat pul tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19438,66 manat əsas borc, 2403,85 manat faiz borcu, 40,0 manat cərimə borcu, 156,64 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 22039,15 (iyirmi iki min otuz doqquz manat, on beş qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar