Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2055/2023 05.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 5883,90 manat məbləğində zərərin, hüquqi yardım üçün nəzərdə tutulmuş 300 manat və iddiaçı tərəfindən ödənilmiş 81.84 manat məbləğində dövlət rüsumunun ümumilikdə isə 6265.74 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ501BAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində T/16530 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı X2 Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbil qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən oaz xəttinə özbaşına qoşulmaqla onun təbil qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbil qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbil X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, xx.xx.2016-cı il tarixli 090919 saylı akt əsasında 283,30 manat, xx.xx.2016-cı il tarixli 080799 saylı akt əsasında 276,50 manat, xx.xx.2016cı il tarixli ******* saylı akt əsasında 172,80 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 236,10 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 36,60 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 294,80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 432,60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 161 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 407,80 manat, xx.xx.2017-ci İl tarixli ******* saylı akt əsasında 277,40 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 85,20 manat, xx.xx.2017-ci İİ tarixli ******* saylı akt əsasında 105,60 manat, xx.xx.2017-ci İl tarixli ******* saylı akt əsasında 137,20 manat, xx.xx.2018-ci i tarixli ******* saylı akt əsasında 736,20 manat, cəmi 3643,10 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Bundan əlavə olaraq cavabdehin təbii qazdan istifadə ilə əlaqədar İddiaçı İB-nə 2240,80 manat borcu qalmışdır. Beləliklə, cavabdehin İddiaçınə ümumilikdə 5883,90 manat borcu qalmaqdadır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək göstərmişdir ki, hazırda qeyd olunan ünvanda ümumi həyətdə qardaşı oğlunun ailəsi ilə birlikdə yaşayır. Sayğac quraşdırılsa da, onlar sayğacdan istifadə etməmişlər və qaz olmamışdır. Daha sonra dəfələrlə sayğac dəyişdirilmiş və Cavabdeh sayğacın onun adına qeyd olunduğundan xəbərsiz olmuşdur. 2016-cı ilin yanvar ayında qardaşı oğlu sayğacdan kənar qaz istifadə etmişdir, lakin Azəriqaz İB-in əməkdaşları bunu aşkar etdikdən sonra qanunsuz qaz xəttini ləğv etdikdən sonra bir daha kənar xətdən istifadə olunmamışdır. İddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı İddiaçı İstehsalat Biriliyinin Bakı X2 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan paylayıcı İddiaçı İstehsalat Biriliyinin Bakı X2 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 090919 saylı akt əsasında 283,30 manat, xx.xx.2016-cı il tarixli 080799 saylı akt əsasında 276,50 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 236,10 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 36,60 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 294,80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 432,60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 161 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 407,80 manat, xx.xx.2017-ci İl tarixli ******* saylı akt əsasında 277,40 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 85,20 manat, xx.xx.2017-ci İİ tarixli ******* saylı akt əsasında 105,60 manat, xx.xx.2017-ci İl tarixli ******* saylı akt əsasında 137,20 manat, xx.xx.2018-ci i tarixli ******* saylı akt əsasında 736,20 manat, cəmi 3643,10 manat məbləğində itirlmiş təbii qazın qeyri-qanuni istifadəsi nəticəsində borc hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentin təbii qazdan istifadə ilə əlaqədar İddiaçı İB-nə aktlar üzrə 3643,10 manat, əlavə olaraq 2240,80 manat olmaqla, cəmi 5883,90 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış müqaviləyə əsasən İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı X2 Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Smart G-4T markalı 1202AQ**********7 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmanın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Qeyriqanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş faktlar aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2016-ci il tarixli 090919 saylı akt əsasında 283.30 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmçinin məhkəmədə cavabdeh etiraf etdi ki, 2016-cı ilin yanvar ayında Cavabdeh ailə üzvləri tərəfindən sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilmişdir. Məhkəmə qeyd edilənləri və cavabdeh tərəfin 090919 nömrəli xx.xx.2016-cı il tarixli aktla istehlak olunmuş qaza görə 283,30 manat borcu qəbul etməsini cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən sübut kimi qəbul etməklə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, cavabadeh tərəf həmin hissədə iddia tələbini etiraf etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən etiraf edilən akt istisna olmaqla digər aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar (xx.xx.2016-cu il tarixli 080799 saylı, xx.xx.2026-ci il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı , xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı , xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı) əsasında tirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar (xx.xx.2016-cu il tarixli 080799 saylı, xx.xx.2026-ci il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı , xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı , xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı) üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehin hərəkəti nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olan, 283,30 manat cavabdehdən alınıb iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə 81.84 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə iddia tələbinin ödənilmiş 81,84 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 40,92 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 40,92 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 283,30 (iki yüz səksən üç manat otuz qəpik) manat borcu və 40,92 (qırx manat doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu, cəmi 324,22 (üç yüz iyirmi dörd manat iyirmi iki qəpik) manat tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 81,84 manat məbləğində dövlət rüsumunun qalan 40,92 manatı İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2055/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2055/2023
05.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver