Məhkəmə qərarları › İş №2(003)-2085/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2085/2023

18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2085/2023 18.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5, cavabdeh X15 (Salami oğlu), X1 iştirakları ilə, İddiaçı cavabdeh X18 (Salami oğlu) qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X18 (Salami oğlu) qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 600 manat olmaqla, cəmi 1200 manat sabit pul məbləğində alimentin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi S.C.Zeynalova iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, o, iddiaçının anasıdır. İddiaçı cavabdeh Nigeriya vətəndaşı olan X21 ilə 2010-cu ildə Nigeriya Federal Respublikasında X22 Qeydiyyatı kitabında S676/2010 saylı şəhadətnamədə qeydə alınmaqla nikaha daxil olmuşlar. Həmin nikahdan xx.xx.2010-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 dünyaya gəlmişlər. Baki şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)- 744/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək nikahları pozulmuş, uşaqların analarının yanında qalmaları və onların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin, 2023-cü ildən etibarən ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Hazırda uşaqların saxlanması üçün əlavə vəsaitə ehtiyac vardır. Təyin olunmuş alimentin məbləği uşaqların ən minimum tələbatlarını belə təmin etmir. Hal-hazırda cavabdeh uşaqların maddi ehtiyaclarını ödəməsi üçün maddi imkan və gəlirləri kifayət qədər yaxşıdır. Belə ki, o, fərdi qaydada repetitorluq edərək İçərişəhər ərazisində ingilis dili hazırlığı üzrə kurs açmışdır. İddiaçı ilə cavabdehin nikahları pozulmamışdan əvvəl iddiaçı da orada müəllim kimi işləyirdi. Bu səbəbdən cavabdehin maddi vəziyyətinin yaxşı olmasını bilir. Cavabdehin gəlirləri hər ay təxminən 5-6 min manat təşkil edir. Eyni zamanda, hər 6 aydan bir Nigeriyaya gedir və yol xərcləri 1000-1500 ABŞ dolları təşkil edir. İddiaçı ilə cavabdehin nikahı pozulduqdan sonra iddiaçı 4 xarici dil bilməsinə baxmayaraq cavabdeh onu həmin kursdakı işdən uzaqlaşdırdı və iddiaçı öz ixtisası üzrə iş tapa bilmədi. Bu səbəbdən o, öz ixtisası üzrə işləmək və uşaqlara baxmaq üçün Türkiyəyə gedərək orada işləməyə başladı. Ailənin ehtiyaclarını ödəmək və uşaqların yüksək səviyyədə təhsil alması üçün 350 manat aliment kifayət etmədiyindən hazırda alimentin artırılmasına zərurət yaranmışdır. Məhkəmə iclasında cavabdeh A.O.Ajıbola iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçı ilə 2010-cu ildə Nigeriya Federal Respublikasında X22 Qeydiyyatı kitabında S676/2010 saylı şəhadətnamədə qeydə alınmaqla nikaha daxil olmuşlar. Həmin nikahdan xx.xx.2010-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 dünyaya gəlmişlər. Baki şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)- 744/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək nikahları pozulmuş, uşaqların analarının yanında qalmaları və onların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. O, məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılması ilə qismən razıdır, lakin alimentin məbləğinin iddia tələbində qeyd edilən məbləğdə olması ilə razılaşmır. Həmin məbləğdə alimenti ödəməyə maddi cəhətdən çətinlik çəkəcəkdir. O, rəsmi olaraq heç bir yerdə işləmir. İddiaçının onun aylıq gəliri barədə dedikləri tamamilə uydurmadır. Aylıq gəlirləri daimi deyildir. O, uşaqların hər birinə 220 manat məbləğində alimenti ödəməyə razıdır. Məhkəmə, iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-744/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilməklə İddiaçı ilə Cavabdeh arasında Nigeriya Federal Respublikasında, X22 Qeydiyyatın kitabında 23 oktyabr 2010cu il tarixli S676/2010 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X20 Olajide və xx.xx.2014-cü il təvəllüdlü X19 Olajidenin nikah pozulduqdan sonra anası İddiaçı yanında saxlanılmaları, xx.xx.2010-cu il təvəllüdlü X20 Olajide və xx.xx.2014-cü il təvəllüdlü X19 Olajidenin yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. -Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 420662 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 149 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Zeynalova soyadı verilmişdir. -Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh mediasiya prosesində iştirak etmiş, lakin tərəflər prosesin davam etdirilməsinə razılıq verməmişlər. İlkin mediasiya sessiyası üçün 60 manat ödənilmişdir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və sair dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə iddiaçı tərəfə cavabdehin digər gəlirlərinin olub-olmaması ilə əlaqədar əlavə sübutlar təqdim etməyi təklif etsə də, iddiaçı tərəf bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Lakin buna baxmayaraq göstərilən hal, cavabdehin övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan ananın yanında saxlanılan uşaqların gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və s. dəyişməsini, uşaqların böyüməkdə davam etməklə hər keçən müddətdə onların müvafiq olaraq tələbatlarının da artmasını, eləcə də ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə birgə nikahdan olan xx.xx.2010-ci il təvəllüdlü X3 və xx.xx.2014-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək oldquda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 90 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 1080 manat (90x12=1080) müəyyən edildiyindən «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən cavabdehdən dövlət mədaxilinə 30,8 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-744/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmaqla hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2010-ci il təvəllüdlü X3 və xx.xx.2014-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X16 (Salami oğlu) İddiaçı xeyrinə hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Cavabdeh X16 (Salami oğlu) 30,8 (otuz manat, səksən qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi tarixdən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar