Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2087/2020 15.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdehiştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayonməhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc kimi 10.800 (on min səkkiz yüz) manat məbləğində və əldən çıxmış fayda kimi 1.620 ( min altı yüz iyirmi) manat cəmi 12.420 (on iki min dör yüz iyirmi) manat məbləğində pulun ödənilmiş 30 manat dövlət rüsumunun tutulub onun xeyrinə alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2017-ci il tarixdə Suraxanı Rayon, Qaraçuxur qəsəbəsi, mədən küçəsində qonşuları ilə ayda bir dəfə hər biri bir nəfərə 50 manat verirdilər. Çünki imkanları aşağı olduğundan həmin məbləğ 2.000 manat edirdi ki, müəyyən problemlərini həll edirdilər. 1-ci və 2-ci yeri Cavabdeh iki dəfə 4000 (dörd min) manat götürmüş. sonrakı aylarda pul verməmişdir. Cavabdeh onların səmimi münasibətlərindən istifadə edərək, onları aldadaraq müxtəlif üsullarla dələduzluq edərək hər birindən pul alaraq onları aldatmışdır. Sonradan Cavabdeh pulları qaytaracaq desə də, qaytarmamışdır. Bir müddət keçəndən sonra Cavabdeh telefonuna nə qədər zəng etsələr də, telefonu açmamışdır. Bir müddət sonra cavabdehin telefonu ümumiyyətlə bağlanmışdır. Sonradan həmin pulları o, bankdan faizə pul götürüb qaytarmışdır. Onun 10800 pul borcu yaranmışdır. Həmən borcu xx xxxx 2019cu ilə qədər ödəmişdir. Bütün qonşular bunun şahididir. Cavabdeh onlara qarşı dələduzluq edib. Cavabdeh aldadaraq aldığı pul 10800 manat təşkil edir. Cavabdeh 10800 manat pulu imza edib qaytaracağına söz versə də, ancaq verdiyi sözə əməl etməmişdir. Buna görə də, onun cavabdehə verdiyi 10.800 (on min səkkiz yüz) manat məbləğində pul məhkəmə qərarı əsasında cavabdehdən alınıb ona ödənilməlidir. Odur ki, həmin pulların cavabdehdən alınması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Eləcə də, Cavabdeh 2017-cı il 30 iyun ayından başlayaraq pulları qanunsuz olaraq özündə saxlamış və ondan faydalanmışdır. Cavabdehdən 10.800 manat məbləğində əsas borcundan əlavə olaraq qanunsuz olaraq pullarını özündə saxlayıb faydalandığına görə 2017-ci il iyun ayından başlayaraq 3 il üçün əldən çıxmış fayda (qazanc) kimi faizlərini də tələb edir. Belə hesab edir ki, 10.800 manat məbləğində pulu Cavabdeh xx xxxx 2017-ci il tarixindən qanunsuz olaraq özündə saxlayıb, 3 il müddətində ondan faydalandığına görə həmin hər il üçün 5 % hesabı ilə 3 il üçün (10.800:100 x 5% x 3il) cəmi 1620 manat məbləğində faizə görə pul ödəməlidir. Qeyd olunanlara əsasən, Cavabdeh əsas borc kimi 10.800 manat məbləğində və əldən çıxmış fayda kimi 1.620 manat cəmi 12.420 manat məbləğində pulun ödənilmiş 30 manat dövlət rüsumunun tutulub onun xeyrinə alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya borcu yoxdur. İddiaçının qızı onun keçmiş həyat yoldaşı olduğuna görə, iddiaçı qərəzli olaraq onu məhkəməyə verib. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X4 ifadəsində bildirmişdir ki, o, iddiaçı ilə bir yerdə işləmişdir. Cavabdehi keçmiş qaynanası olan iddiaçının yanına gedibgələndə görmüşdür. Onlar, o, iddiaçı, cavabdeh və on nəfər lotereya oynamışlar. İddiaçı onların yanında 3500 manat pulu götürüb cavabdehə vermişdir. Digər şahid X2 ifadəsində bildirmişdir ki, iddiaçı ilə eyni firmada işləmiş, bir yerdə lotereya oynamışlar. Cavabdehə birinci nömrə vermişlər. İddiaçı onların yanında pulu cavabdehə verib. Cavabdeh iddiaçının qızının həyat yoldaşı idi. Onlar bir il lotereya oynamışlar, bu müddət ərzində cavabdehin yerinə aylıq pulu iddiaçı vermişdir. Digər şahid X1 ifadəsində bildirmişdir ki, iddiaçı ilə bir yerdə işləmişdir. O, digər şahidlərin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şahid ifadələrini, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərəkhesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən İddiaçı iddiasını onunla Cavabdeh arasında razılaşma əsasında ona pul vəsaitinin verilməsi, cavabdehin isə həmin pulu qaytarmağı öhdəsinə götürməsi, cavabdehin göstərilən öhdəliyi icra etməyərək hal-hazıradək pulu ona qaytarmaması ilə əsaslandırmış, lakin iddia tələbinin əsası kimi istinad etdiyi yuxarıda göstərilən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də həmin halları məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçının dəlilini yalnız məhkəmə iclasında şahid qismində dindirilmiş iş yoldaşları təsdiq etmiş, lakin məhkəmə işin tədqiq olunan halları ilə uyğunlaşmayan, iddiaçının maraq və mənafeyinə uyğun verilən şahid ifadəsini inandırıcı saymamışdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.maddəsinə müvafiq olaraq belə nəticəyə gəlmişdir ki,iddiaçıöz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia tələbi əsassız hesab olunaraq rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı Cavabdeh qarşı pul məbləğinin tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2087/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2087/2020
15.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver