Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2104/2020 27.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu - iddiaçı BOKT “xxxxxxxx” MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT “xxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2016-cı il tarixli, LD********** nömrəli kredit müqaviləsi üzrə 249,07 əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq BOKT “xxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, X4 Təşkilatı “X5” X3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 15 ay müddətinə xx.xx.2018-ci il tarixə aylıq qalıq borcunun 0% dərəcəsinin tətbiq eməklə 847,08 manat məbləğində kredit verilmişdir. X4 Təşkilatı “X5” X1 kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri X4 Təşkilatı İddiaçınə satılmışdır. Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış fazilərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövrü olaraq ödənilməli olduğu kreditin və kredit fazinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımı qaydada icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdehlər tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddiatəmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli, LD/16295/00111 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə borc verən BOKT “X5” MMC ilə borcalan Cavabdeh1 arasında borcalana istehlak məqsədi ilə 847,08 manatın verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan BOKT “X5” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli LD/16295/00111 nömrəli zaminlik müqaviləsindən görünür ki, BOKT “X5” MMC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliklərinin icrası ilə bağlı bank qarşısında borclu ilə birgə öhdəlik götürmüşlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 BOKT “xxxxxxxx” MMC-yə 249,07 manat əsas borcu vardır. İş materiallarında olan bildirişlərin və xəbərnamələrin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi barədə xəbərdar edilmişlər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli hüquqların və tələblərin güzəşti haqqında bildirşdən görünür ki, Cavabdeh1 ilə “X5” X3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə tələb hüququ BOKT “xxxxxxxx” MMC-yə keçmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Eyni zamanda zaminlik müqavilələrinə əsasən zaminlər qeyd edilən müqavilə üzrə borcalan tərəfindən öhdəliklərin icrasının pozulacağı təqdirdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımaqları öhdələrinə götürmüşlər. Həmçinin məhkəmə müəyyən etdi ki, Cavabdeh1 ilə “X5” X3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə tələb hüququ BOKT “xxxxxxxx” MMC-yə keçmişdir. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 194, 195, 425, 427, 439, 442, 448, 739, 470 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehlərdən birgə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2016-cı il tarixli, LD/16295/00111 nömrəli kredit müqaviləsi üzrə 249,07 manat, həmçinin ödənilmiş 20 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı BOKT “xxxxxxxx” MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2016-cı il tarixli, LD/16295/00111 nömrəli kredit müqaviləsi üzrə 249,07 manat və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, cəmi 269,07 (iki yüz altmış doqquz manat 07 qəpik) manat tutularaq iddiaçı BOKT “xxxxxxxx” MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2104/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2104/2020
27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver