Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2109/2019 22.07.2019 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinədair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh arasinda bağlanmış xx xxxx 2017-ci il tarixli Borc Müqaviləsinə əsasən cavabdeh ondan 32.100,0 manat məbləğində pul almışdır. Bu məbləği Cavabdeh 3 ay ərzində ona ödəyəcəyini və xx xxxxxxx 2017-ci il tarixədək bütün borcu ödəyəcəyini öhdəsinə götürmüşdür. Hətta, bu müqavilədə Azərbaycan manatının devalvasiyaya uğrayacağı təqdirdə məbləğin indeksləşdiriləcəyi də qeyd edilmişdir. X3 üzrə borc olaraq verdiyi 32.100 manat pulun ödənilməsini cavabdehdən dəfələrlə tələb etməsinə baxmayaraq, sonuncu hal-hazıradək borcunu ödəməmişdir. Borcunu ödəmək üçün Cavabdeh özünə məxsus əmək haqqı kartını İddiaçıya verərək, hər ay aldığı məvacibi götürməyi və bu yolla borcunu qaytara biləcəyini bildirmiş, lakin növbəti ay müvafıq Banka müraciət edərək kartın itməsini bildirmiş, nəticədə ona verdiyi əmək haqqı kartı bloklaşdırılaraq, sonuncunun oradan hər hansı vəsaitin götürülməsi mümkünsüz olmuşdur. Bu yolla cavabdeh iki dəfə özünə məxsus əmək haqqı kartını İddiaçıya vermiş, lakin hər dəfə kartının guya ki, itməsini bildirərək, iddiaçıya verdiyi kartı qəsdən yararsız hala saldırmışdır. Cavabdeh hər dəfə borc götürdüyü məbləği qaytarağına söz vermiş, lakin nəticədə 32.100,0 manat borcunu ona ödəməmişdir. Bu səbəbdən o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh xx xxxx 2017-ci il tarixli Borc Müqaviləsi üzrə 32.100 manat pulun, həmin məbləğin ödənilməsini gecikdirdiyinə görə 3210 manat faiz məbləğinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Cavabdeh 32.100,0 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək ona uyğun izahat verdi, iddianın təmin olumasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, o, arvadının əmliyyatı üçün iddiaçıdan xx xxxx 2017-ci il tarixdə könüllü razılıq əsasında bağlanmış borc müqaviləsi əsasında 32.100,0 manat məbləğində pul almışdır. 32.100,0 manat borcdan hissə-hissə 10000 manat, 4200 manat, 7000 manat olmaqla ümumilikdə 22.000 manat məbləğində ödəniş etmişdir. Əmək haqqı kartını da iddiaçıya verdiyini bildirmişdir. Ona görə də iddia tələbinin qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2017-ci il tarixli yazılı razılaşmadan (izahatdan) görünür ki, İddiaçı oğlu Cavabdeh 3 (üç) ay müddətində qaytarmaq şərti ilə 32000,0 manat məbləğində pul vermişdir. 04 oktyabr tarixinədək bütün borc bağlanacaq. (Əgər məbləğin 80%-i ödənilsə həmin tarixə qalan məbləği 2 ay möhlət verməklə ödəyəcək. Həmin dövrdə manatın məzənnəsi devalivasiya olduqda həmin məbləğin dolların qiymət artımına uyğun olaraq indeksləşdiriləcək. əgər manat dolların qarşısında yüksəlsə əksinə indeksləşəcək. Bugünki, 04 iyul tarixə dolların məzənnəsi 1,70 manatdır qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası “xxxxxx” ASC tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh “xxxxxx” ASC-nin Xəzər rayon X2 yanında aparatda metrologiya üzrə mühəndis vəzifəsində işləyir və əmək haqqısı 495,0 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən 30,0 (otuz) manat rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4).Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. (maddə 191.3) Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx xxxx 2017-ci il tarixli Borc Müqaviləsinə (yazılı razılaşmaya) əsasən cavabdeh ondan 32.100,0 manat məbləğində pul almışdır. Bu məbləği Cavabdeh 3 ay ərzində ona ödəyəcəyini və xx xxxxxxx 2017-ci il tarixədək bütün borcu ödəyəcəyini öhdəsinə götürmüşdür. Hətta, bu müqavilədə Azərbaycan manatının devalvasiyaya uğrayacağı təqdirdə məbləğin indeksləşdiriləcəyi də qeyd edilmişdir. X3 üzrə borc olaraq verdiyi 32.100,0 manat pulun ödənilməsini cavabdehdən dəfələrlə tələb etməsinə baxmayaraq, sonuncu hal-hazıradək borcunu ödəməmişdir. Cavabdeh izahatında borc müqaviləsi üzrə hissə-hissə ödəniş etdiyini bildirsə də, etdiyi ödənişlərə dair heç bir hüquqi sənəd və ya qəbz təqdim etməmişdir.Yaranmış borcu ödəməsi cavabdehə təklif edilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, avabdeh izahatında borc müqaviləsi üzrə hissə-hissə ödəniş etdiyini bildirsə də, aralarında olan öhdəliklərin icrası qaydasında iddiaçıya hər hansı məbləğdə pulu geri qaytarmasına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması iləəlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən 30,0 (otuz) manat rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Cavabdeh xx xxxx 2017-ci il tarixli borc müqaviləsi üzrə 32.100,0 manat və ödənilmiş 30,0 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx xxxx 2017-ci il tarixli borc müqaviləsi üzrə 32.100,0 manat və ödənilmiş 30,0 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2109/2019
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2109/2019
22.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver