Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2110/2023 14.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1, Maraqlı şəxs 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qismən ödənilmiş hesab olunması və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 30 sentyabr 2017-ci il tarixli, 3M-412 Reyestr nömrəli kredit müqaviləsi üzrə 12500 manat borcdan 12000 manat borcun qaytarılmış hesab edilməsi və icra qeydi icra edilməməli hesab olduğundan 20 avqust 2021-ci il tarixli, 8İ-23857 reyestr nömrəli icra qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 30 sentyabr 2017-ci il tarixli, 3M-412 Reyestr nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 12500 manat borc pul almışdır. İddiaçı borcu hissə-hissə ödənilməsi ilə bağlı Cavabdeh ilə razılığa gəlmiş və ümumilikdə cavabdehə 12000 manat pulu hissə-hissə ödəmişdir. Lakin, Cavabdeh aldığı pulları etiraf etmir va iddiaçıdan 1000 manat pul tələb edir. 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi 20 avqust 2021ci il tarixdə vaxtında ödənilməmiş 12500 manat pulun İddiaçı tutularaq Cavabdeh verilməsi barədə Sabunçu rayon İcra Şöbəsinə 8İ-23857 reyestr nömrəli icra qeydi göndərmişdir. İddiaçı himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, həyat yoldaşının xəstə olmasını nəzərə alaraq borcun qalan hissəsini hissə-hissə (hər ay 150-200 manat civarında) ödəyə biləcəyi cavabdehə bildirilmişdir. İddiaçı öhdəliyin şərtlərinə uyğun olaraq 12000 manat ödəniş etmiş, lakin cavabdeh X1 1000 manat pul tələb edir. Digər tərəfdən müqavilənin iştirakçıları borcun faizlərlə verilməsini şərtləndirməmişlər. İddiaçının 500 manat borcu qaldığı halda, cavabdeh 1000 manat pul tələb edir. İşdə olan sübutlardan aydın olur ki, notarius tərəfindən borcun mübahisəsiz olduğu araşdırılmamışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilnələri müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, Cavabdeh ümumilikdə 28500 manat borc pul götürmüş, lakin həmin vəsaitin cəmi 12500 manat hissəsini cavabdehlə rəsmiləşdirmiş, qalan hissəsini isə cavabdehin qohumu Samir Əliyevlə rəsmiləşdirmişdir. Cavabdehlə aralarında bağlanmış 12500 manat vəsaitə dair müqavilə üzrə ödənişlərini etmiş və həmin müqavilə üzrə cəmi 500 manat borcu qalmışdır. Bu barədə qəbzləri də təqdim edir. Həmin müqavilə üzrə ödənişlər icra qeydi verildikdən sonra həyata keçirilmişdir. Hesab edir ki, cavabdehlə aralarında olan müqavilə üzrə ödədiyi 12000 manat ödəniş nəzərə alınmalı, həmçinin icra qeydi düzgün verilmədiyindən ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq bildirdi ki, İddiaçı cavabdehdən ümumilikdə 28500 manat borc almış və həmin vəsaitin 12500 manat hissəsinə dair cavabdehlə kredit müqaviləsi bağlanmışdır. Bundan sonra həmin müqavilə əsasında icra qeydi verilmişdir. Halbuki iddiaçı icra qeydi verildikdən sonra üzərinə düşən öhdəlikləri qismən də olsa icra etmiş və cavabdehə 12500 manat məbləğində olan borcundan 12000 manat hissəsini ödəmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı Cavabdeh ilə kredit müqaviləsi bağlamaqla 12500 manat borc almışdır. Lakin üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən icra qeydi verilmişdir. İddiaçı tərəfindən borc ödənilmədiyindən icra qeydi düzgün olaraq verilmişdir. Həmçinin icra qeydinin ləğvi üçün əsaslar yoxdur. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi (vəkili) Vəkil2 izahatında iddia ərizəsinin əsassız olmasını və icra qeydi verilərkən qanunvericiliyi tələblərinə tam əməl olunmasını bildirdi. Məhkəmə iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, Məhkəmənin sorğusu əsasında 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisindən təqdim edilmiş 20 avqust 2021-ci il tarixli, 8İ-23857 reyestr nömrəli icra qeydinə dair notariat işinin təsdiq edilmiş surətindən görünür ki: İddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisində bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən - Cavabdeh borc alan - İddiaçı 12500 (on iki min beş yüz) manat məbləğində pul borc vermiş, borc alan krediti xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, həmçinin ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borcun notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınması qeyd edilmişdir; İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən xx.xx.2021-ci il tarixli bildirişə əsasən müəyyən edilir ki, borclu İddiaçı barəsində 30 sentyabr 2017-ci il tarixli, 3M-412 saylı, borcun (12.500,00) manat mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər) mövcuddur, həmin sənədə görə kredit müqaviləsi üzrə 12 500,00 (on iki min beş yüz) manat borc məbləğinin xx.xx.2019-cu il tarixədək qaytarılmağına dair borc öhdəliyi yaranmışdır. xx.xx.2017-ci il tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin icra edilməməsi nəticəsində xx.xx.2019-cu il tarixinə xx.xx.2017-ci il tarixli, 3M-412 saylı sənəddən irəli gələrək 12.500,00 (on iki min beş yüz) manat məbləğində əsas borc ödənilməli və ya tələb edilən 12.500,00 (on iki min beş yüz) manat sənəddə nəzərdə tutulduğu halda borc pul tərəfinizdən verilməlidir. Borc 20 gün müddetində ödənilmədiyi halda "Notariat haqqında" Azərbaycan Respublikasi Qanununun 7*-ci maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius terefinden icra qeydi aparılacaqdır; 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 8İ- 23857 nömrəli icra qeydinə əsasən 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2017-ci il tarixli, 3M-412 reyestr nömrəsi ilə 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisində təsdiq edilmiş kredit müqaviləsi üzrə xx.xx.2019-ci il müddət üçün vaxtında ödənilməmiş 12500 (on iki min beş yüz) manat tutulmasına dair icra qeydi aparılmışdır; 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 8İ- 23857 nömrəli icra qeydi 20 avqust 2021-ci il tarixli, 1775 nömrəli məktubla icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda iddiaçı - 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 30 sentyabr 2017-ci il tarixli, 3M-412 Reyestr nömrəli kredit müqaviləsi üzrə 12500 manat borcdan 12000 manat borcun qaytarılmış hesab edilməsi və icra qeydi icra edilməməli hesab olduğundan 20 avqust 2021-ci il tarixli, 8İ-23857 reyestr nömrəli icra qeydinin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçı öhdəliyin şərtlərinə uyğun olaraq 12000 manat ödəniş etməsi, lakin cavabdeh X1 1000 manat pul tələb etməsi, digər tərəfdən müqavilənin iştirakçıları borcun faizlərlə verilməsini şərtləndirməməsi, iddiaçının 500 manat borcu qaldığı halda, cavabdeh 1000 manat pul tələb etməsi, işdə olan sübutlardan aydın olur ki, notarius tərəfindən borcun mübahisəsiz olduğu araşdırılmaması” kimi dəlillərə istinad etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 38*.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə eyni zamanda qeyd edir ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, icra qeydlərinin aparılması notarius tərəfindən aparılan notariat hərəkətlərinə daxil edilmişdir. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 7*-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydinin aparılması qaydası və halları isə "Notariat haqqında" Azərbaycan Respublikası Qanunu, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatla tənzimlənir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun *.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədləri sayılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisində bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya 12500 (on iki min beş yüz) manat məbləğində pul borc vermiş, borc alan krediti xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürsə də borc ödənilmədiyindən cavabdeh tərəfindən iddiaçıya icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş, həmçinin 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən cavabdeh xx.xx.2017-ci il tarixli, 3M-412 reyestr nömrəsi ilə 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisində təsdiq edilmiş kredit müqaviləsi üzrə xx.xx.2019-ci il müddət üçün vaxtında ödənilməmiş 12500 (on iki min beş yüz) manat tutulmasına dair xx.xx.2021-ci il tarixli, 8İ-23857 nömrəli icra qeydi aparılmışdır. Məhkəmə qeyd edir ki, həmin icra qeydinin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 7*-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Həmin Qanununun 7*-cı maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4 cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Göründüyü kimi icra qeydinin verilməsi üçün ilk əsas - borcun mübahisəsiz olmasının təsdiq edilməsidir. Hazırda iddiaçı tərəf cavabdehdən 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisində bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 12500 manat borc almasını qəbul edir, lakin bildirir ki, ödənilməli olan 12500 manat borcdan 12000 manat hissəsini tam olaraq ödədiyini bildirmiş, bu barədə ödəniş qəbzlərini təqdim etmişdir. Təqdim edilmiş qəbzlərdən isə görünür ki, iddiaçının ödədiyi vəsaitlər X2 tərəfindən qəbul edilmişdir, həmçinin qeyd olunan ödənişlər 8i-3*2* saylı icra qeydi üzrə olmuşdur. Göründüyü kimi iddiaçının cavabdehlə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icra edilməsinin təsdiqi üçün təqdim etdiyi ödənişlər cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən alınmış, həmçinin qeyd olunan ödənişlər başqa bir icra qeydi ilə bağlı olmuşdur. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş 24 iyun 2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 8İ-23857 icra qeydi üzrə borcludan 1000 manat pul almışdır. Həmin qəbzə münasibətdə Məhkəmə bildirir ki, hazırda mübahisələndirilən icra qeydi 20 avqust 2021-ci il tarixdə verilmiş, cavabdehə 1000 manat ödəniş isə 24 iyun 2022-ci il tarixdə edilmişdir, yəni iddiaçı tərəfindən edilmiş ödəniş icra qeydi verildikdən sonra həyata keçirilmişdir ki, bu zaman iddiaçı tərəfindən 12000 manat deyil, cəmi 1000 manat vəsaitin ödənilmləsi müəyyən edilir. Göründüyü kimi iddiaçı tərəf 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisində bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri iddia tələbində qeyd etdiyi kimi qismən, yəni 12000 manat hissəsinin ödənilməsini mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Hətta bu məbləğ icra qeydi verildikdən sonra həyata keçrilsəydi belə həmin hal icra qeydinin ləğvi üçün deyil, icra mərhələsində borcun silinməsi üçün əsas olardı. Belə olan halda işin qeyd olunan halları ilə müəyyən edilmişdir ki, icra qeydi verilən zaman borc mübahisəsiz olmuşdur. Digər tərəfdən Məhkəmə bildirir ki, qeyd olunan normaların tələbləri baxımından icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İş materiallarından göründüyü kimi hazırda iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisində bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən borc alan krediti xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, icra qeydi məhz həmin tarixdən 3 il ərzində, yəni xx.xx.2022-ci il tarixədək verilə bilərdi ki, hazırda mübahisələndirilən icra qeydi həmin müddət daxilində - xx.xx.2021-ci il tarixdə verilmişdir. Göründüyü kimi mübahisələndirilən icra qeydi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müəyyən edilmiş müddət ərzində verilmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 8İ-23857 nömrəli icra qeydi qanunvericiliyin tələblərinə əsasən verilmişdir, həmin icra qeydinin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, məhkəmə iddiaçının dəlillərinin əsassız olması qənaətinə gəlir və 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 30 sentyabr 2017-ci il tarixli, 3M-412 Reyestr nömrəli kredit müqaviləsi üzrə 12500 manat borcdan 12000 manat borcun qaytarılmış hesab edilməsini və həmin müqavilə üzrə 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 8İ-23857 nömrəli icra qeydinin ləğv edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-nin 7*.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 7*.2) Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qismən ödənilmiş hesab olunması və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 21*-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh “5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 30 sentyabr 2017-ci il tarixli, 3M-412 Reyestr nömrəli kredit müqaviləsi üzrə 12500 manat borcdan 12000 manat borcun qaytarılmış hesab edilməsi və icra qeydi icra edilməməli hesab olduğundan 20 avqust 2021-ci il tarixli, 8İ-23857 reyestr nömrəli icra qeydinin ləğv olunması” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(003)-2110/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2110/2023
14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver