Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2116/2020 06.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakıilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehqarşıalimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-1483/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2004-cü il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarının artıraraq hər ay 165 manat sabit pul məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2015-ci il tarixdən başlayaraq himayəsində olan xx.xx.2002-ci ildə anadan olmuş oğlu X3 və xx.xx.2004-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşaq üçün hər ay 117 manat sabit pul məbləğində onun xeyrinə aliment tutulması göstərilmişdir. Onun aylıq əmək haqqı 200 manat təşkil olduğundan və hər iki uşaq tələbə olduğu üçün onların təminatı onun üçün böyük bir çətinlik yaradır. Keçmiş həyat yoldaşı qanunda nəzərdə tutulmuş alimentidə bəzən tam ödəmir, bəzəndə gecikdirmə ilə ödəyir. Hal-hazırda onun ödənilməyən borcu vardır. Yuxanda qeyd etdiyi kimi maddi imkanının olmaması səbəbindən o, məcbur olaraq alimentin X4 münasibətdə artırılması tələbi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Belə ki, qızı Zeynəb Əsgərovanın 16 yaşı var və hal-hazırda kollecdə oxuyur. Onun gündəlik təlabatı ödəmək üçün imkanı yoxdur. Odur ki, Cavabdeh Zeynəb Əsgərova üçün hər ay 165 manat olmaqla sabit pul məbləğində aliment müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etməklə yanaşı izahatında bildirdi ki, birgə nikahlarından olan oğlu Xannaib Əsgərovun artıq 2 ay sonra 18 yaşı tamam olacağından onunla bağlı cavabdehin aliment öhdəliyi də qalmayacaqdır. İddiasında da onunla bağlı aliment artırılmasını istəməmişdir. Lakin qızları Zeynəb Əsgərovanın 16 yaşı var, hal-hazırda kollecdə oxuyur və gündəlik xərclərdi də artmaqda davam edir. Buna görə də, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu da nəzərə alınmaqla onun saxlanılması üçün əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği artırılmalıdır. Məhkəmə iclasında cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, işləmir və hazırda ikinci dəfə nikaha girmişdir. Buna görə də, almentin artılmasına etiraz edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli 2(003)-1165/2013 saylı qətnaməsi ilə X6 ilə Cavabdeh arasında xx.xx.2002-ci ildə bağlanmış nikahın pozulması, xx.xx.2002-ci il təvəllüdlü X3 və xx.xx.2004-cü il təvəllüdlü X2 analarının yanında saxlanılması və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması Cavabdehn hər ay hər uşağa görə 93 manat alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-1483/2016 saylı qətanməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(003)-1165/2013 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq xx.xx.2002-ci il təvəllüdlü X3 və xx.xx.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması Cavabdehn hər ay hər uşağa görə 117 manat alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan DOST Agentliyi 2 saylı Bakı DOST Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh adına “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən hal hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh ilə X7 nikahlarını bağlamışlar. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri və.s dəyişmişdir. Həmçinin uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Cavabdehin işləməməsi səbəbindən alimenti ödəyə bilməməsi dəlilinə münasibətdə isə nəzərə almaq lazımdır ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Eyni zamanda cavabdeh yenidən ailə qurduğunu qeyd etsə də, bu da cavabdehin uşağın getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsinə təsir etmir. Məhkəmə həmçinin qeyd edir ki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu həddində tutulan aliment heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-1483/2016 saylı qətnaməsi iləCavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, xx.xx.2004-cü il təvəllüdlü X2 yekinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 165 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 48 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 576 manat (48x12=576) müəyyən edildilməklə iddianın qiyməti 500 manatdan çox olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeydolunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-1483/2016 saylı qətnaməsi iləCavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 165 (bir yüz altmış beş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2116/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2116/2020
06.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver