Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2124/2020 03.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9720,66 (doqquz min yeddi yüz iyirmi ABŞ dolları 66 sent) ABŞ dolları, faiz borcu üzrə 2313,72 (iki min üç yüz on üç ABŞ dolları 72 sent) ABŞ dolları olmaqla, cəmi 12034,38 (on iki min otuz dörd ABŞ dolları 38 sent) ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan **-MJ-*** dövlət qeydiyyat nömrəli “GELLY EMGRAND EC7 minik” markalı (buraxılış ili 2011, ban–L6T7844S0BN25224, rəngi – qara) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsait İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh tutularaq İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X3 dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194–cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmandanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X7 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 1018 saylı Sərəncamının icrası ilə əlaqədar “xxxxxxxxxxx” QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK–2144 saylı, xx xxxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borclan”) arasında xx.xx.2011-ci il tarixdə, 0222 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17% tətbiq edilməklə, 36 ay müddətinə 12436 (on iki min dörd yüz otuz altı) ABŞ Dolları məbləğində kredit verilmişdir. xx.xx.2011-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-MJ- *** dövlət qeydiyyat nömrəli “GELLY EMGRAND EC7 minik” markalı (buraxılış ili 2011, ban L6T7844S0BN25224, rəngi – qara) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X5 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafıq qeydiyyat aparılmış və xx.xx.2011-ci il tarixli, AA seriyalı, 024109 nömrəli «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 12436 (on iki min dörd yüz otuz altı) ABŞ Dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.2. bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Qeyd olunan kredit müqaviləsinin 6.1–ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 17 (on yeddi) faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan 9720.66 (doqquz min yeddi yüz iyirmi ABŞ Dolları 66 sent) ABS Dollar1, faiz borcu üzrə 2313,72 (iki min üç yüz on üç ABŞ Dolları 72 sent) ABŞ Dolları olmaqla cəmi 12034,38 (on iki min otuz dörd ABŞ Dolları 38 sent) ABŞ Dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmə iclasında İddiaçı X1 nümayəndəsi X6 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsində göstərilmiş ünvan üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı İddiaçı X1 nümayəndəsi X6 işə Cavabdeh iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, toplanmış sənədləri tədqiq edərək və araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddiatələbi təminedilməlidir. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı ASC-yə güzəşt edilməsinə dair xx.xx.2018-ci il tarixli əlavəsi olan S-AVK-2144 nömrəli, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh12034,38 manat borcu vardır. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, 222 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdehə illik 17% tətbiq edilməklə, 36 ay müddətinə 12436 (on iki min dörd yüz otuz altı) ABŞ Dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, 222 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin təminatlı olaraq, Cavabdeh mülkiyyətində olan **-MJ-*** dövlət qeydiyyat nömrəli “GELLY EMGRAND EC7 minik” markalı (buraxılış ili 2011, ban L6T7844S0BN25224, rəngi – qara) avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan X7 Edilməsi Agentliyi MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli tələbin güzət edilməsi barədə bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə borc barədə xəbərdar edilmişdir. İş materiallarında olan X7 Edilməsi Agentliyi MMC-nin xx.xx.2020-ci il tarixli, 1749 nömrəli ərizədən görünür ki, xx.xx.2011-ci il tarixli, 222 nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh mülkiyyətində olan **-MJ-*** dövlət qeydiyyat nömrəli “GELLY EMGRAND EC7 minik” markalı (buraxılış ili 2011, ban L6T7844S0BN25224, rəngi – qara) avtomobilə tutmanın yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması ilə bağlı ərizə ilə DİN Baş Dövlət X8 müraciət etmişdir. İş materiallarına əlavə edilmiş AB seriyalı, 642940 nömrəli, xx.xx.2011-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-MJ-*** dövlət qeydiyyat nişanlı, “GELLY EMGRAND EC7 minik” markalı (buraxılış ili 2011, ban L6T7844S0BN25224, rəngi – qara) avtomobilin sahibi Cavabdehdir. İş materiallarında olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq reyestrindən verilmiş xx.xx.2011-ci il tarixli, AA 024109 nömrəli çıxarışdan görünür ki, Cavabdeh məxsus “GELLY EMGRAND EC7 minik” markalı (buraxılış ili 2011, ban L6T7844S0BN25224, rəngi – qara) avtomobil daşınar əmlakın rəsmi reyestrində qeydə alınmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2011-ci il tarixli, 222 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 17% tətbiq edilməklə, 36 ay müddətinə 12436 (on iki min dörd yüz otuz altı) ABŞ Dolları məbləğində kredit verilmişdir. Həmçinin xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin təminatlı olaraq, Cavabdeh mülkiyyətində olan **-MJ-*** dövlət qeydiyyat nömrəli “GELLY EMGRAND EC7 minik” markalı (buraxılış ili 2011, ban L6T7844S0BN25224, rəngi – qara) avtomobil ipoteka ilə yüklü edilmişdir. Kreditin qaytarılması üçün qrafik tərtib edilmiş və hər ay ödəniləcək kreditin miqdarı müəyyən edilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri lazımınca icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Məhkəmə həmçinin müəyyən etdi ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X3 dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194–cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliyin yuxarıda sadalanan normalarına və təqdim olunan sənədlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi borcun tutulması hissəsində tam təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Sadalanan normalara və tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsaslanaraq məhkəmə belə hesab edir ki, tələb borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi və satışdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etmədiyindəniddia tələbi təmin edilməli, Cavabdeh 9720,66 (doqquz min yeddi yüz iyirmi ABŞ dolları 66 sent) ABŞ dolları, faiz borcu üzrə 2313,72 (iki min üç yüz on üç ABŞ dolları 72 sent) ABŞ dolları olmaqla, cəmi 12034,38 (on iki min otuz dörd ABŞ dolları 38 sent) ABŞ dolları məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə İddiaçı QSC-nin xeyrinə tutulmalı, tutma ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan **-MJ-*** dövlət qeydiyyat nömrəli “GELLY EMGRAND EC7 minik” markalı (buraxılış ili 2011, ban–L6T7844S0BN25224, rəngi – qara) avtomobilə yönəldərək açıq hərracda satılsın və satışdan əldə edilən vəsait İddiaçı QSC-nin hesabına ödənilsin, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılmalı, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh tutularaq İddiaçı QSC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, «xxxxxx» ASC tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9720,66 (doqquz min yeddi yüz iyirmi ABŞ dolları 66 sent) ABŞ dolları, faiz borcu üzrə 2313,72 (iki min üç yüz on üç ABŞ dolları 72 sent) ABŞ dolları olmaqla, cəmi 12034,38 (on iki min otuz dörd ABŞ dolları 38 sent) ABŞ dolları məbləğində kredit borcu məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə ödənilsin, Tutma ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan **-MJ-*** dövlət qeydiyyat nömrəli “GELLY EMGRAND EC7 minik” markalı (buraxılış ili 2011, ban– L6T7844S0BN25224, rəngi – qara) avtomobilə yönəldərək açıq hərracda satılsın və satışdan əldə edilən vəsait İddiaçı QSC-nin hesabına ödənilsin, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılsın, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh tutularaq İddiaçı QSC-nin hesabına ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2124/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-2124/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver