Məhkəmə qərarları › İş №2(003)-2129/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2129/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2129/2020 19.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, X3 Kredit Təşkilatı İddiaçıCavabdeh Hüseyağa qızına qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında“kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödəniləməsi” tələbinə dairərizəsi üzrə mülki işə baxaraq, məhkəmə müəyyən etdi: X3 Kredit Təşkilatı İddiaçı Cavabdeh Hüseyağa qızına qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında "kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödəniləməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. X3 Kredit Təşkilatı İddiaçı iddia ərizəsinionunla əsaslandırmışdır ki, cəmiyyət ilə Cavabdeh Hüseyağa qızı arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 149-EMB-0722-19 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinə 1 saylı əlavə (ödəniş cədvəli) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh Hüseyağa qızına cəmiyyət tərəfindən faizsiz 13 ay müddətinə 609,0 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində xx.xx.2020-ci il tarixə cavabdehin cəmiyyətə 353,72 manat məbləğində əsas borcu qalmışdır. Kredit borcunun qaytarılması barədə Cavabdeh Hüseyağa qızına dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və faizlər qaytarılmamışdır. Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən borcalan bu müqaviləyə və onun əlavə(lər)sinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə vaxtında ödəmədikdə kreditin vaxtından əvvəl tam ödənilməsini borcalandan tələb edə bilər. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən borcalan öhdəliklərini bu müqavilə ilə və onun əlavə(lər)sinə müvafiq surətdə yerinə yetirmədiyi halda və ya müqavilənin əlavə(lər)sində göstərilən ödəmə ardıcılığına ardıcıl olaraq 2 dəfə olaraq əməl etmədikdə borcverən əsas və faiz borcunun, hesablanmış cərimənin borcalandan borcverənin xeyrinə tutlması ilə bağlı məhkəməyə müraciət edə bilər. Ona görə də cəmiyyət ilə Cavabdeh Hüseyağa qızı arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 149-EMB-0722-19 saylı kredit müqaviləsi üzrə cavabdehdən 353,72 manat məbləğində əsas borcu, 20,0 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının X4 Təşkilatı İddiaçı xeyrinə tutulmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərfin üzərinə “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Həmin Məcəllənin 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh xx.xx.2020-ci il tarixdə həmin bildirişi qəbul etmiş, lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş müqavilənin surətindən görünür ki, X4 Təşkilatı İddiaçı ilə Cavabdeh Hüseyağa qızı arasında xx xxxx 2019-cu il tarixli, 149-EMB-0722-19 saylı müqavilə bağlanmış, bağlanmış həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh Hüseyağa qızına faizsiz 13 ay müddətinə 609,0 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərindən və həmin müqaviləyə əlavə olunmuş 1 saylı əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh Hüseyağa qızı ona verilmiş kreditə görə kredit borcunu xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə hər ay nəğd qaydada 51,0 manat (sonuncu ay 48,0 manat) cəmiyyətə ödəməklə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh Hüseyağa qızı müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədəonuncəmiyyətə xx xxxx 2019-cu il tarixli, 149-EMB-0722- 19 saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixə 353,72 manat məbləğində əsas borc, 37,23 manat məbləğində cərimə, ümumilikdə isə 390,95 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli, 149-EMB-0722-19 saylı, müqavilənin 3.1-ci bəndinə əsasən öhdəliyi lazımı qaydada icra edilmədikdə hər günə görə ümumi gecikdrilmiş məbləğinin 1% miqdarında penya (cərimə) hesablanır. İş materiallarına əlavə olunmuş X4 Təşkilatı «xxxxxxxxxx» MMC tərəfindən xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh Hüseyağa qızından «xxxxxxxxxx» MMC-yə olan borcunun 5 gün ərzində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Cavabdeh Hüseyağa qızı ilə X4 Təşkilatı İddiaçı arasında bağlanmış müqaviləyə əsasən faizsiz 13 ay müddətinə 609,0 manat məbləğində kredit verilmişdir. İddiaçı» X4 Təşkilatı İddiaçı müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən ki, “Tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1). Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir (maddə 427.3). Əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır (maddə 741, 742.1). Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur (maddə 449.4). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (maddə 442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrəöhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatadan az olduqda 20,0 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən kiçik mübahisələr üzrə iddia ərizəsinin verilməsi üçün 20,40 manat (20,0 manat rüsum, 0,40 manat xidmət haqqı) məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 20,0 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, "Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır" (maddə 217.4). Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, X3 Kredit Təşkilatı İddiaçı xeyrinə Cavabdeh Hüseyağa qızından 353,72 manat məbləğində əsas borc, ödənilmiş 20,0 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 374,12 manat (üç yüz yetmiş dörd manat, on iki qəpik) tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiatələbi təmin edilsin. X3 Kredit Təşkilatı İddiaçı xeyrinə Cavabdeh Hüseyağa qızından 353,72 manat məbləğində əsas borc, ödənilmiş 20,0 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 374,12 manat (üç yüz yetmiş dörd manat, on iki qəpik) pul vəsaiti tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar