Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2141/2022 29.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Abbasova Sevinc Hüseyn qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2900 manat, Cavabdeh2 1500 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onu aldatmaqla ondan 3000 manat pul almış və Cavabdeh2 məxsus 3 sot torpaq sahəsini ona satmışdır. O, həmin torpaq sahəsində tikinti işləri aparmış və 1500 manat dəyərində xərc çəkmişdir. Bundan sonra Rövşən torpaq sahəsinin ona məxsus olmasını bildirməklə onun çəkmiş olduğu hasarı sökmüş və satmışdır. Bundan sonra o, ərizə ilə polisə şikayət etmişdir. Şikayətindən sonra Cavabdeh1 ona 100 manat ödəmişdir. Qalan 2900 manat isə hələ qaytarılmamışdır. Hesab edir ki, hasara çəkmiş olduğu 1500 manat maddi ziyan kimi Cavabdeh2 onun xeyrinə tutulmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3817/2021 saylı, 27 oktyabr 2021ci il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh1 2900 manat və Cavabdeh2 1500 manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3817/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qiyabi qətnaməsinin ləğv olunub, mülki işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2141/2022 saylı, 25 may 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3817/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qiyabi qətnaməsi ləğv olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, onunla Cavabdeh1 arasında sözügedən torpaq sahəsinə rəsmi alqısatqı müqaviləsi bağlanmayıb, belə ki, həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənədi yoxdur. Cavabdeh1 arvadının adına olan 9 sot torpaq sahəsindən 3 sotunu ona satmışdır. Torpağa dair yalnız Buzovna Bələdiyyəsi tərəfindən verilmiş sənəd mövcuddur. Mübahisəli torpaq sahəsi Bakı şəhəri Xəzər rayonu Təmanis massivində yerləşir. O, həmin torpaq sahəsini aldığı zaman Cavabdeh1 3000 manat pul vermişdir. Həmçinin qeyd etmişdir ki, həmin torpaq sahəsində tikinti işləri aparmaq üçün 2-ci Qarabağ müharibəsində şəhid olmuş oğlunun pul vəsaiti hesabına 1500 manat dəyərində daş almış və tikintiyə sərf etmişdir. Həmin hasarın çəkilməsi üçün təxminən 1 ədədi 28 qəpik olmaqla təxmini 550 ədəd daş almışdır. Lakin həmin tikinti Cavabdeh2 tərəfindən sökülərək ona maddi ziyan vurulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsini İddiaçı o, satmamış, iddiaçı ona əlbəəl pul verməmişdir. O, həmin torpaq sahəsini İmaməddin adlı şəxsə satmış və pulunu sonuncudan almışdır. İmaməddin adlı şəxs İddiaçı onu yanına gətirərək bildirmişdir ki, sözügedən torpaq sahəsini İddiaçı satır. O da İddiaçı torpağa dair etibarnamə vermişdir. Sonradan digər Cavabdeh2 və İddiaçı arasında torpaq sahəsinə dair mübahisə olmuşdur. Cavabdeh2 sözügedən torpaq sahəsində iddiaçı tərəfindən tikilmiş hasarı sökmüşdür. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən təqdim edilmiş İddiaçı şikayət ərizəsi əsasında toplanmış rədd materialında əks olunmuş Cavabdeh2 izahatından görünür ki, o, 2005-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Təmanis massivində 34 sot torpaq sahəsi almışdır. Təxminən 5-6 ildir ki, həmin torpaq sahəsindən 3 sotunu Davud adlı şəxsə 3 aya pulunu ödəmək şərti ilə nisyə vermişdir. Lakin Davud adlı şəxs pulu ödəmədiyi üçün o, torpaq sahəsini geri qaytarmışdır. Torpaq sahəsi bütün sənədlərlə onun adına rəsmiləşdirilmişdir. Onun torpaq sahəsinin İddiaçı aidiyyatı yoxdur. O, Davudla torpaq sahəsinin 2900 manata İddiaçı satılması barədə razılaşmamışdır. İş materiallarında olan Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən təqdim edilmiş İddiaçı şikayət ərizəsi əsasında toplanmış rədd materialında əks olunmuş Cavabdeh1 izahatından görünür ki, o, İddiaçı uzun müddətdir ki, tanıyır. 2015-ci il tarixdə İddiaçı ona yaxınlaşaraq torpaq sahəsi almaq istədiyini bildirmiş, bundan sonra ona bununla bağlı kömək edəcəyini bildirmişdir. Daha sonra o, Cavabdeh2la əlaqə saxlayaraq Fəxrəddin adlı şəxsin torpaq sahəsi almaq istədiyini bildirmişdir. X3 3 sot torpaq sahəsini ona məxsus olması adı ilə satmaq barədə razılaşmışlar. Bundan sonra o, Fəxrəddin adlı şəxslə görüşərək özünə məxsus Bakı şəhəri, Buzovna qəsəbəsi, Təmanis massivi ərazisində 3 sot torpaq sahəsinin olduğunu və bunu 3000 manat qarşılığında satdığını bildirmişdir. İddiaçı bununla razılaşmış və ondan 2900 manat pul almışdır. Bundan sonra torpağı sənədləşdirmək üçün 25 saylı dövlət notariat kontoruna getmişlər. O, orada özünə məxsus olan digər bir torpaq sahəsinə 3 sot torpağı mülki etibarnamə ilə vermişdir. Ona isə bu etibarnamənin ona satdığı torpaq sahəsinə aid olduğunu bildirmişdir. Daha sonra pulu alaraq 2500 manatını Rövşənə geri, qalan 400 manatını isə özünə götürmüşdür. Etibarnamə verdikdən təxminən 3 ay sonra həmin etibarnaməni ləğv etmişlər. Onlar Cavabdeh2la bilərəkdən İddiaçı pulunu ələ keçirmək məqsədi ilə özünə məxsus olmayan torpaq sahəsini ona satmışlar. Əməlindən peşmandır. Həmin materialda olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasına müddət keçdiyinə görə rədd edilmişdir. Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən təqdim edilmiş materialdan göründüyü kimi, Cavabdeh1 polis idarəsində iddiaçıya torpaq satmaq məqsədi olmadan ondan 2900 manat pulun alınmasını etiraf etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı pulu tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, həmin torpaq sahəsində iddiaçı tərəfindən müəyyən tikinti işləri aparılmaqla 1500 manat vəsait xərclənmişdir. Hasar Cavabdeh2 tərəfindən sökülməklə iddiaçıya maddi ziyan vurulmuşdur. İddiaçının ona vurulmuş maddi ziyanın əvəzi olan 1500 manatın Cavabdeh2 tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 ona 3000 manat müqabilində torpaq sahəsini satması barədə bildirdikləri yanaşı yoxlanılmış cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda Cavabdeh1 özünün ifadəsi ilə tamamlanmadığından cavabdehin hazırda bildirdikləri işin hallarına uyğun deyil və iddiadan yayınmaq xarakteri daşıyır. Məhkəmə qeyd edilənlərə əsasən Cavabdeh1 3000 manat müqabilində torpaq sahəsini ona satdığına dair iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. İşin müəyyən edilmiş hallarından həmçinin görünür ki, torpaq sahəsinin alqısatqısına dair tərəflər arasında bağlanmış və etibarnamə verilməsi yolu ilə rəsmiləşdirilmiş müqavilə daşınmaz əmlak barədə müqaviləyə uyğun olmamaqla etibarsız əqd olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə hesab edir ki, tərəflər etibarsız əqd üzrə aldıqlarını geri qaytarmalı olduqlarından iddiaçının etibarsız əqd üzrə ödədiyi 2900 manat məbləğində pul Cavabdeh1 onun xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri sayır ki, torpağın alqı-satqısına dair əqd etibarsız olsa da, torpaq sahəsi iddiaçının sahibliyinə keçərkən Cavabdeh2 iddiaçının sahibliyinə və onun həmin sahədə tikinti aparmasına etiraz etməmiş, iddiaçı vasitəsiz olaraq torpağa sahiblik etmişdir. Həmin torpaq sahəsində inşaat işləri aparmış iddiaçının torpaq sahəsinə dair sahibliyi vicdanlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 160-cı maddəsinə əsasən, əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə iclasında təqdim edilmiş sübutlar və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edildi ki, iddiaçı Cavabdeh1 torpaq sahəsinin alınması məqsədi ilə 2900 manat pul vəsaiti vermiş, lakin torpaq sahəsi Cavabdeh1 məxsus olmadığından torpaq sahəsi ondan geri alınmış, vermiş olduğu 2900 manat isə qaytarılmamışdır. Cavabdeh göstərilən halı Bakı şəhəri Baş Polis İdarəsində verdiyi izahatında iddiaçının 2900 manat məbləğində pul vəsaiti verməsini etiraf etmişdir. Odur ki, həmin məbləğ Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 1500 manat zərərin əvəzinin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Məhkəmə iddia tələbinin “Cavabdeh2 1500 manat məbləğində pulun tutulması” ilə bağlı qeyd edir ki, iddiaçı iddiasının həmin hissəsini onunla əsaslandırmışdır ki, torpaq sahəsində inşaat işləri aparmaq üçün birinin qiyməti 28 qəpik olmaqla, 550 ədəd daş almış, həmin daşlardan istifadə edərək torpaq sahəsini hasarlamışdır. Həmin daş hasarın Cavabdeh2 tərəfindən sökülərək dağıdılması nəticəsində iddiaçı itirdiyi daşların satın alınmasına xərclədiyi pul vəsaitindən məhrum olmuşdur. Məhkəmə iddiaçının daşların iddia olunan miqdarda və dəyərdə olması barədə dəlillərini yanaşı yoxlanmış sübutlarla təkzib edilmədiyini nəzərə alaraq həmin daşların satın alınmasına 1500 manat pul xərcləndiyini və cavabdehin həmin daşları dağıdıb yox etməsi nəticəsində onların əldə edilməsinə çəkdiyi 1500 manat puldan məhrum olmasına dair bildirdiklərini işin hallarına uyğun sayır və həmin vəsaitin daşları dağıdıb yox etmiş Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı olduğu nəticəsinə gəlir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının qanuni vicdanlı sahib olaraq torpaq sahəsində apardığı tikintinin (yaxşılaşdırmaların) torpaq sahəsindən ayrılması mümkün olmadığından həmin tikintinin aparılmasına görə çəkilmiş xərcin əvəzi Cavabdeh2 İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanada onu qeyd etməyi zəruri sayır ki, iddiaçının həmin xərcin əvəzinin özünün xeyrinə tutulmasını tələb etmək hüququ olduğundan, tikintinin sonradan mülkiyyətçi tərəfindən sökülməsi onun bu hüququna xitam verilməsi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, iddia təmin edilməli, Cavabdeh1 2900 manat və Cavabdeh2 1500 manat alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 2900 manat və Cavabdeh2 1500 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Qaralov
Məhkəmə qərarları › İş №2(003)-2141/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2141/2022
29.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver