Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2157/2020 17.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 6686 manat məbləğində əsas borcun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 6716 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İB iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2014-cü il tarixində 690 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı X5 Departamenti tərəfindən **********01190 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1202AQ**********7 nömrəli qaz sayğacı quraşdırılmışdır. (xx.xx.2020- ci il tarixdə Natek Enerji markalı, G-4 mexaniki tipli, 40010705 zavod nömrəli qaz sayğacı ilə əvəzlənib). Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydalarf’nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasındaxx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 658.80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 594 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1071.40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284.40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 94.80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 398 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 388.60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2018ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66.60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284.40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 399.60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142.20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142.20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142.20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142.20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142.20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 98.40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin hazırda qalıq borcla birlikdə ümumilikdə borcu 6686 manat təşkil etməkdədir. Cavabdehə pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi xəbərdarlıq məktubunda izah edilmişdir. Qeyd olunanlara əsasən, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 6686 manat məbləğində əsas borcun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 6716 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutları araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı Bakı X5 Departamenti ilə Cavabdeh arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» xx.xx.2014-cü il tarixdə 690 saylı müqavilə bağlanmışdır. Göstərilən hallar təsdiq edir ki, tərəflər arasında «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinə əsasən müqavilə bağlanmışdır ki, həmin müqaviləyə əsasən iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz vermək öhdəliyi götürmüşdür, cavabdeh isə öz növbəsində istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəmə həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, Cavabdeh verilən qaz xətti üzrə abonent kodu **********01190 sayla qeydiyyata alınmışdır. İddia tələbindən və iş materiallarına əlavə edilmiş “təbii X3nın pozulması” və “itirilmiş təbii qazın dəyərinin hesablanması” haqqında aktların surətlərindən görünür ki, abonent kodu **********01190 sayla qeydiyyata alınmış ünvanda xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 658.80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 594 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1071.40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284.40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 94.80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 398 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 388.60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66.60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284.40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 399.60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142.20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142.20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142.20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142.20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142.20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 98.40 manat, cəmi 6686 manat dəymiş ziyan hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadə etməsi ilə əlaqədar İddiaçı İB-yə 6686 manat məbləğində zərər vurmuşdur. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MülkiM əcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda göstərilən hallara qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəlikləri pozmuş və bununla da iddiaçıya maddi ziyan vurmuşdur. Ona görə də onun hərəkəti nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olan, yəni təbii qazdan qanunsuz istifadəyə görə yaranmış 6686 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 6686 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 6716 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 6686 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, ümumilikdə 6716 manat (altı min yeddi yüz on altı) məbləğində pul vəsaiti tutulsun. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şə-hə-ri Xəzər Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2157/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-2157/2020
17.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver